"Bütün dünyada olduğu kimi Azərbaycanda da Hepatit C virusuna yoluxma hallarında artım qeydə alınır".
Səhiyyə Nazirliyində yaradılan Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova APA-ya açıqlamasında deyib ki, 2012-ci ildə Hepatit C-yə yoluxma hallarının sayı 133 hal idisə, 2013-cü ildə bu rəqəm 181 hal olub. Onun sözlərinə görə, Hepatit C-yə qarşı peyvənd olmadığı üçün yoluxma halları ildən-ilə artır.