Cümə günü, 02 oktyabr 2026
     

Nikah müqaviləsi: Mentalitet, yoxsa bilgisizlik problemi?

Image


Azərbaycanda evlənərkən dini kəbinin olması və nikahın rəsmiləşdirilməsi məsələlərinə kifayət qədər böyük diqqət yetirilsə də, Qərb ölkələrindəkindən fərqli olaraq burada nikah müqavilələrinin bağlanmasına maraq çox azdır.


Statistika nə deyir?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov bildirib ki, 2013-cü illə müqayisədə ötən il Azərbaycanda bağlanan nikah müqavilələrinin sayı 20 faiz artıb. Lakin bu artım əslində çox cüzidir: "Belə ki, 2013-cü ildə ölkə üzə bağlanan nikah müqavilələrinin sayı 71 idisə, 2014-cü ildə bu rəqəm 83 olub. Çoxları bunu özləri üçün yad tendensiya hesab etdiyindən hələlik Azərbaycanda nikah müqavilələrinin bağlanmasına maraq o qədər də böyük deyil. Müqaviləni bağlayanların da əksəriyyəti gənc ailələr yox, ikinci dəfə ailə həyatı quranlar və ya iş adamları olur”.


Adət-ənənə, dini və psixoloji aspektlər

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov Trend-ə bildirib ki, hüquqi dövlətdə yaşamağımıza baxmayaraq, Azərbaycan cəmiyyətində paralel olaraq həm adət-ənənənin diqtəsi, həm də dini yanaşma tərzi üstünlük təşkil edir: "Cəmiyyəti idarə edən 3 istiqamət var. Bunlar din, hüquq və adət-ənənələrdir. Məsələ bundadır ki, Azərbaycanda illər uzunu dini istiqamət və adət-ənənələr həmişə üstünlük təşkil edib. Məsələn, diqqət yetirsəniz, bu gün də bəzən ailə quranlar kəbinlə evlənirlər, heç rəsmi nikah qeydiyyatına da girmirlər. Onların arasında hətta tanınmış insanlar da var. Çünki həmin insanlar üçün halal-haram məsələləri daha önəmlidir, hüquqi məsələ isə çox vaxt arxa planda qalır. Bu bir psixoloji baryerdir”.

Nikah müqavilələrinə gəlincə, psixoloq hesab edir ki, onun olması ailə quranlar üçün çox vacibdir: "Ailədə əsas məsələ maddi rıçaqlarla bağlı deyil. Ən önəmlisi münasibətlərin şəffaf olması, tərəflərin bir-birinə qarşı anlayış göstərməsidir. Bununla yanaşı, fikrimcə, nikah müqavilələrinin bağlanmasına böyük ehtiyac var, sadəcə cəmiyyəti bu istiqamətdə maarifləndirmək lazımdır. Çünki bundan bəzən sui-istifadə edənlər də var. Kifayət qədər insanlar var ki, onlar üçün ailə qurmaq yalnız maddi rifaha, maddi qazanca hesablanıb. Ona görə də bir qədər ailəli olduqdan sonra boşandıqda mülk üstündə uzun müddət mübahisələr gedir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda məhkəmələrdə baxılan işlərin çoxu məhz ailə-məişət zəminində mübahisələr, boşanmalar və mülki məsələlərlə bağlıdır. Lakin nikah müqaviləsi olduqda tərəflər öz hüquqları ilə yanaşı, vəzifələrini də bilib daha məsuliyyətli olarlar.

Azərbaycan cəmiyyətində pis bir tendensiya yaranıb. Biz daim öz hüquqlarımızdan danışır, lakin vəzifələrimizi unuduruq. Məsələn, hamı kişinin və qadının hüquqlarından danışır, amma onların vəzifələrindən heç kim danışmır və ya az danışılır. Bu, doğru deyil. Bu gün ailədaxili münasibətləri, konfliktləri təhlil etdikdə görürük ki, onların kökündə heç də ciddi səbəblər dayanmır. Bunlar əsasən xırda şeylərdir. Lakin bu xırda şeylər zamanında həllini tapmadıqda ailələrin dağılmasına və s. problemlərə gətirib çıxarır”.


Hüquqi maarifləndirmə

"Digesta” hüquq firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov Trend-ə deyib ki, bu məsələdə problem hüquqi maarifləndirmə ilə bağlıdır: "Hesab edirəm ki, bu problem vətəndaşların hüquqi bilgisizliyindən irəli gəlir. Nikah müqaviləsi deyəndə insanlar elə bilirlər ki, orada ər və arvad arasında olan şəxsi münasibətlər də yazılır. Xeyr. Ailə Məcəlləsinə görə, nikah müqaviləsində yalnız əmlak xarakterli məsələlər tənzimlənir. İnsanların hüquqi problemi ondan ibarətdir ki, vətəndaşlarımız nikah müqaviləsində nələrin yazıla biləcəyini və onun hansı hüquqi nəticələrə gətirib çıxaracağını bilmirlər. Bəzən isə hətta nikah müqaviləsinin əksinə təbliğat aparırlar. Deyirlər, bəs sevgi-məhəbbət olan yerdə nikah müqaviləsinə nə ehtiyac var? Burada əsas hüquqi problem budur. Nikah müqaviləsinin əsasən iş adamları və xarici vətəndaşlarla qurulan ailələr tərəfindən bağlanması isə göstərir ki, onlar əvvəlcədən bilirlər ki, gələcəkdə ailədə biznesləri və ya onlara məxsus əmlakla bağlı problemlər yarana bilər. Məsələn, həmin insan fikirləşir ki, maddi cəhətdən zəngin adamdır və ailə qurduğu şəxs gələcəkdə bu üsulla onun sərvətini əlindən qopara bilər. Elə nikah müqaviləsi də ondan ötrü bağlanır ki, gələcəkdə yarana bilən uzun məhkəmə çəkişmələrinin qarşısını bəri başdan alsın. Əgər bu məsələ vətəndaşlara düzgün izah edilsə, insanlar bilsələr ki, bu nədir və nəyə səbəb olur, o zaman ölkədə bağlanan nikah müqavilələrinin sayı arta bilər”.


Dövlətin prioriteti nədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, Komitə tərəfindən nikah müqaviləsinin bağlanmasının təşviq edilməsi ilə bağlı çoxsaylı kampaniyalar aparılsa da, nikah müqavilələrinin sayının artırılması dövlət tərəfindən heç də məqsəd kimi ortaya qoyulmayıb: "Nikah müqaviləsi institutu ötən əsrin 70-ci illərindən başlayaraq ABŞ-da, Böyük Britaniyada və digər inkişaf etmiş ölkələrdə geniş yayılıb. Bu ölkələrdə bağlanan nikah müavilələrinin sayı 20-25 faiz, hətta 30 faizə çatır. Rusiyada bu rəqəm təxminən 3-5 faiz, Gürcüstanda 1,5-2 faiz civarındadır. Azərbaycanda isə nikah müqavilələrini barmaqla saymaq olar. Bu geriliyin əsas səbəbi ailələrdə müəyyən stereotiplərin olmasıdır. Ailə quranların əksəriyyəti nikah müqaviləsini boşanma zamanı əmlakın bölgüsü məsələsi kimi başa düşürlər. Ona görə də buna müraciət etmirlər”.

E.Səfərov qeyd edib ki, nikah müqaviləsi ilə bağlı Komitə tərəfindən Azərbaycanda aparılan sorğular göstərib ki, respondentlərin hər 10 nəfərindən yalnız 1-2-si bu müqaviləni bağlaya biləcəcəyini deyib, amma heç kim deməyib ki, mütləq bağlayacağam: "Stereotiplərə əsaslanan vətəndaşlar bildiriblər ki, biz nikaha ona görə girmirik ki, boşanaq, istəyirik ki, ailəmiz, uşaqlarımız olsun. Məsələ bundadır ki, gənclərin nikah müqaviləsini bağlamağa marağının olmaması ilə yanaşı, bu, onların valideynləri tərəfindən də nəinki məsləhət, ümumiyyətlə, heç müzakirə edilmir. Nikah müqaviləsinin müsbət tərəfi odur ki, əmlak məsələləri qeydiyyata alınanda boşanma zamanı əmlak bölgüsünə dair məhkəməyə çox nadir hallarda müraciət edilir. Yəni proses sadələşir, uzun çəkişmələrə ehtiyac qalmır. Azərbaycan təcrübəsi isə göstərir ki, nikah müqaviləsi olmadıqda boşanmadan sonra əmlak bölgüsü ilə bağlı məsələlər illərlə davam edir”.

Şöbə müdiri hesab edir ki, bu gün Azərbaycanda həmin stereotiplərlə mübarizə aparılmalı, ailə üzvlərinin düşüncələrində dəyişiklik edilməlidir: "Bu isə uzunmüddətli prosesdir. Bu problemin həlli onilliklərlə çəkə bilər. Bunun üçün nəsillər dəyişməlidir. Çünki məsələn, bu gün 17-19 yaşlı gənclərdən ibarət kontingentlə işləyib onlara nəsə izah etmək olar, amma 40 yaşlı insanın stereotipini dəyişmək artıq demək olar ki, mümkün deyil. Lakin nikah müqaviləsinin bağlanması məcburi də ola bilməz. Bu müqavilənin formatı elədir ki, o yalnız razılıq əsasında bağlana bilər. Bu məsələdə imperativlik qeyri-mümkündür”.


Qanunverici əsas

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Trend-ə bildirib ki, Azərbaycan mentaliteti Qərb mentalitetindən fərqləndiyindən nikah müqaviləsinə münasibət də başqadır.

V.Əhmədov qeyd edib ki, əslində Azərbaycanda əmlak siyahısı qədimlərdə həmişə olub və buna çox diqqət yetirilib: "Məsələn, qız ata evindən ər evinə köçürüləndə verilən cehizin siyahısı tutulurdu. Həmin siyahını qonşular və yaxın adamlar da təsdiq edirdilər. Lakin indi buna o qədər də əhəmiyyət verilmir. Çünki zəmanə tamamilə dəyişib, əmlak və ya iqtisadi məsələlərə o qədər də önəm verilmir. Düzdür, ağıllı adamlar bunu edirlər, təəssüf ki, onların sayı çox azdır. Ailə qurarkən nikah müqaviləsinin bağlanması vacib məsələdir. Xüsusən, sonradan boşanmalar olanda məhkəmələrdə və ya ailədaxili digər problemlər yarananda nikah müqaviləsinin və oradakı əmlak siyahısının böyük əhəmiyyəti olur. Nikah müqaviləsinin olması ailə quran insanlar üçün iqtisadi cəhətdən vacibdir. Bu, gələcəkdə hər hansı xoşagəlməz hal olduqda onların iqtisadi müstəqilliyinin təmin edilməsində, sığortalanmasında mühüm rol oynaya bilər. Bununla bağlı Azərbaycanda qanunvericilik bazası da var, lakin cəmiyyətin böyük hissəsi hələlik bunu o qədər qəbul etmir. Fikrimcə, hələlik nikah müqavilələrinin bağlanmasının qanunla məcburi edilməsinə ehtiyac da yoxdur. Çünki bu, bizə yaraşmaz”.

Qeyd edək ki, Ailə Məcəlləsinin 38-ci maddəsinə görə, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.

Məcəllənin 39-cu maddəsinə görə, nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.

Məcəllənin 40-cı maddədə isə göstərilir ki, nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir. Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ