Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Sonsuzluğa görə artan boşanmalara çarə tapılacaqmı?
Tarix: 05.02.2015 / 00:33
Bölmə: Sosial
Nailə Hüseynova: «Sonsuzluq problemilə üzləşənlər öncə peşəkar həkimə müraciət etməli və bunun səbəblərini öyrənməlidir»
Bahar Qafarova: «Övladı olmayan cütlüklər boşanmaya üstünlük verir»
Əli İsaoğlu: «Boşanma üçün müraciət edəndə çox az adam sonsuzluğa görə ayrıldığını dilə gətirir»
Kamil Baxşəliyev: «Kişilər sonsuzluq problemi, cinsi xəstəliklər barədə həkimlə məsləhətləşməyi özlərinə sığışdırmır»
Ailə hər bir toplum üçün müqəddəs məfhumdur. Ancaq müasir dövrdə qurulan ailələrdən çox boşanmalar haqqında eşidirik. Ölkəmizdə də son bir neçə ildə qurulan ailələrin sayında azalma, boşanmaların sayında isə artım var. Bəs günbəgün artmaqda davam edən boşanmalara səbəb olan amillər nələrdir?
Aparılan araşdırmalara görə, boşanmaya səbəb olan amillərdən biri də sonsuzluqdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, uşaqsız ailələrdə boşanma hallarının sayı 2009-cu ildə 4634, 2010-cu ildə 5527, 2011-ci ildə 7368, 2012-ci ildə 7575, 2013-cü ildə isə 7972 olub.
Uşaqlı ailələrdə isə boşanma hallarının sayı 2009-cu ildə 3150, 2010-cu ildə 3534, 2011-ci ildə 3379, 2012-ci ildə 3512, 2013-cü ildə 3758 olub. Son illərdə uşaqlı ailələr arasında 1 uşağı olan ailələrdə boşanma halları çoxalıb.
Biruşaqlı ailələrdə boşanma halları 1995-ci ildən 2010-cu ilədək artsa da, 2011 və 2012-ci illərdə belə boşanma hallarının sayı 2010-cu illə müqayisədə azalıb. Ancaq 2013-cü ildə bu rəqəm yenidən artaraq, ən yüksək həddinə çatıb.
1995-ci ildə 621 biruşaqlı ailə boşandığı halda, 2009-cu ildə 1632, 2010-cu ildə 1870, 2011-ci ildə 1738, 2012-ci ildə 1802, 2013-cü ildə 1921 biruşaqlı ailə boşanıb.
Ekspertlərin fikrincə, boşanmalara səbəb olan amillərdən biri də ailələrdən körpə səsinin gəlməməsidir.
Həkim-ginekoloq Nailə Hüseynovanın sözlərinə görə, sonsuzluq yüzlərlə səbəbdən yarana bilən və tibb elminin inkişafına baxmayaraq, müalicəsi çətin, bəzən isə mümkün olmayan xəstəliklərdən biridir: «Bu xəstəlik mütləq və nisbi ola bilər. Mütləq sonsuzluqda ailənin ömürlük uşaq sahibi olması mümkün deyil. Nisbi sonsuzluq zamanı isə yaranan problemin aradan qaldırılması, müalicə nəticəsində uşağın dünyaya gəlməsi mümkündür. Elə viruslar var ki, sonsuzluğa səbəb olur. Toksoplazmoz və ortimoz viruslarının qanda mövcudluğu sonsuzluq yaradır. Belə ki, qadınlarda hamiləlik olsa da, virusun təsirilə uşağın vaxtsız düşməsi baş verir. Təkrar olunan bu proses də sonsuzluq yaradır. Toksoplazmoz prazoyl xəstəliyidir, törədicisi isə toksoplazma qondi parazitləridir. Bu xəstəlik bütün toxumalara təsir etsə də, əsasən nevrotrop xassəyə malikdir. Bu virus insanlara bit, birə, taxtabiti, ağcaqanad və it dişləməsi vasitəsilə keçir. Onların dişləməsi zamanı sekret və ekssekret adlı viruslar orqanizmə daxil olur və toksoplazmoz xəstəliyi yaradır. Sözügedən virus hətta cinsi hüceyrələrin genlərinə də təsir edir. Əgər virus hamiləlikdən öncə aşkarlanarsa və dərhal müalicəyə başlanarsa, qadının yenidən hamilə qalması mümkündür. Ancaq virus gec aşkarlanan zaman müalicəsi çətinləşir, bəzən isə mümkünsüz olur».
Ginekoloq müxtəlif iltihabi və cinsi yolla keçən xəstəliklərin də sonradan sonsuzluğa səbəb olduğunu bildirdi: «Stress törədən faktorlar da cütlüyün övlad sahibi olmasına maneçilik törədir. Gündəlik stress qadınların sinir sisteminə mənfi təsir edir. Onun mayalanma prosesində bilavasitə iştirak edən daxili orqanlarının funksiyasını pozur. Bu da tədricən sonsuzluğa gətirib çıxarır». Həmsöhbətimizin sözlərinə görə, sonsuzluq problemilə üzləşənlər ilk öncə peşəkar həkimə müraciət etməli və bunun səbəblərini öyrənməlidir: «Bəzən olur ki, ailə qurulandan sonra ailələr uşaq olmur deyə boşanma qərarını verir. Bu düzgün qərar deyil. Sonsuzluğun bir neçə növü var. Ola bilər ki, dəqiq müalicədən sonra ailə övlad sahibi olsun».
Hüquqşünas Əli İsaoğlunun sözlərinə görə, boşanma üçün müraciət edəndə çox az adam sonsuzluğa görə ayrıldığını deyir: «Yəni bu problemi heç kim qabartmaq istəmir. Amma fərdlərlə danışdıqca başa düşmək olur ki, ailə övlad olmadığı üçün dağılır. Biz nə qədər onları barışdırmağa çalışsaq da, alınmır. Qadınlar ayrılmağa səbəb kimi maddi sıxıntıları, kişilər isə sonsuzluğu və nadir hallarda xəyanəti iddia edib ayrılırlar».
Psixoloq Bahar Qafarova isə bildirdi ki, belə cütlüklərin qarşısında seçim çox olsa da, onlar boşanmaya üstünlük verir: «Övladlığa götürmə, yaxın ailələrdən uşaq götürmə seçiminə insanlar çox az halda fikir verir. Çox az adam başqasının övladını böyütmə məsuliyyəti altına girir. Hər kəs istəyir ki, öz övladı olsun. Bəzən deyirlər sevgi varsa, ailə dağılmır. Amma düzünü deyim, sevgi olsa belə, ayrılıq olur. Uzun sürən müalicələr insanları yorur. Onlar ayrı-ayrılıqda düşünmək əvəzinə birdəfəlik son verməyə qərar verirlər».
Psixoloqun sözlərinə görə, əvvəllər ailələrdə övlad olmasa belə, ailəni saxlayır, müqəddəs hesab edirdilər: «İndi isə ailə dedikdə öncə uşaq nəzərdə tutulur. Gənclər ailə qurduqdan 5-6 ay sonra gəlindən soruşulur: nəsə varmığ Bu sual həm ailəyə zərər verir, həm də gənc ailə üzərində cəmiyyət qınağını hiss edir. Hər bir ailədə müəyyən dövrlərdə problemlər yaşanır. Ailədə arada olan «pərdə» götürülməyənə qədər birlikdə yaşamaq mümkün olur. Pərdə qaldırılanda isə insanlar bir-birini düşünməyib ağlına, ağzına nə gəldi dedikləri zaman, istər-istəməz, ayrılıq düşüncələri meydana gəlir.
Bu özünü daha çox uşaqsız ailələrdə göstərir. «Sən sonsuzsan», «Sən qısırsan», «Bir uşaq da dünyaya gətirə bilmədin» - bu kimi sözlər çox zaman uşağı olmayan ailələrdə işlədilir. Və təəssüflər olsun ki, bu sözləri çox zaman qadınlar eşidir. Əgər ailədə övlad dünyaya gəlmirsə, buna hər zaman səbəb kimi qadın görülür. Kişilər isə problemin onlarda olduqları barədə düşünmür, düşünmək belə istəmir.
Evdə, ailədə qayınananın, baldızın, digər qohumların tənələri ailənin dağılmasına səbəb olur. Bəzən sonsuzluqda gəlinini günahlandıran qayınanalar gəlini həkimə aparsalar da, öz övladlarının - oğullarının həkimə müraciət etməsini normal qarşılamır. «Kişinin övladı olar, yoxdursa, problem qadındadır» deyib müalicəni də çox zaman təktərəfli apardıqları üçün müalicələr nəticə vermir, ailələr dağılır».
Androloq Kamil Baxşəliyevin sözlərinə görə, kişilər sonsuzluq problemi, cinsi xəstəliklər, ümumiyyətlə, cinsi problemləri barədə həkimlə məsləhətləşməyi özlərinə sığışdırmır: «Kimsə görər, kimsə bilər düşüncəsi təəssüf ki, hələ də davam edir. Çox nadir hallarda kişilər bizə müraciət edir. O da ən əlacsız vəziyyətə düşəndə. Oğlan uşaqları körpə yaşlarından həkimə göstərilməlidir, onların cinsi inkişafı ilə yaxından maraqlanmaq lazımdır. Çünki oğlan uşaqlarında olan cinsi problemlər elə uşaq ikən daha tez və rahat həll olunur. Yaşa dolandan sonra isə onlar androloqa gəlməyi özlərinə sığışdırmır. Uşaq iki yaşından sonra ildə iki dəfə müayinə edilməlidir. Uşaqların aldığı zədələr, qəbul etdikləri dərmanlar onların sonsuzluğuna gətirib çıxara bilər. Sonsuzluq, cinsi problem isə birbaşa insanın psixikasına təsir edir. Belə adamlar əsəbi, aqressiv, acıdil, qısqanc və paxıl olur. Onlar bu problemi həll etmək üçün həkimə müraciət etmək yerinə mənəvi hisslərini işə salır, ətrafında olan insanları əzib keçməyə çalışır. İndiki cavanlar gec evləndikləri üçün sonsuzluq problemi yaşanır. Valideynlər övladlarının təhsilini, işini düşünüb ailə qurması barədə gec düşündükləri üçün evlənmə yaşı 30-35-ə qalxır. Bu dövrə qədər gənclər öz cinsi tələbatlarını başqa yerlərdə ödədikləri üçün ailə qurandan sonra övlad dünyaya gəlməsi böyük problemə çevrilir. Düşünürəm ki, valideynlər övladlarını 30-35 deyil, 23-28 yaşına qədər evləndirməlidir».
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ