Cümə günü, 02 oktyabr 2026
     

«İnternat evlərində yaşayan 77 nəfər ailəsinə qaytarılıb»

Image


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin Trend-ə müsahibəsi

- Hazırda nazirliyin tabeliyində nə qədər sosial xidmət müəssisəsi var və onlarda nə qədər insan yaşayır?

- Azərbaycan dövlətinin sosial statusunu səciyyələndirən cəhətlərdən biri də xüsusi qayğıya ehtiyac duyan ruhi-əsəb əlillərinin və sosial durumuna, həyat şəraitinə görə çətin vəziyyətdə olan şəxslərin tam dövlət himayəsinə götürülməsidir. Belə insanların tam dövlət himayəsində yaşadığı sosial xidmət müəssisələrində son illərdə müasir tələblərə uyğun şərait yaradılmaqdadır.

Hazırda ƏƏSMN-nin tabeliyində 8 sosial xidmət müəssisəsi fəaliyyət göstərir və həmin müəssisələrdə ümumilikdə 1043 nəfər tam dövlət təminatında yaşayır. Onlardan 491 nəfəri qadın, 552 nəfəri kişidir. Sosial xidmət müəssisələrində yaşayanların 300 nəfərdən çoxu sağlamlıq imkanları məhdud olan, yəni fiziki və əqli qüsurlu 18 yaşadək uşaqlardır ki, onlar müvafiq olaraq nazirliyin Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində yaşayırlar.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına göstərdiyi diqqət və qayğı sosial xidmət müəssisələrində yaşayan şəxsləri də əhatə edir və bu müəssisələrdə yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.

- Həmin müəssisələrdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün son dövrlər nə kimi işlər görülüb?

- Bu sahədə kifayət qədər mühüm işlər aparılıb və bu işlər hazırda da davam etdirilir. Belə ki, son illərdə Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisələrdə uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait yaradılıb. Əminliklə qeyd etmək olar ki, bu iki internat evi nümunəviliyi ilə seçilir və həmin müəssisələrlə, onlardakı şəraitlə yaxından tanış olan hər kəs, eləcə də xaricdən gələn qonaqlar da bunu təsdiqləyirlər. Bu internat evlərində uşaqların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq kurslar təşkil olunur, onlar müxtəlif növ idman yarışlarına, bir sıra hallarda beynəlxalq səviyyəli yarışlara cəlb edilir. Hətta ötən il Saray 7 saylı internat evinin sakini Həbib Tağıyev Xüsusi Olimpiya Komitəsinin dəstəyi ilə Belçikanın Antverp şəhərində keçirilən stolüstü tenis yarışında 1 qızıl və 1 gümüş medal qazanıb.

Bundan başqa, 250 nəfərdən çox insanın yaşadığı Buzovna 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb əlilləri və qocalar üçün internat evində də əsaslı təmir işləri aparılıb və burada sakinlərin yaşayışı, lazımi xidmətlərlə təmin olunması üçün normal şərait mövcuddur. Lakin təəssüflə qeyd edim ki, bu günlərdə bəzi mətbuat orqanlarında həmin internat evi ilə bağlı əsassız və həqiqətdən uzaq, dezinformasiya xarakterli yazılar verildi. Bu yazılarda həmin internat evindəki şərait, göstərilən xidmətlər barədə heç bir fakta əsaslanmayan mənfi fikirlər təqdim olundu. Buzovna 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb əlilləri və qocalar üçün internat evində bu gün müasir tələblər səviyyəsində yaşayış şəraiti mövcuddur və bu yazlar heç bir fakta əsaslanmır. Son bir ildə burada və digər sosial xidmət müəssisələrində yaşayan şəxslərin gündəlik qida, geyim, tibbi və s. xidmətlərlə təminatı ilə bağlı mühüm tədbirlər həyata keçirilib və nazirlik tərəfindən bu məsələlərə ciddi nəzarət olunur.

Eyni zamanda, ötən ilin iyun ayında Müharibə və əmək əlilləri üçün pansionatın (Qocalar evi) yeni binasının təmir işləri, eləcə də ərazisinin abadlaşdırılması işləri yekunlaşıb, bütün kommunal və işıqlandırma sistemi yenilənib. Hazırda pansionatın köhnə korpusunda təmir və yenidənqurma işləri aparılır. Pansionatın girişində isə sakinlərin pensiyalarını rahatlıqla almaları üçün bankomat quraşdırılıb. Həmçinin Gəncə şəhər Pensiyaçıların ərazi sosial xidmət mərkəzində əsaslı təmir işlərinə başlanıb. Göygöl 8 saylı ruhi-əsəb təmayüllü internat evində də normal yaşayış şəraitinin yaradılması işləri aparılıb. Ötən il müəssisənin qazanxana və istilik sistemləri bərpa olunub, mətbəx avadanlıqları yenilənib, internat evinin ətrafında park salınıb, sakinlərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif kurslar yaradılıb. İndi də burada bir sıra təmir işləri davam etdirilir.

- Əvvəllər sosial xidmət müəssisələrində onların profilinə uyğun olmayan kateqoriyalardan olan şəxslərin də yerləşdirilməsi halları mövcud idi. Bu hallara artıq son qoyulubmu?

-Bəli, əvvəlki dövrlərdə sosial xidmət müəssisələrinə onların profilinə uyğun olmayan kateqoriyalardan olan şəxslər də yerləşdirilmişdi. Belə halların aradan qaldırılması üçün konkret tədbirlər görüldü və bu kimi hallar son bir ildə tam aradan qaldırıldı. Artıq həmin müəssisələrdə yalnız onların təyinat profilinə uyğun kateqoriyalardan olanlar yaşayır və bu məsələyə daim ciddi nəzarət olunur.

- İnternat evlərində yaşayan şəxslərin ailələrinə qovuşması üçün də işlər aparılırmı? Bu sahədə nəticələr varmı?

-Əlbəttə, bu gün bütün sosial xidmət müəssisələrində yaşayış və xidmət şəraitinin yaxşılaşdırılması üçün bütün lazımi işlər görülür. Lakin bununla yanaşı, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qaytarılması istiqamətində də işlər aparılır.

Bu işlərin nəticəsi kimi son bir ildə ƏƏSMN-nin tabeliyindəki internat evlərindən ümumilikdə 77 nəfər şəxs ailələrinə qovuşub. Onlardan 29 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ