Azərbaycanda Ailə Məcəlləsinə edilən yeni dəyişikliklərin qüvvəyə minmə tarixi dəyişdirilir. Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
"Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində "yanvarın 1-dən” sözləri, "iyunun 1-dən” sözləri ilə əvəz edilir.