çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Şəhid qardaşlar” kitabı - 8-ci YAZI

Image


Biz müharibəyə yox deyirik

Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş - Çarli Çaplin

Müharibə acı xatirələrin yaradıcısıdı. Müharibə qara sükutdur. İtənlərin lal sükutu.

Müharibə keçmişlə bağlı bütün bağlılıqları qırır. Olanları əlindən alır. Əlaqələri birdəfəlik kəsir. Məhv edir. Hər şey bir günün, bir ayın içində keçmiş olur. Səninki deyilən bir şey qalmır, sənin olmur. Geriyə dönüb baxanda ancaq yoxluq görünür. Artıq keçmişi xatırladacaq heç nə olmadığından, doğulduğun yer, böyüdüyün məhlə, oxuduğun məktəb yaddaşında şəkil kimi qalır. Reallıqlar itir. Sən də bu olanlarla birlikdə tarixin arxivinə düşürsən. Boşluğa düşən kimi. Boğulursan. İçin qovrulur. Barıt, yanıq qoxuları səni nəfəs almağa qoymur.

Müharibə qandı-qadadı. Ölümdü. İtkidi, ağrıdı. İnsan faciəsidi. Dağıntıdı. Ərazilərin işğalıdı. İnsanların yurd-yuvasından, doğmalardan uzaq düşməsidi. Didərginlikdi. Bir daha o yerləri olduğu kimi görməməkdi. Olanları xatirələrə çevirməkdi.

Müharibə ağılsızların düşündüyü ən ağır bəladı. Təbiətin, dünyanın düzəninin insanlar tərəfindən dəyişməsidir.

Təbii fəlakətləri başa düşmək, onu hansısa qanunauyğunluğa yazmaq olur. İnsanların törətdiyi – torpaq, iddia, qəzəb, mənəm-mənəmlikdən doğan qəsbləri, ölümləri anlamaq olmur. Tarixdə bu qədər torpaqların məcburən mənimsənilməsinin və sonda onun olmamasını görərək yenə o iddiaya düşmək sağalması mümkün olmayan xəstəlikdir.

Didərginlik, uşaqları atasız-anasız, atanı-ananı uşaqsız, evləri viran qoyanlara, bunları törədənlərə zaman daha böyük faciə yaşadır. Tarix bunu dəfələrlə sübut edib. İsbatlayıb.

Kaş bütün lüğətlərdən müharibə sözü silinəydi. Müharibə və savaş olmayaydı.

Müharibəni törədənlər üçün müqəddəs, dəyər, ədalət deyilən heç nə yoxdur. Düşüncədə ancaq mənimkidir, mənim olmalıdır, mən belə istəyirəm var.

İnsanlara qarşı ən amansız zülmlər edilirsə, şəhərləri, kəndləri yerlə-yeksan olursa, xəstəxanalar, uşaq, qocalar evləri dağıdılırsa, uşaqlar, qocalar öldürülürsə, burda hansı insanlıqdan danışmaq olar. Haqq, ədalət itən yerdə hər şey itir.

Tarazlığı itmiş dünya müvazinətini itirir. Harda çökəcəyi isə hələ bilinmir. Ağıla yox, gücə hesablanan yerdə yaşamaq çətindi. Düzən dəyişir, hər şey təbii halından çıxır.

Biz Qarabağ  ağrısını yaşamış xalqıq, insanlarıq. Bu ağrının nə demək olduğunu canımızda çəkmişik. Və indi də çəkirik. Viran olmuş yurdumuza hələ də qovuşa bilmirik. Yurdsuzluğun nə olduğunun ağırlığını, iztirabını bilərək bütün hallarda müharibəni pisləyirik.

Müharibə gələndə bütün qanunlar susur.

Liken Mark Anney

Bəli, müharibə qanunları susdurur.

Müharibənin nə olduğunu anlamaq üçün müharibə etmək lazım deyil. Sonun faciə olacağı onsuz da əvvəldən bəllidir.

Müharibə ölümə münasibətin mahiyyətini dəyişir. Adi həyatda insan ölümü cinayət sayıldığı halda, müharibədə bu qəhrəmanlıqdır.

Müharibə bəd xəbərdi, əzabdı. Yoxluqlar, boşluqlar yaradan faciədi. Yaradılanların məhvidi. Hamı müharibəni pisləyir. Şəhid məzarlığına baxan da, qara mərmərdən boylanan cavanları görən də. Yurdundan uzaq düşən də, evinə kənardan boylanan da, axtardığı evi tapmayan da.

Ümidini bağladığı oğlunun itkin düşdüyünü eşidib on illərlə onun gələcəyi ümidi ilə yaşayan da, şəhid xəbərini eşidən də, ömürlük şikəst olduğunu görən də. Hərəsinin ağrısı bir cürdür.

Xoşbəxtlər fərqli xoşbəxt olsalar da, bədbəxtlər eyni cür bədbəxtdilər, deyirlər.

Sağalmayan elə yaralar var ki, o yaralarla yaşamağa öyrəşirsən.

Nə qədər insanlarımız ağrıyla, zülmlə dünyadan köçdülər. Ən çox itki verdiyimiz Fərrux dağında şəhidlərimizin qalıqları tapıldı. Gözləri yollarda olan, itkin düşəninin DNT analizinin nəticələrini səbirsizliklə gözləyən nə qədər insanlar var.

Hələ nə qədər Fərruxlar tapılacaq. Nə qədər ağrısını ümidin sevincinə büküb yaşayanlar var.

                                                                 * * *

Vətən müharibəsi adlanan 44 günlük müharibədə Suqovşan, Füzuli, Cəbrayıl, Şuşa və başqa istiqamətlərdə gedən döyüşlərdə nə qədər igid oğullarımızı itirdik. Dünyanı öz döyüşü ilə heyran qoyan, dünya hərb tarixinə yenilik gətirən, dünyanın hərbi məktəblərində öyrənilən 44 günlük müharibədə döyüşçülərimiz ölümün gözünə dik baxaraq döyüşdülər. Amal və düşüncələrində ancaq qalibiyyət olan, 30 illik məğlubiyyətdən sonra Azərbaycan xalqına Qələbə sevinci yaşadan qəhəmanlarımız bir an belə düşünmədən düşmənin üstünə getdı. Düşmənin uzun illər qurduğu, alınmaz saydıqları istehkamları darmadağın etdilər. Döyüşlərarası atəşkəsdə məyus olanda da “qarşıdakı səngərdə gözüm var” deyib sabahı gözlədilər. Düşmənin həmişəki kimi sözünə sadiq olmadığını bildiklərindən növbəti hücuma hazırlaşıb istədiklərinə nail oldular. Uğur üstünə uğur, qələbə üstünə qələbə gəldi. Gözlərindəki parıltı düşmən səngərlərini özlərindən əvvəl aşaraq mühüm yerləri müəyyənləşdirdi. Sevinci yerə-göyə sığmayan qəhrəmanlar kəndləri, şəhərləri işğaldan azad edildikcə, bayraq sancacaqları zirvələri hədəf götürürdülər. Hər kəndimizin, şəhərimizin, postun qələbəsi uğurun yaxınlaşdığından xəbər verirdi. İstədiklərinə çatdıqca, yeni arzuya, onları gözləyən torpaqlarımıza doğru can atdılar. İşğaldan azad olunduqca, igidlərimiztək torpaq da sevinirdi. İllərdi yatmış torpaq doğmalarının addım səsinə oyanırdı. Qucaqlanan addımlar torpağın sinəsindəki ağrını çıxarırdı. Qaməti düzəlirdi.

Qarabağ torpağı sevincdən bayraq kimi dalğalanırdı. “İrəli! İrəli!” – deyirdi.

Torpağın “İrəli!” deyən səsinə Şuşadan, Qubadlıdan, Zəngilandan, Ağdamdan, Laçından, Kəlbəcərdən “Gəlin! Gəlin! Gözləyirik!” sədaları səs verirdi.

Bu Vətən çağırışıydı. 30 il həsrətdə olan Vətənin çaığrışı. O çağırışa doğru getmək Zəfər yürüşü idi. Ordu, xalq birliyinin Zəfər yürüşü!

Qovuşmaq qədər gözəl nə var dünyada?! O sevinci sözlə ifadə etmək olmur. Rahatlanırsan. Sevinclərin qoşalaşan sədası dağı silkələyir. Qurumuş ağacları, torpağı oyadır. Ruhunu oxşayır. Sən də onlara baxıb qürurlanaraq qamətini düzəldib: “Gəldim!” – deyirsən. Məğlub vətəndaş adından qurtulursan. Yüngülləşirsən. Dünyaya təzə gəlmiş kimi olursan.

Qələbə insana əlavə güc, məğrurluq verir. Artıq hamının gözünün içinə baxa bilirsən.

Şəhidlərin səninlə bərabər dolaşan ruhunun sevincindən ruhun təzələnir. Şəhidlərimizə: “Siz varsız! Siz bizimləsiz! Mənimləsiz! Bunlar sizin sayənizdə oldu, sizsiz biz bunları edə bilməzdik!” - deyirsən. Qisasları alınan, qanları yerdə qalmayan şəhidlərin sevinən ruhlarından onların necə rahatlandıqlarını hiss edirsən. Döyüşçü dostunu səndən yaxşı kim tanıya bilər?!

Qarabağımızın azad olunmasında canlarından keçən sizin döyüş dostlarınıza, bizim əziz şəhidlərimizin hər birinə üzümüzü tutaraq deyirik:

“Sən millətin, xalqın rahatlığını qanıyla qazananlardansan.

“Qanım sənə halal olsun, Vətən!” deyənlərdənsən.

Vətəni canından çox sevənlərdənsən, Şəhidim!

Sən üzündəki nurla, məğrurluğunla Tanrının seçilmişisən.

Sən Qələbə üçün doğulmusan.

Sinəndə Qələbə üçün gəzdirdiyin Azərbaycan Bayrağı öncə ürək döyüntülərinlə dalğalandı, sonra yurd havasıyla.

O qüruru yaşamaq nə gözəl!

Sənə bir ömür borcluyuq.

Sən bizi məğlub vətəndaş adından xilas etdin.

Sən torpaqlarımızı geri qaytardın.

Sən bizi biz etdin. Var etdin. Yaşatdın.

Sən bizim qürurumuz, şərəfimizsən!

Sən Vətən sərhəddisən!

Sənin kimi övladı olan Vətən basılmaz.

Alınan yerlərə bayraq sancanlar da qarşında baş əyir, diz çökür. Hamı kimi.

Bundan böyük səadət olarmı?

Şəhidin milləti olmur. Şəhidin Vətəni olur. Vətənin şəhidi olur.

Xalqın çiynində getmək əbədiyyət qazanmaqdır.

Əbədiyyətin mübarək, ŞƏHİDİM!”

    

Bu millətin ən dirisi, Şəhidim

 

Sizin üzünüzdə İlahi bir nur,

Sizin üzünüzdə xoş bir təbəssüm.

Demək, siz Allahın seçilmişisiz,

Demək, siz Allahın sevimlisisiz.

Bu millətin ən əzizi, Şəhidim!

Bu millətin ən dirisi, Şəhidim!

 

Sizdən başqa o zirvəyə kim qalxar?!

Sizdən başqa o zirvəni kim alar?!

Ucalığa qalxa-qalxa ucalar?!

Bu millətin ən əzizi, Şəhidim!

Bu millətin ən dirisi, Şəhidim!

 

Sevgilərin sevimlisi Vətəndi.

Ona qurban axan qandı, bədəndi.

Şəhid sonda arzusuna yetəndi.

Bu millətin ən əzizi, Şəhidim!

Bu millətin ən dirisi, Şəhidim!

 

Sən övladsan, sən igidsən, sən ərsən.

Düşmənlərə qan udduran ərənsən.

Sən özün də bizim üçün Vətənsən.

Bu millətin ən əzizi, Şəhidim!

Bu millətin ən dirisi, Şəhidim!

 

Sənin yolun zirvələrə gedən yol,

Sənin yolun o müqəddəs - Vətən, yol,

Sənin yolun qəlbdə yuva tikən yol.

Bu millətin ən əzizi, Şəhidim!

Bu millətin ən dirisi, Şəhidim!

(ardı var)

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ