çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Bəzi ərəb ölkələrindən gəlmiş turistlər istirahət mərkəzlərində əndazəni aşır...

Image


Xarici turistlərin ölkəmizə axın etməsi müsbət haldır. Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin əksər bölgələri turizm üçün hərtərəfli imkanlara malikdir.

Lakin ölkəmizə turist kimi gələn əcnəbilərin bir qismi getdikdən sonra heç də özləri barədə xoş təəssürat buraxa bilmirlər. Etiraf edək ki, bəzi ölkələrdən gələn turistlər heç də burada özlərini normal şəkildə apara bilmir. Xüsusilə, bir çox hallarda ərəb turistləri ilə bağlı müyyən qalmaqallar yaşanıb. Dəfələrlə bildirilib ki, bəzi ərəb ölkələrindən gələn turistlər qoruqlarda qanunsuz ovla məşğul olublar, eyni zamanda da müəyyən qanunazidd hərkətlərə yol veriblər. Sirr deyil ki, əvvəlki dövrlərdə onlar məsuliyyətə cəlb edilməyiblər. Cəzasızlıq isə növbəti xoşagəlməz hallara yol açmaqla yanaşı, həm də insanda bir növ arxayınçılıq yaradır.

Bu dəfə də ərəb turistləri qanunsuzluq edib, amma cəzalandırılıblar da. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, aparılan monitorinqlər zamanı ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonun Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb.

Nazirliyin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.

Hətta iddialara görə, ərəb turistlər göyərçinləri drona bağlayıb havaya buraxıblar.

Ümumiyyətlə, turistin məsuliyyəti deyilən bir anlayış olmalıdır ki, onlar bu ölkəyə gəldikdə elədikləri hərəkətlərə görə məsuliyyət daşıdıqlarını anlasınlar.

  • “Bir tərəfdən, ərəb turistləri hansısa şəkildə, bilərəkdən, yaxud bilməyərəkdən əndazəni aşıblar, digər tərəfdən, biz özümüzə tənqidi yanaşmalıyıq ki, onların belə davranmaması üçün biz nə etmişik?”

Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a açıqlamasında bildirir ki, təkcə turistlər deyil, istənilən xarici vətəndaş ölkəmizə gələrkən bizim qanunlara tabe olmaq məcburiyyətindədir: “Yəni biz özümüz də xarici ölkələrə çox gedirik və o ölkələrin sərhədindən içəriyə ayağımızı qoyduğumuz zaman həmin ölkənin qanunları çərçivəsində davranırıq və davranmağa da borcluyuq. Birincisi, bu etik, ədəb-tərbiyə məsələsidir. Yəni getdiyin evin içində həmin evin qanunlarına uyğun davranmalısan. İkincisi də, bu hüquqi məsələdir, bir zonaya daxil olduğunuz zaman o zonanın daxilində qüvvədə olan mövcud qanunlar çərçivəsində davranmalısınız. Ona görə də, bəzi ərəb turistlərin Azərbaycana gələrkən ölkəmizin qanunlarından kənar davranması əlbəttə ki, ciddi suallar doğurmaya bilməz. Onlar bura gələrkən maarifləndirilməlidirlər. Əgər konkret ov məqsədilə gəlirlərsə bizim ölkəmizin ovçuluqla bağlı mövcud qaydalarını öyrənməli, mənimsəməli və ona uyğun davranmalıdırlar.  Bilirsiz ki, Azərbaycanda turistlərin gəlib ov etməsi üçün turizm səfəri təşkil olunur. Digər tərəfdən, əgər onlar hardasa qanunları pozurlarsa burada bizim də günahımız az deyil. Çünki istər-istəməz onların gəlib yerləşdikləri yerdə göstərilən uyğun xidmətin içində maarifləndirmə işləri də olmalıdır”.

A.Həsrət hesab edir ki, turistlər gəlib yerləşdikləri yerdə mülkiyyət sahiblərinə bura hansı məqsədlə gəldiklərini deyirlər. “Konkret Acınohur ərazisini götürək, yəqin onlar bura gələrkən mülkiyyətçiyə deyiblər ki, şahinlərim var, burada onlara təlim keçəcəyik və sair. Əlbəttə, ərəblərin orada şahinlərinə təlim keçmək istəməsi barədə əvvəlcədən müvafiq dövlət qurumları məlumatlandırılmalı, xəbərdar edilməli idilər. Bu zaman da onlar turistlərə Azərbaycanın aidiyyatı qanunvericiliyi ilə bağlı məlumat verməli idilər. Ola bilər ki, bu işi gəlib ya bir şəxs görsün, ya turistlər maarifləndirici ədəbiyyatla, məlumat xarakterli açıqca ilə təmin edilsin. Yəni bunu etmək çətin deyil. Deyək ki, bir tərəfdən, ərəb turistləri hanısa şəkildə, bilərəkdən, yaxud bilməyərəkdən əndazəni aşıblar, digər tərəfdən, biz özümüzə tənqidi yanaşmalıyıq ki, onların belə davranmaması üçün biz nə etmişik? Yəni biz oturub gözləmişik ki, onlar belə davransınlar, biz də onları cərimə edək. Bu çıxış yolu deyil. Mənə elə gəlir ki, önləyici tədbirlərə üstünlük verilməlidir, maarifləndirmə işi aparılmalıdır” - deyə A.Həsrət vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

22.09.2026 / 06:59
Tramp özünə tənqidsiz-şərhsiz 24 saatlıq telekanal yaratdı - azad medianı isə “demokratiya üçün təhlükə” adlandırdı

22.09.2026 / 06:50
Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi bəyanat yaydı

22.09.2026 / 06:40
Atatürk Universiteti məzunlarını Bakıda bir araya gətirir

22.09.2026 / 06:30
Putin G20-lərin sammitində iştirak etməyəcək - Cinə isə gedəcək…

22.09.2026 / 06:01
Pentaqonun Polşada hərbi baza açmaq planı ertələndi

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ