Dərman pişikotu – valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında vacib vasitədir. Ürək-damar sistemində rahatsızlığı olanlar, ilk növbədə, sakitləşdirici sayılan valerian preparatını qəbul edirlər.
Qeyd edək ki, valerian preparatı psixoleptik qrupuna aiddir və mərkəzi sinir sistemi üzərində orta sedativ təsir göstərir. Bu dərman yalnız təbii maddələrdən ibarətdir. Dərmanın əsas fəal tərkib hissəsi valerian dərman iltihabı və köküdür. Hər bir tabletdə 200 mq aktiv tərkib var. Valerian tabletləri bitki mənşəli dərman, 30 dəqiqə sonra orta sinir sistemində orta səviyyəli bir sedativ təsir içərisində həb qəbul edildikdən sonra müşahidə edilir. Uyuşturuculu müntəzəm istifadə ilə müalicəvi valerianın kök və kökləri yuxusuz xəstələrdə yuxuların normallaşmasına kömək edir. Dərmanın təsirilə ürək əzələsinin işi yaxşılaşır, qan təzyiqi indeksləri azalır, aydın olmayan qorxu və narahatlıq hissi ortadan qalxır.
Ancaq son günlər apteklərdə qeyd olunan dərman preparatı tapılmır. Şəhərin bir neçə yerində fəaliyyət göstərən aptekdən valerian dərmanını istədik. Onun əvəzləyicisi kimi isə valedol və əsasən valerianın maye məhlulu təklif edilir. Səbəbini soruşanda əczaçılar dedilər ki, bununla bağlı məlumatları yoxdur. Onlara da dərman deposundan deyiblər ki, preparat qurtarıb. Satıcılar artıq qeyd olunan dərmanın depoya gətirilmədiyini və onun satışdan yığışdırıldığını qeyd edirlər.
“...tələbat hər zaman yüksək olub, qiyməti də münasib idi”
Həkim-ekspert Rasif Bağırov bildirdi ki, valerian ən çox istifadə olunan preparatdır. Demək olar ki, hər kəsin evində qeyd olunan preparatdan var: “Valeriana tələbat hər zaman yüksək olub. Qiyməti də münasib idi. Onu da deyim ki, adıçəkilən preparat ölkəmizdə istehsal olunurdu. Valerianın nə səbəbdən apteklərdən yığışdırılması sual doğurur. Tələbatın yüksək olması və ya başqa səbəblərə görə dərmanın yığışdırılması ictimaiyyətə açıqlanmalıdır”.
Günel CƏLİLOVA