İcbari tibbi sığorta zərfinə əlavə olunan yeni xidmətlər əhalinin daha çox ehtiyac duyduğu xəstəliklər üzrə olacaq.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Vüqar Qurbanov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xidmətlər zərfinə kardioloji və neyroloji xidmətlər əlavə edilib. Buraya açıq və qapalı ürək əməliyyatları, invaziv radiologiya xidmətləri daxildir.
Departament rəsmisi qeyd edib ki, vətəndaşlar xidmətlər zərfinə aid olan xidmətlərin heç birinə görə ödəniş etməyəcək. Bunun üçün vətəndaşların icbari tibbi sığorta haqqı ödəməsi kfayətdir.