Cümə axşamı günü, 12 noyabr 2026
     

Qəhrəman atanın davamçısı, şəhid Bağır …

Image


Şəhid olan bir vətənin şəhid olan balalarının sayı nə birdi, nə min. Şəhidlərə şahid olan bu vətən qərinələrdən keçərək bu günlərə gəlib çıxıb. Dünənlərindən bu günlərə atılan addımların izi qanla həkk olunub torpağa. Qanlarla ucalan bu vətən dərdlə qocalıb. Ancaq o, dərddən qocalsa da, uğrunda can verən qəhrəmanlardan güc alıb. Vətənimin oğulları sayəsində vətən var olub və var olacaq…

Ömrünü vətənə həsr edən Ələkbərov Əsəd Bağır oğlu vətənin ağır günlərində vətən qeydinə qalan qəhrəmanlardan olub. Hərbçi peşəsinin ağırlığını çiyinlərində daşıyan Əsəd vətənə olan bağlılığını, sevgisini ailəsinə də aşılayıb. Evində gələcəyin iki əsgərini böyüdən ata hər zaman şəhidlərin dəyərini və bu vətənin şəhidlərin əmanəti olduğunu öz övladlarına başa salıb. Hər dəfə Şəhidlər Xiyabanına gedəndə ürəyini dərin bir nisgil bürüyən hərbçi ağlına gətirməzdi ki, illər sonra o şəhid məzarları sırasında övladı Bağır Ələkbərovun da məzarı olacaq.

Ələkbərov Bağır Əsəd oğlu hərbçi atanın ikinci oğlu və son beşiyidir. O, 10 fevral 1995-ci ildə dünyaya gəlmişdi. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində dünyaya gələn Bağır 2001-ci ildə elə həmin şəhərdə 705 N- li məktəbdə təhsil almağa başlamışdı. Sonradan ailənin Culfa şəhərinə köçməsi səbəbindən Bağır təhsilini Culfa şəhər 3 N- li məktəbdə davam etdirmişdi. 2012-ci ildə təhsilini başa vurmuşdu. 01.04.2013 - cü ildə hərbi xidmətə getmişdi. Naxçıvan MR-də N saylı hərbi hissədə snayperçi əsgər kimi xidmət etmişdi. Hərbi xidməti zamanı nümunəvi əsgər olduğuna, nizam-intizam qaydalarına əməl etdiyinə görə hərbi hissə komandirliyi tərəfindən ailəsinə təşəkkür məktubu ünvanlanmışdı. Xidmətini bitirməyinə 3 ay qalmış qorxmazlığı, cəsarəti göz önünə alınaraq ona Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Gizir rütbəsi verilmişdi. Qorxubilməz qəhrəman sanki Vətən üçün doğulmuşdu. Atasının yolunu qürurla davam etdirən Bağır seçdiyi peşənin məsuliyyətini gözəl dərk edirdi. Vətənin azadlığının carçısının elə özü olacağını dilə gətirirdi. Onun üçün də hər zaman çalışır, bir çox beynəlxalq təlimlərdə iştirak edirdi. O, 21 mart 2015-ci  ildə XTQ-in hərbi hissə komandiri Rəşad Aslanov tərəfindən döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə Fəxri fərmanla təltif edilmişdi. 2016-cı ildə snayper kursunu fərqlənmə ilə bitirmiş, 2017 ci ildə yenidən Fəxri fərmanla təltif edilmişdi.

2018-ci ildə Türkiyədə keçirilən Özəl Kuvvet Tim Kəskin Nişancı kursunu uğurla bitirmiş və sertifikat almışdır. Ardınca davam edən Özəl Kuvvet Uzman Nişancı kursunu uğurla bitirərək sertifikatla təltif edilmişdi. Bununla yanaşı, elə həmin ildə əlbəyaxa döyüş növündə qalib olduğu üçün Fəxri fərmanla təltif edilmişdi. 

Hərbidə olduğu hər an gələcəkdə Vətənə yararlı bir hərbçi olmaq üçün hər vəchlə çalışan Bağır Ermənistan ordusunun 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində atəşkəsi pozması nəticəsində baş verən döyüşlərdə qəhrəmancasına döyüşmüşdü. Həmin döyüş tarixin yaddaşına həkk olunmuşdu. O döyüşlərdə Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunmuş, Dərələyəz mahalının Arpa kəndi Azərbaycan ordusunun nəzarəti altına keçmişdi. Bağır döyüşdə göstərdiyi qəhrəmanlığa görə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən mükafatlandırılmışdı. 

2019-cu ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdu. 

İllərlə hərbidə yiyələndiyi elmin və bacarığın sayəsində Qarabağın azadlığa qovuşacağı günün uzaqda olmadığını bilirdi Bağır. Bəli, o günlər yetişdi. Bağır və onun kimi minlərlə oğul Qarabağı anasına qovuşdurdu. Axan şəhid qanları anaların göz yaşları ilə qarışdı. Sentyabrın 27-də başlayan müharibə çox keçmədən ordumuzun üst-üstə qazandığı zəfərlərdən xəbər verdi. Həmin döyüşlərdə qəhrəmanlığı ilə adından söz etdirən snayperçi Bağır Tehran Mənsimovun dəstəsində yer almışdı. Ermənilərin burnundan intiqam tökən sərrast atıcının açdığı atəş hədəfdən yayınmırdı. Vətənin azad torpaqlarını görmək sevincini yaşayan qəhrəmanın şəhadət arzusunu da Allah gerçək etdi. O, 15 oktyabr 2020 - ci ildə Hadrutun azad olunması uğrunda gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. 

Qəhrəman atanın qəhrəman oğlunun qəhrəmanlığı ölkə başçısı İlham Əliyev tərəfindən "Vətən Uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə qiymətləndirilib. 

Ömrünün 3 ilini bir hərbiçi ilə bölüşən Nərmin xanım Bağırsız bir həyatın çətin sınaq olacağından xəbərdardı. O bilir ki, hər gün övladı Əsədin suallarına cavab tapmadıqca gözləri bir məzarda dikilib qalacaq. Bir də heç zaman ata qoxusu duymayacaq, atasının üzünü görmədiyi bir körpəyə ata sözünü izah edəcək. O sözü izah etmək bir qadın üçün çox çətin olacaq. Xoşbəxt dünənlərinin donub qaldığı bir məzar daşını oxşayacaq şəhid xanımı. Cücərməyən arzularının məzarını göz yaşları ilə yuyacaq. Tək təsəllisi isə Bağırın əmanətləri olacaq... 

ŞƏHİD BAĞIR 

Sən vətən yolunda qurban olan can,

Səninlə yol alıb qəlblərə hicran,

Olmusan vətənin dərdini duyan, 

İndi vətən çəkir sənin dərdini

Torpaq övlad kimi oxşar qəbrini. 

Sonuncu sözlərin ürək dağıdır, 

Yar könlü talanan sevgi bağıdır, 

Şəhidim, arzular qəm oylağıdır, 

Çəmən də, çiçək də intizar qoxur 

Yarın məzar üstə ağılar oxur. 

Vətəndə boy atdın, vətənə döndün, 

Cənnət qapısında sən də göründün,

Vətən bayrağına şanla büründün, 

Yardın şəfəqləri çiyinlər üstə 

Adın dilə gəldi, Bağır, hər səsdə. 

Manya SƏXAVƏTQIZI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ