Ümid edək ki, COVID-19-la bağlı ölkə ərazisindəki vəziyyət getdikcə yaxşılaşacaq və bütün siniflər üzrə şagirdlər, həmçinin tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkədəki səhifəsində yazıb.
Nazir qeyd edib ki, bu gün uzun zaman sonra məktəbin yenidən canlandığı gündür: "Yəqin ki, bu gün hər yerdə sinif yoldaşlarını, müəllimini görmək üçün məktəbə tələsən şagirdlərə rastlamısınız".