Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib - Prezidentin köməkçisi

img

Azərbaycanda koronavirusla bağlı aparılan hərtərəfli mübarizə tədbirləri öz nəticəsini verməkdədir. Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərərgahın brifinqində deyib.

Ş.Mövsümov deyib ki, pandemiyanın 2-ci dalğasının aşağı enməsini yaşayırıq: “Ancaq növbəti mərhələdə virusun yenidən artması baş verə bilər. Bunun qarşısını almaq üçün ölkədə vaksinasiyanın tətbiq olunması vacib əhəmiyyət daşıyır”.

Ş.Mövsümöv əlavə edib ki, yoluxmaların sayında azalma sərt karantin rejimində bir sıra yumşalmaların tətbiq edilməsinə imkan verir.

"Bu gün Azərbaycanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizəmiz də davam edir" - Ş.Mövsümov bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib: “Dünən cənab Prezident İlham Əliyev Şuşa şəhərinə səfər etdi və bütün ölkə ictimaiyyəti bu səfəri qürurla izləyirdi. Artıq bizim qarşımızda duran əsas məqsəd işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsidir, ancaq digər cəbhələrdə, xüsusilə koronavirusla mübarizəmiz də davam edir”.

Son xəbərlər