Masallı Regional Mədəniyyət İdarəsinin işçiləri şəhid ailəsini ziyarət etdi

img

Cəlilabad rayonunun Moranlı kəndində boya-başa çatan Xalid Qasımov ikinci Qarabağ müharibəsində yüzlərlə igid vətən oğlu kimi qəhrəmanlıqla döyüşərək  şəhidlik zirvəsinə ucalıb.

Şəhid Xalid Qasımov ağır müharibə meydanında  göstərdiyi hərbi şücaətə görə ölkə rəhbərlinin müvafiq sərəncamları ilə ölümündən sonra üç medala layiq görülüb. Bunlar  “Vətən uğrunda”, “ Döyüşlərdə fərqlənməyə görə”, eləcə də “ Cəbrayılın azad  olunmasına görə” medallarıdır.  İndi butan cəlilabadlılar öz tarix yazan oğlu ilə qürur duyur.

Masallı Regional Mədəniyyət İdarəsinin şəhidin doğma kəndində fəaliyyət göstərən mədəniyyət müəssisəsinin kollektivi mövcud karantin qaydalarını  gözləməklə onun ailəsini ziyarət ediblər. Ziyarət zamanı ailənin bütün qayğıları ilə maraqlanan mədəniyyət işçiləri onlara maddi yardım da göstəriblər.

Şəhidin ailə üzvləri bu xeyirxahlığa görə mədəniyyət işçilərinə razılıqlarını bildiriblər. Onu da bildirim ki, mədəniyyət işçiləri tərəfindən şəhid ailələrinə, qazilərə qayğı davamlı olacaq.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər  Birliyinin  üzvü

Son xəbərlər