Cümə axşamı günü, 12 noyabr 2026
     

İzi qalan qəhrəman... - FOTO

Image


Deyirlər, "zaman bütün yaraları sağaldır". Ancaq ötən 30 illik bir zaman bizim Qarabağ adlı yaramızı sağaltmadı. Əksinə, ötən zamanla dərdimiz də böyüdü. Çəkdiyimiz həsrət iliyimizə qədər işlədi. Matəm günləri kimi həkk olunan tarixlər qisasımızın qidası oldu.

Vətəni azad etməyi lap körpəlikdən arzu edən bir qəhrəmanımızı tanıyaq. 

Orucov Elşən Yavər oğlu 1985-ci il avqustun 11-də qəhrəmanlar oylağı olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ayrınc kəndində anadan olmuşdu. 1991-ci ildə Ayrınc kənd tam orta məktəbində təhsil almağa başlamışdı. Atası Yavər müəllim, anası Səfurə xanım Elşənin və digər övladlarının gələcəyinin parlaq olmağı üçün hər vəchlə çalışmışlar. Elşən orta məktəbdə oxuduğu zamandan vətənə olan sevgisi özünü açıq-aşkar biruzə verirdi. Elə bu sevgi onun yollarını Naxçıvan MR Heydər Əliyev adına Ali Hərbi liseyə gətirib çıxardı. 2004-cü ildə liseyi bitirdikdən sonra elə həmin ilin iyulunda Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşdu. 2008-ci ildə hərbi məktəbi bitirdikdən sonra iyul ayında Hərbi Akademiyanın Təlim Tədris mərkəzinə qəbul olmuş və 2009-cu ildə leytenant rütbəsi ilə bitirmişdi. Təyinatla Gəncə şəhər N saylı hərbi hissəyə göndərilmiş, bir il xidmət etdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdı. 2016-cı ildən başlayaraq Füzuli şəhərinin Horadiz qəsəbəsində xidmət etmişdi. Elşən ömrünü vətən uğrunda fəda etmiş qəhrəmanlarımızdan biridi. O, 2016-cı ildə erməni silahlı bölmələrinin "atəşkəsi" pozaraq törətdikləri hücum cəhdinin qarşısının alınmasında və həmin o döyüşlər zamanı göstərdiyi şücaətlərə görə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən medalla təltif olunmuşdu. Hərb sənətinin bütün çətinliyinə qatlanan Elşənin yaşam gücü Vətənə olan sevgisindən, bir də sevgi dolu ailəsindən qaynaqlanırdı. Könül verdiyi Əfsanə xanıma sevgisini etiraf etdikdən 4 il sonra 2008-ci ildə qovuşan Elşən həm də çox gözəl ata idi. Həyatının qaranlığını Ay tək aydınladan Aygünü, ruhunu Günəş tək isidən Günəşi onun sevinc dolu dünyası idi. Hər zaman "Müharibə olarsa öndə mən gedəcəm. Siz möhkəm olun" deyən Elşən, sanki ailəsini həmin günlərə hazırlayırdı.13 illik ömür yoldaşına olan güvəni onun ürəyini arxayın etmişdi. Şəhidin qazandığı məqamın ucalığını dilə gətirən qəhrəman hər zaman o məqama yüksəlməyin arzusunda idi.

Arzuların gerçəyə döndüyü, Vətən adlı ümidlərin cücərdiyi sentyabr. Sentyabrın 27-də artıq cəbhəboyu pozulan atəşkəsin cavabı verilməyə başladı. Bu dəfə "irəli" əmri alan müzəffər ordumuz torpaqlarımızı qarış-qarış azad edirdi. Bu irəliləyən ordunun bir döyüşçüsü də mayor Elşən Orucov idi. Elşən son dəfə sentyabrın 29-da evinə gəlmişdi. O "Şəhidlərimizin qisasın alacam, Polad Həşimovun qanını yerdə qoymayacam" deyərək ailəsi ilə vidalaşıb. Onun döyüş yolu Füzuli istiqamətində gedən döyüşlərdən başlayıb. Oktyabrın 10-u qərərgah rəisi təyin olunub və Cəbrayıl istiqamətinə göndərilib. Döyüşlərdə düşmənin külli miqdarda silah - sursatını, texnikasını ələ keçirmiş, 4 yüksəkliyin əldə olunmasında müstəsna rolu olmuşdu. Hər dəfə sevincini Əfsanə xanımla bölüşən Elşən hər zəfərdən güc alırdı. Oktyabrın 15-i Əfsanə xanım Elşənlə danışdığı zaman bir partlama səsi eşidir və telefon sönür. Bir müddət sonra Elşən zəng edib atəşə tuş gəldiklərini, lakin hər şeyin qaydasında olduğunu deyir. Ancaq səsindən acısı hiss olunur. Gizlətməyə çalışsa da, xanımı onun səsindən yaralı olduğunu hiss edir. Qarnından qəlpə yarası almağına baxmayaraq, Elşən döyüşə davam edir. Oktyabrın 19-da  "Zəngilanda bayrağımız sancılan yerdən sizə zəng etmişəm, gedirəm Kəlbəcərə" deyir və bu onun son zəngi olur...

Oktyabrın 21-dən 22-nə keçən gecə şəhidimizin qızı Aygün yuxudan oyanaraq atasının səsini eşitdiyini, sanki bir daha atasını görə bilməyəcəyini deyir. Həmin gecə görülən qəribə bir yuxu da Əfsanə xanımın gördüyü yuxu olur. Elşənin cənnəti əks etdirən bir yerdə süfrə arxasında ağ libasda oturması və "Əfsanə, gör nə gözəl yer tapmışam, buradan heç kimin xəbəri yoxdu” deməsi Elşənin şəhid olduğunun xəbərçisi idi...

Mayor Orucov Elşən Yavər oğlu oktyabrın 22-də Qubadlı rayonunun Muradbəyli kəndində 22 əsgərlə birlikdə qəhrəmancasına şəhid olub. Özündən sonra qəhrəmanlığı iz qoyan şəhidin döyüş yoldaşları onun qorxmazlığından, şücaətlərindən danışdıqca elə bir qəhrəmanın orduda olmamağı gerçəyi ilə barışa bilmirlər.

Orduda göstərdiyi xidmətləri hər zaman ölkə başçısı tərəfindən qiymətləndirilən, xidməti dövründə "Qüsursuz xidmətə görə" lll dərəcəli, "Qüsursuz xidmətə görə" ll dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunan mayor şəhadətindən sonra da "Vətən Uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

ŞƏHİD ELŞƏN

Bir igid oğlunun ömür karvanı,

Sinəndə iz saldı vətən torpağı.

Ağrını - acını əlindən alıb,

Ucaltdı yenilməz şanlı bayrağı.

Döyünən qəlbinin pıçıltısıyla,

Söylədi "Qoynuna gəlirəm vətən".

Apreldə savaşdan üzü ağ çıxıb,

Oldu bu vətənin dadına yetən.

Vətənin həsrəti sona yetən gün,

Ruhu sevinc tapdı, güldü bənizi.

Elşənin müqəddəs şəhid məqamı, 

Fəth etdi eşq ilə ürəyimizi.

Manya SƏXAVƏTQIZI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ