Cümə axşamı günü, 12 noyabr 2026
     

Yanacaq tarifləri dəyişənədək həssas sosial qrupların həyatını təminat altına alan vacib işlər artıq görülmüşdü - 2019, 2020...

Image


Azərbaycan vətəndaşının sosial dayanıqlığının təmin edilməsi istiqamətində dövlət tərəfindən saysız addım atılıb. Son iki il ərzində sosial paketlər həyata keçirilib, pensiya, əməkhaqları, müavinətlər artırılıb.  Yəni benzin və dizel yanacağının qiymət artımına qədər dövlət tərəfindən 2019-2020-ci illərdə bir sıra sosial əhəmiyyətli layihələr gerçəkləşdirilib.

Təkcə 2019-cu ildə ölkəmizdə bir sıra sosial paketlər reallaşdırılıb.

2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri icra olunub.

Prezident İlham Əliyevin təsdiq etdiyi sosial paketlərə əsasən, 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əməkhaqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20%-100% həcmində yüksəldilib. Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və 72,4% artırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri və Gürcüstan nəzərə alınmaqla 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksi üzrə 2-ci yerə yüksəlib.

2019-cu ilin ardıcıl iki sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Həmçinin, məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb. 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s.

2019-cu ildəki iki sosial paketin əhatə dairəsi  ümumilikdə 4,2 mln. nəfər olub (əhalinin 42 faizi). Maliyyə yükü 2019-cu il üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib.

Pandemiya dövründə də sosial paket gerçəkləşdirilib.

Prezident İlham Əliyevin rəhbərliyilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib.

Məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5 milyon nəfərini əhatə edib, 190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib, aprel və may aylarında həmin şəxslərə ödəniş tam təmin edilib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar (şəhərlər) üzrə 3-cü, 4-cü və 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib və il ərzində bu ödəmə üçün 450 milyon manat sərf olunub, 100 min ailəyə ərzaq payı verilib, özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib (12 min ailə, maliyyə yükü 70 mln. manat), ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, ünvanlı dövlət sosial yardımı qaydaları sadələşdirilib və əhatə dairəsi genişləndirilib. Artım 14 min ailəni - 58 min ailə üzvünü əhatə edib, bu artım üçün ayrılan əlavə vəsait 8 mln. manat təşkil edib. Əlillik müddəti başa çatan şəxslərin ödəniş müddəti uzadılıb (14 min nəfərə şamil olunub, ayrılan əlavə vəsait 3 mln. manat), 65 yaşdan yuxarı 15 min tənha şəxsə və tənha əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərilib, əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilib, bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun ehtiyatından istifadə olunub (250 mln. manat).

2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 Yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcək. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb.

Postkonflikt dövründə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur.

2019-2020-ci illərdə həyata keçirilmiş sosial paketlər -pensiya, əməkhaqlarının, müavinətlərin və sair artımı cəmiyyətimizin nisbətən aztəminatlı

hissəsini yanacaq qiymətinin qalxmasına görə bəzi çətinliklərdən sığorta edilməsində nə kimi rol oynayacaq?

Sosioloqlar və iqtisadçılar hesab edirlər ki, qiymət artımına qədər dövlət tərəfindən böyük işlər görülüb, bu baxımdan qiymət artımı əvvəlcədən görülən tədbirlər nəticəsində cəmiyyətin nisbətən aztəminatlı təbəqəsinə, həssas qruplara hər hansı bir zərər vurmayacaq.

  • “Qiymət tənzimlənməsinə qədər müavinətlər, pensiyalar, əməkhaqları artırılıb”

Tanınmış siyasi ekspert, “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev “Bakı-Xəbər”ə “Dünyada iqtisadi kataklizm cərəyanı söz yox ki, bir sıra qiymət artımlarına da öz təsirini göstərir və bu xüsusda yanacağın qiymətinin artırılması da sözügedən iqtisadi kataklizmlərin bir parçasıdır” - deyə bildirdi.

Ekspertin sözlərinə görə, Azərbaycanda yanacağa təyin edilən yeni qiymət hətta Tarif Şurasının artım qərarından sonra belə, qonşu region ölkələrindəki və digər ölkələrdəki qiymətlərdən aşağıdır, ucuzdur: “Başqa tərəfdən, o da sirr deyil ki, mövcud qlobal pandemiya dövründə Azərbaycan dövləti xalqın sağlamlığının təhlükəsizliyinin təminatı üçün bir sıra mühüm, önləyici qərarlar qəbul etdi, yeni xəstəxanalar tikildi, müxtəlif ən müasir tipli tibbi avadanlıqların təchizatı həyata keçirildi, sosial siyasət davam etdirildi. Ən əsası isə Qarabağın düşmən işğalından azad olunması uğrunda aparılan 44 günlük zəfər yürüşündə böyük qələbə qazandıq. Etiraf edək ki, bütün bunlar – istər pandemiya, istərsə də müharibə böyük maliyyə və xərclər tələb edir və söz yox ki, güclü iqtisadiyyatı, valyuta ehtiyatları olan Azərbaycan dövləti bu tələblərin öhdəsindən layiqincə gəldi və qarşıdakı zaman kəsimində də gələcək. O cümlədən, hazırda da pandemiya davam edir və eləcə də düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş, talan edilmiş Qarabağımızın bərpası, yenidən qurulması üçün çoxsaylı layihə işlənilir, hazırlanır. Habelə, tikinti-quruculuq işləri aparılacaq həmin ərazilərimizdə yüzlərlə yeni iş yerinin açılacağı da sirr deyil. Belə olan halda, yanacağa qoyulan yeni  qiymətdən əldə olunan gəlir bilavasitə həmin istiqamətlərə də xərclənəcək. Həmçinin, sosial və s. layihələrin icrası da davam etdirilir, dövlət vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün ən münbit siyasi addımlarını atmaqdadır.

Digər tərəfdən, bu gün yanacağın qiymətinin artırılmasından öz kirli məqsədləri üçün istifadə edən bəzi dairələr süni ajiotaj yaratmaq cəhdləri ilə dövlətin qarşıya qoyduğu məqsədlərinə kölgə salmağa cəhdlər göstərirlər. Məsələn, iddia edirlər ki, guya ictimai nəqliyyatda gediş haqları qaldırılacaq, yaxud un və un məhsullarının qiymətləri artacaq, valyuta bahalaşacaq və s. Ancaq həmin sahələrə aid olan strukturlar da rəsmi qaydada bəyan etdilər ki, onlar qiymətlərin qaldırılması üçün Tarif Şurasına müraciət etməyiblər və bu kimi qənaətdə də deyillər. Bütün bunlardan nəticə çıxara bilməyən və yanlış fikir yürüdənlərin iddiaları da söz yox ki, öz təsdiqini tapmır. Əslində, iqtisadiyyatımızın dünya iqtidsadiyyatı ilə uzlaşması da bir gerçəklikdir və söz yox ki, Azərbaycan istər bu, istərsə də digər proseslərdən kənarda qala bilməz”.

B.Quliyev hesab edir ki, əgər belə bir hal baş verərsə, məhz onda mənfi hallar barədə danışmaq olar: “Ancaq fakt budur ki, heç bir mənfi hal yoxdur. Əksinə, Azərbaycan dövləti dünyanın aparıcı iqtisadi, habelə enerji təminatçısı rolunu icra edən dövlətlərindən biri olduğu üçün, habelə regional və dünyəvi iqtisadi fonda söz sahibinə çevrildiyi üçün müxtəlif artım proseslərində iştirakçıya çevrilir, çünki dünyada önəmli iqtisadi aktor olaraq qəbul olunur, dəyərləndirilir, paralel addımların atılması isə belə bir mühitdə labüddür. Ona görə də düşünürəm ki, yanacağa tətbiq edilən qiymət artımının digər sahələrə, eləcə də sosial kəsimə hər hansı bir mənfi təsiri olmayacaq”.

B.Quliyev onu da bildirdi ki, Azərbaycan dövləti qiymət artımına qədər bir sıra sosial layihələr həyata keçirməklə, pensiya, əməkhaqqı və müavinətləri artırmaqla gözlənə biləcək təhlükənin qarşısını ala bilib: “Dövlət tərəfindən həyata keçirilən mühüm işlər nəticəsində əhalinin aztəminatlı təbəqəsinin, həssas qrupların müavinətləri artırılıb, pensiyaların və əməkhaqlarının da artımı baş verib. Yəni qiymət tənzimlənməsinə qədər müavinətlər, pensiyalar, əməkhaqları artırlıb, dövlət öz vətəndaşını hərtərəfli qayğı ilə əhatə edib. Dövlət bu addımı atmazdan əvvəl vətəndaşın, həssas qruplara aid əhalinin maddi rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər görüb. Odur ki, bunun vətəndaşlarımıza hər hansı bir zərəri olmayacaq” - deyə B.Quliyev əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ