Cümə axşamı günü, 12 noyabr 2026
     

9-cu sinif buraxılış imtahanlarının yeni modeli ilə bağlı ziddiyyətli reaksiyalar var…

Image


9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında – bir mərhələdə həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, yeni imtahan modelinə uyğun olaraq, şagirdlərə həm açıq, həm də qapalı tapşırıqlar təqdim olunacaq.  

DİM-in yaydığı məlumatda qeyd olunur ki, şagirdlərə tədris fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə, 85 tapşırığın təqdim olunması nəzərdə tutulur. Bu tapşırıqdan 12-si, yəni hər fənn üzrə 4 tapşırıq həlli yazılması tələb olunan tapşırıqlardır. İmtahanda toplana bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün "Abituriyent" jurnalının xüsusi buraxılışında SOVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq tərtib edilmiş proqramları və yeni tapşırıq modellərinin variantları təqdim olunub.

9-cu siniflər üzrə buraxılış imtahanlarının yeni imtahan modeli əsasında – bir mərhələdə həyata keçirilməsi müəllimlərin narazılığına səbəb olur.

  • Kamran Əsədov: “2020-ci ildə pandemiya səbəbindən həm ali təhsil müəssisələrinin qəbul imtahanları, həm də buraxılış imtahanlarının yeni modeldə keçirilməsi labüd idi”

Təhsil üzrə ekspert Kamran Əsədov qeyd etdi ki, 2020-ci ildə pandemiya səbəbindən həm ali təhsil müəssisələrinin qəbul imtahanları, həm də buraxılış imtahanlarının yeni modeldə keçirilməsi labüd idi: “Burada vacib olan bir neçə məsələ var. Məsələ ondan ibarətdir ki, orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər, eyni zamanda, ali təhsil müəssisələrində təhsil alan tələbələr pandemiya dövründə məsafədən təhsilalmada bir sıra sıxıntılar yaşadılar. Ona görə də ən vacib məqam onlar üçün təhsilin əlçatanlığını, davamlılığını təmin etməkdir. Ali təhsil müəssisələri keçən semestr müəyyən qədər güzəştlər etdilər. Amma bu il çox sərt qaydalarla semestr imtahanları keçirilir. İmtahan modelində bu dəyişiklik, eyni zamanda, DİM tərəfindən 2021-ci ildə keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında da baş verəcək. Belə ki, bu il orta ümumtəhsil məktəblərinin 9-cu sinif bazasından biliyin qiymətləndirilməsi üçün keçiriləcək imtahanlar tamamilə yeni formatda olacaq. Bu, 9-cu siniflər üçün yeni bir imtahan modelidir”.

Ekspertin sözlərinə görə, dəyişikliyin birinci hissəsi ondan ibarətdir ki, imtahan birmərhələli olacaq: “Bu mərhələdə abituriyentlərə, 9-cu sinif şagirdlərinə, ümumilikdə, 85 test tapşırığı təqdim olunacaq. Tədris fənnindən olan 30 test tapşırığından 10-u dil qaydalarına aid olan qapalı test taprışıqlarıdır, yerdə qalan hissə oxuyub-anlamaya aid iki mətn olacaq və hər mətnə, ümumilikdə, 10-10 olmaqla, 20 test tapşırığı salınacaq. İkinci sual paketi riyaziyyat fənnindən 25 test tapşırığı olacaq. Bunların 15-i qapalı test tapşırığıdır. Qapalı tipli test tapşırığının variantları a, b, c, d yolu ilə təqdim edilir. İkinci model riyaziyyatdan 6 test tapşırığı kodlaşdırılmasını üzərində əks etdirən test tapşırıqlarıdır ki, onlar kodlarla yazılacaq, bu da açıq tipli test tapşırıqlarıdır. 4 test tapşırığı isə həlli açıq şəkildə yazılması tələb olunan test tapşırıqlarıdır. Və bunun həllini şagirdlər tam şəkildə yazmalıdırlar. Üçüncu imtahan paketi xarici dildəndir. DİM qeyd edir ki, 9-cu sinif bazasında suallar 5-9-cu sinifləri əhatə edəcək. Amma  xarici dillə bağlı suallar var ki, bunlar dinləyib-anlamaya dair suallardır. Pandemiya dövründə şagirdlər yalnız elektron qaydada – kompyuter, planşet və ya mobil telefonla dərslərə qoşula bilər. Amma ölkə üzrə 25 faiz bu dərslərə qoşula bilmir, onlar bu tip prosesdən kənar qala bilərlər. Burada biliyin qiymətləndirilməsi zamanı müəyyən qədər ədalət prinsipi pozula bilər. Şagirdlərin oxuyub-anlama, dinləyib-anlama ilə bağlı çətinlik çəkəcəyini düşünürük”.

  • Osman Gündüz: “Bu model həm əvvəlki illərin kurikulum nəticələrinin hədsiz aşağı olması, həm də cari ildə pandemiya ilə əlaqəli təhsil sistemində yaranmış vəziyyət nəzərə alınmaqla tətbiq edilib”

Azərbaycan İnternet Forumunun (AİF) rəhbəri Osman Gündüz qeyd etdi ki, əvvəlki illərdə şagirdlər riyaziyyat fənnindən aşağı nəticələr göstərib: “Xatırlayıram ki, son 2-3 ildir 9-cu siniflərin buraxılış imtahanlarının 1-ci mərhələsində (kurikulum) riyaziyyat fənnindən nəticələri ağlasığmaz dərəcədə aşağı səviyyədə olur. DİM-in elmi-statistik nəticələrini araşdırmaqla, mən bir neçə dəfə buna münasibət bildirmişəm. Məsələn, ötən dərs ili ölkə üzrə 50% 9-cu sinif şagirdi 1-ci mərhələdə imtahan vərəqələrini heç nə yazmadan geri qaytardı. 9-cu siniflərin 50%-i sıfır bal toplamışdı. Ölkə üzrə riyaziyyat fənnindən 1-ci mərhələdə orta bal isə (%-lə) 10 bal olub. Bu, anlaşıqlı formada o deməkdir ki, klassik qiymətləndirmə ilə ölkə üzrə bütün 9-cular ötən dərs ilində riyaziyyat kurrikulumundan “2” qiymət alıblar”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, 2 il öncə də 9-cu siniflər riyaziyyat fənnindən buraxılış imtahanlarında çox bərbad nəticələr göstərdilər: “Həmin ildə 1-ci mərhələ riyaziyyat imtahanında ölkə üzrə 41% 9-cu sinif şagirdi "0" bal, 33% isə cəmi 6 bal topladı (30 ballıq sistemdə). Bu isə köhnə - klassik qiymətləndirmə sistemi ilə təxminən 74% şagirdin "2" qiymət alması anlamına gəlirdi. Təhsil naziri bu nəticələri ciddi təhlil edib, riyaziyyat və informatika fənlərinin tədrisinin yaxşılaşdırılması ilə bağlı xüsusi bir əmr də imzaladı. İndi yeni model təklif olunub. Güman ki, bu model həm əvvəlki illərin kurikulum nəticələrinin hədsiz aşağı olması, həm də cari ildə pandemiya ilə əlaqəli təhsil sistemində yaranmış vəziyyət nəzərə alınmaqla tətbiq edilib. Güman etmək olar ki, yaranmış situasiya ilə əlaqəli hələlik adıçəkilən fənnin tədrisində ciddi keyfiyyət dəyişikliklərinə nail olmaq mümkün olmayıb. Əgər DİM-in əvvəlki illərin klassik metodunun tətbiqi baş versəydi, 9-cuların riyaziyyatdan kurikulum üzrə buraxılış qiymətlərini proqnozlaşdırmaq elə də çətin olmazdı”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ