Azərbaycanda koronavirus infeksiyasına 1 519 yeni yoluxma faktı qeydə alınıb, 4 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 45 nəfər COVID-19-dan vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 764, bu günə qədər isə ümumilikdə 2 153 562 test icra olunub.