Cümə axşamı günü, 12 noyabr 2026
     

On bir illik ülvü sevgini, ana məhəbbətini, qardaş sevgisini Vətən yolunda qurban verən şəhid... - FOTO

Image


Vətən Savaşında milli həmrəyliyimiz, xalq-dövlət birliyi daha da, möhkəmləndi, yüzlərlə halal süd əmən, yüksək ailə tərbiyəsi görən şəhid və qazilərin qanı hesabına şanlı Ordumuz azğın düşmən üzərində bu Vətən müharibəsində tarixi zəfər qələbəsi əldə etdi. Rəşadətli əsgər və zabitlərimizin şücaəti, döyüş əməliyyatlarının yüksək peşəkarlıqla hazırlanması və həyata keçirilməsi sayəsində bu qələbə ilə bütün dünyaya səs saldıq.

Söz yox ki, Vətən və millət yolunda canından keçənlərin fəth etdiyi ən yüksək, şərəfli zirvədir şəhidlik. Amma bu ali mərtəbəyə çatmaq hamıya nəsib olmur. Vətən müharibəsinin şəhidləri sil-silə qəhrəmanlıqlar göstərərək, odun-alovun içində, mərmi, top “yağışı” altında yeni qəhrəmanlıq dastanları yaratdılar. Vətən səmasının əbədi-parlaq günəşinə çevrildilər, heç vaxt batmayan, şövq saçan dan ulduzları oldular bir-birindən gözəl, qüssəli, cəsarətli, halallıqla böyüyən şəhid cəngavərlərimiz...

...Vətən göylərində əbədi parlaq günəşə çevrilən, ürəklərdə daima çağlayan bulağa bənzər, dan ulduzu kimi bərq vuran qəhrəman el oğlumuz şəhid Elvin Mahmud oğlu Məmmədovdur. Şəhadətə qovuşan Azərbaycanımızın hər bir vətəndaşından, illərlə işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda ana məhəbbətindən, qardaşlarının, dostlarının, əzizlərinin istəyindən keçən, hətta 11 illik ülvü sevgini qurban verən zaqatalalı Elvin el oğlumuzdan söhbət açırıq.

Belə insanlar dünyaya nadir hallarda gəlirlər... və həyatda-tarixdə silinməz iz qoyub gedirlər... minlərlə insanın ürəklərinə yol tapırlar, ancaq müsbət keyfiyyətləri ilə...

...Bu Vətən Savaşında ölməzliyə qovuşan Elvin Məmmədov cəmi 28 il ömür sürdü, amma çox mənalı ömür sürdü, gəncliyə örnək olası ömür... Hətta uşaqlıqdan, məktəb illərindən çox çətinliklərlə üzləşib. O heç vaxt istəməyib ki, valideynlərinə, qardaşlarına, qohum-əqrəbaya, dostlarına əziyyət versin... Nə qədər çətin olsa da, öz zəhməti ilə nəyəsə nail olurdu Elvin...

O, 1992-ci il oktyabr ayının 3 –də Zaqatala şəhərində sadə, zəhmətsevər bir ailədə dünyaya göz açmışdı. Məmmədovlar ailəsinin son beşiyi, yəni 3 qardaşın sonuncusu idi Elvin. Buna görə də uçaqlıqdan hamı Elvinin xətrini çox istəyirdi. Ailəsində olarkən məlum oldu ki, anası Tahirə xanım uzun illərdir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasında çalışır və kollektivdə böyük hörməti var. Atası Mahmud isə 2019-cu ilin dekabr ayının 15-də ağır xəstəlikdən dünyasını dəyişib. Mərhum zəhmətkeş insan və təcrübəli maşın ustası olub.

Elvin Zaqatala şəhər, Şıxəli Qurbanov adına 3 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib. Uşaqlıqdan arzusu ali təhsilli bank işçisi olmaq idi Elvinin. Böyük qardqaşı ali təhsilli hüquqşünasdır və 2 övlad atasıdır. Nizami Məmmədov söhbət zamanı bildirdi ki, şəhid qardaşı, son beşik olmasına baxmayaraq, ərkəsöyün olmayıb, tərbiyəli, ağıllı, dərrakəli, səliqəli və xoş rəftar idi. Həmişə dərslərinə ciddi hazırlaşar, valideynlərinin, qardaşlarının sözündən çıxmaz, ev işlərində kömək edərdi, səliqəli geyinər və dərs məşğələlərinə gecikməzdi Elvin. Qardaşı söyləyir ki, “təhsil aldığı 3 saylı tam orta məktəbin müəllimləri onun dərsə davamiyyətindən, dərs məşğələlərindən, tədbirlərdə fəal iştirak etməsindən, davranışından həmişə razılıqla danışardılar. Məktəbdə onun çoxlu dostları vardı, xoş, mülayim xasiyyətili, sözübütöv olduğuna görə oğlanlar da, qızlar da Elvinin xətrini çox istəyirdilər. Texniki fənlərə daha çox meylli olsa da, vətənpərvərlik tarixi, hərbi mövzulardan, məktəbdə keçirilən diskussiyalardan, tədbirlərdən və yarışlardan, müsabiqələrdən kənarda qalmazdı Elvin” – deyir, şəhidin böyük qardaşı Nizami.

Öyrəndik ki, Elvin Məmmədov hələ məktəb illərində ölkəmizin hərb tarixi, sərhədlərimiz, Milli qəhrəmanlarımız, Qarabağ məsələsinin necə yaranması, torpaqlarımızın necə işğal olunması ilə bağlı bilgilər toplayırmış. Tez-tez dostları ilə Zaqatalanın tarixi yerləri və tarixi faktlarla maraqlanarmış. Rus imperiyasının işğalçılıq siyasəti nəticəsində erməni daşnaklarının bütöv Azərbaycanın ərazisində yerləşdirməsini, hiyləgər düşmənin məkrli siyasəti ilə torpaqlarımızı havadarlarının köməyilə necə zəbt etdiyini daima öyrənirdi. Çünki, o, dünyaya gələndə artıq düşmənlərimiz bizə qarşı çirkin niyyətlərini həyata keçirirdi...

Əlbəttə ki, onun uşaq yaddaşı, eşitdikləri, gördükləri bunları götür-qoy edirdi. Dərin düşüncəyə malik olan qəhrəman el oğlumuz bütün bunlara biganə yanaşa bilməzdi. Sözün düzü, əslində analar öz oğullarını – övladlarını daha yaxşı, daha yaxından tanıyırlar. Axı övlad üçün ən çox əziyyət çəkən, onların dərdlərinə şərik olanlar valideynlərdir.

“...Ana üçün bütün övladlar əzizdir, baldan şirindir. Şükürlər olsun ki, üç oğlumun üçü də çox ağıllı, kamallı, hər bir vəziyyəti dərhal anlayandır, zəhmətsevər, halallıqla böyüyəndirlər, zəhmətkeş və vətənpərvərdirlər. Elvinimin ailəmizdə öz yeri var idi. Arzusuna, niyyətinə çatmaq üçün əziyyətlərə qatlanardı, biz valideynlərə əziyyət verməzdi. Dostnan-dost kimi, qardaşnan-qardaş kimi, böyüknən-böyük kimi, kiçiknən kiçik kimi davranardı Elvin balam” – deyə, Tahirə xanım söhbətimizə qoşuldu...

Tahirə xanım onu da qeyd etdi ki, “mənim balam bir yox, iki müharibənin iştirakçısıdır. Duyğulu idi, arzuları çox idi Elvinimin. Atası ailəni dolandırmaq üçün Rusiya Federasiyasına gedəndə çox narahatlıq keçirmişdi Elvin. Demişdi ki, “əzizim ata, niyə qərib ölkəyə gedirsən, biz ölməmişik ki, işləyəcəyik, qazanc əldə edəcəyik. Mən də, qardaşlarım da artıq böyümüşük, sən uzaqlara getmə”. Ali təhsil almaq, bir işin qulpundan yapışmaq, ailəyə qazanc gətirmək və ailə qurmaq onun ən böyük arzusu idi. Milli Ordu sıralarına, həqiqi hərbi xidmətə həvəslə, ürəklə, çəkinmədən getmişdi. Ona hərbi mundir də yaraşardı. Goranboy-Tərtər kimi cəbhənin ən qaynar ön hissələrində xidmət edirdi. Hərbi sirləri, döyüş texnikasını peşəkarlıqla öyrənmişdi. 2016 –cı ilin 18 aprel döyüşlərində iştirak etmiş, bir hərbçi kimi əsl şücaət göstərmiş və özünü doğrultmuşdu. Elvin sanki bu döyüşlərdə bir sınaq məktəbini keçmişdi və Vətən müharibəsində iştirak etməyə təminat yaratmışdı. Aprel döyüşlərində o, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhf etmişdi. Xidmət etdiyi N saylı hərbi hissənin komandiri polkovnik-leytenant Əflatun Nurəliyev döyüş və ictimai-siyasi hazırlıqdqa əldə etdiyi nailiyyətə görə Elvini Fəxri Fərmanla təltif etmiş, bizin adımıza onun imzası və möhürü ilə təsdiqlənən Təşəkkür məktubu göndərmişdi. Bəli, cəsur Elvin balamız əlaçı əsgər kimi Vətənimizə xidmət etmişdi...

Amma o çox yaxşı başa düşürdü ki, başlar tam əzilməmiş, mənfur düşmən nə vaxtsa yenə də məkrli niyyətini həyata keçirəcək... O həmişə bunlardan narahat idi. Mən nə biləydim ki, müharibə başlayacaq, oğlum Elvin azğın düşmənlə döyüşəcək və... ana ürəyinə sağalmaz dağ çəkəcək... 2019-cu ilin dekabr ayının 19-da həyat yoldaşımı itirdik, 2020-ci ilin oktybar ayının 15-i isə kişi qeyrətli, kişi namusli, nəslimizin fəxri olan son beşiyimizi Vətən yolunda fəda verdik... Ömürlərinin şirin çağlarında öz körpə balalarını doyunca əzizləməyən oğullar itirən analar necə təsəlli tapsınlar, qiymətsiz oğulların yoxluğuna necə alışsınlar...”

...Bu qürurlu anaya min-min alqış deyirəm, onun qarşısında bir igid, vətənpərvər, mərd və Vətənimiz uğrunda həlak olan şəhid Elvin Məmmədovun anası kimi dəfələrlə baş əyirəm...

Şəhid – igidimizin qardaşları Nizami və İlqar söyləyirlər ki, Elvin hələ ermənilərin Tovuz rayonundakı təxribatından sonra demişdi ki, müharibə başlasa könüllü cəbhəyə gedəcək. Sentyabr ayının 21-də Elvin Məmmədov təlimlərdə iştirak etmək üçün hərbiyə çağırıldı. Qardaşları onda anladılar ki, müharibə qaçılmazdır. Onlar Elvini saxlatdırıb, özləri könüllü hərbi təlimlərə qatılmaq istəyiblər. Lakin o buna razılıq verməyib.

Yuxarıda qeyd etdiyim kimi, bu müharibədə təcrübəli, qorxmaz və cəsur döyüşçü olmuş Elvin Məmmədov 11 illik ülvü, möhkəm məhəbbətini və sevgisini də Vətən yolunda, bütövlüyümüz, azadlığımız uğrunda əbədiyyətə yazdı. Əsl namuslu-qeyrətli oğul kimi qəhrəmanlıq dastanı ilə yanaşı unudulmaz sevgi dastanını yaratdı – sevən gənclərə nümunə olacaq... Bu gün isə ondan əmanət yalnız ürəkdən sevdiyi həyat yoldaşı Xəyalə xanım və bir də ki, hələ 10 aylıq olan, şəhidimizin doyunca əzizləmədiyi, yetərincə gəzdirmədiyi şirin-şəkər qızı Ahunurdur. Hələ də Elvinin yoxluğuna inanmayan Vətən fədaisinin həyat yoldaşı ilə görüşüb söhbət etmək mənim üçün çox çətin  idi... Çünki gənc yaşlarında az müddət bir yerdə yaşadığı ailə başçısını itirən qadının hansı hisslər keçirdiyi məlum idi. Onu qarşıda enişli, yoxuşlu yollar gözləyirdi... körpə qızının məsuliyyəti, qayğıları və s... Xəyalənin dedikləri: “Bəlkə də səhv edərəm, müasir dövrdə Elvin kimi həyatın hər bir incəliklərini dərk edən, mətin iradəli, müsbət keyfiyyətlərə malik, qarşılıqlı hörmət saxlayan, niyyətinə ancaq halallıqla, zəhməti ilə nail olan şəxslər nadir hallarda olur. Çünki mən onu 2009-cu ildən tanıyırdım. Öncə etibarlı, sözübütöv insan olduğunu bilirdim. Biz bir-birimizə çox bağlı idik. Axı, on bir illik sevgi və məhəbbətimiz bizi hər bir sınaqdan çıxarmışdı. Elvin Gürcüstan Respublikasında İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirmişdi. Amma doğma Vətənində iş tapmamışdı, Ordu sıralarında ləyaqətlə xidmət etmişdi. Ağır Aprel 2016-cı il döyüşlərində mərdliklə iştirak etmişdi. Mən onun cəsurluğu ilə qürur duyurdum. Həmin döyüşlərdə hərbi peşəkarlığını artırmışdı. Hərbi xidməti başa vurduqdan sonra Elvin yenə də ixtisası üzrə iş axtarıb, lakin iş tapa bilmədiyindən Türkiyə Respublikasına işləməyə gedib. O həmişə deyirdi ki, bir iş tapmamış ailə həyatı qurmayacaq. Çoxlu çətinliklərdən sonra, nəhayət dərman şirkətlərinin birinə imtahanı uğurla verdikdən sonra işə qəbul olundu. O, böyük arzularla yaşayırdı. Ən böyük arzusu isə ailə qurub, yaxşı ev şəraiti yaratmaq və xoşbəxt yaşamaq idi... 2019-cu ilin mart ayının 20-də biz ailə həyatı qurduq. Yaşadıqları evdə darısqallıq olduğuna görə biz kirayədə yaşamalı olduq. Buna baxmayaraq, Elvinlə çox mehriban yaşayırdıq. Bir tikəmizi ortadan bölürdük. Övladımız, qızımız Ahunur dünyaya gələndə Elvinin sevincinin həddi-hüdudu yox idi... O həmişə nikbin olsa da narahat görünürdü... Övladını mənimlə bərabər dünyalar qədər istəyirdi... Nəhayət...

21 sentyabr 2020-ci il gəldi. Elvin hərbi təlimlər adı ilə cəbhə bölgəsinə, Tərtər rayonuna getdi. Hərbiyə gedəndə mənə demişdi ki, nigaran qalma, narahat olma, hər şey yaxşı olacaq, biz tezliklə görüşəcəyik... Sentyabr ayının 27-də azğın düşmənlə müharibəyə başlayanda isə hər şeyi anladım... Elvinin hərbi təlimlərdən sonra döyüşlərə getdiyini bildim. O, cəbhənin ən qaynar  nöqtəsində olsa da, telefonla danışardı. Özünüzdən və balamdan muğayat ol, məndən nigaran qalmayın - deyirdi. Amma Eıvin bizə müharibədən heç nə danışmırdı. Əsl hərbiçi tək hərbi andına sadiq qalaraq cəbhədə nələr baş verdiyindən bizi məlumatlandırmazdı, narahat olmayaq deyə... Sonradan eşitdim ki, Elvin sərrast atıcı kimi Tərtər-Goranboy-Ağdam-Ağdərə istiqamətlərində gedən döyüşlərdə əsl vətənpərvər kimi döyüşüb. Çoxlu mövqelərimizin, dağ yüksəkliklərimizin mənfur düşməndən azad olunmasında fədakarlıq göstərib. O mənimlə sonuncu dəfə oktyabr ayının 15-də günorta saat 13-14 radələrində telefonla danışdı. Dedi ki, özünə və qızına yaxşı bax... Danışığında nəsə təlaş hiss etdim, çox nigaran qaldım”

Qəhrəmanımızın həyat yoldaşı deyir ki, “Elvin elə həmin gün Ağdərənin azad edilməsi uğrunda erməni mənfurları ilə gedən qızğın döyüşlərdə ağır yaralanaraq, Vətənimizin xilaskar, mərd oğlu kimi qəhrəmancasına həlak olub”

Məlumatlara görə, Elvin Məmmədovun şəhid olduğu döyüşdə düşmən güclü müqavimət göstərsə də, hərbçilərimiz dığaları susdurub, çoxlu sayda canlı qüvvəsini və texnikasını sıradan çıxararaq düşmənlərə sarsıdıcı zərbələr vurublar.

Xəyalə xanım söhbətinin davamında söylədi ki, “Elvinin  həlak olması xəbərini 16 oktyabr 2020-ci il tarixdə saat 10:30-da aldıq... Elə bil dünya başıma fırlandı, anamgildə idim, qışqıraraq dedim – “Axı niyə belə etdin, Elvin?... Sən mənə demişdin ki, hər şey yaxşı olacaq, tezliklə dönəcəyəm... Bəs gələcəkdə Ahunur səni soruşanda nə cavab verim – ay Elvin?” – deyə əlavə etdi...

Qeyd edək ki, Elvin həm də cüdo üzrə idman ustası və dəfələrlə yarış və turnirlərin qalibi olub. Onun adı şəhid idmançı kimi Cüdo Federasiyasının Şərəf kitabına yazılıb.

...Deyirlər “Vətən ürəkdə şəhidlə bitər...” Ürəyində daima Vətən sevgisi gəzdirən, 2016-cı ildən bəri Goranboy rayonunun Ağcakənd kəndindən başlanan və Yaşmada xüsusi təlimlərdən keçən hərbi yolu bu Vətən müharibəsində şəhid kimi başa vurdu igidimiz Elvin...

Ruhun şad olsun, Allah sənin əzizlərinə - həsrətlə yolunu gözləyən Xəyalə xanıma, Ahunur balana Allah səbr versin, Zaqatalanın fədakar oğlu.

Prezidentin Sərəncamı ilə cəsur el oğlumuz Elvin Məmmədov ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif edilib.

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ