Koronavirusun müalicəsində istifadə olunan dərmanlarla bağlı qıtlıq süni şəkildə yaradılıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, dərman qıtlığı müəyyən insanlar tərəfindən yaradılır və bu da müvəqqətidir.