Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid olanların ailələrinin təminatına yardım məqsədilə Naxçıvan Muxtar Respublikasına 100 min manat vəsait köçürüb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından “Bakı Xəbər”ə bildirildiyinə görə, AHİK-in İcraiyyə Komitəsinin qərarına əsasən, Vətən müharibəsi dövründə həlak olmuş əsgər və zabitlərin Naxçıvan Muxtar Respublikasında yaşayan ailələrinə, qazilərə və zərər çəkmiş dinc sakinlərin sosial problemlərinin həlli ilə bağlı “YAŞAT” Fonduna 100 min manat köçürülüb.