Cümə axşamı günü, 12 noyabr 2026
     

Şəhid Kamil Şirinovun qürurlu adı hər kəsin qürur mənbəyidir - FOTO

Image


Tarixən vətən müqəddəsdir, vətən əzizdir deyib, onun hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan, hətta bu yolda canından keçməyə hazır olan, ömür yollarında əvəzsiz qəhrəmanlıqlar göstərən, bir sözlə, tarixdə xariqələr yaradan vətən övladlarının adları heç zaman unudulmayıb, heç zaman da yaddaşlardan çıxmayıb.

Bəli, taleyinə çoxları kimi vətəni sevmək, onun hər qarış torpağına bağlı olmaq istəyi yazılmış şəhid kapitan Şirinov Kamil Əlişoğlunun ömür yolları haqda söhbət düşərkən, o zaman bəlli olur ki, adı çəkilən bu igid oğul da, məhz canını, qanını torpaqlarımızın bütövlüyü uğrunda qurban verməyə hazır olan vətən övladlarından biri olur. Bəli, zaman keçəcək, illər bir-birini əvəzləyəcək, o halda adı hər kəs tərəfindən iftixar hissi ilə çəkiləcək Kamil Şirinovun atdığı addımlara, məhz tarixin özü lazım olduğu qiymətini verəcək. Çünki, o, ölümü ilə ən uca bir zirvəyə, məhz şəhidlik zirvəsinə ucalmış vətən oğullarından biridir.

Şəhid kapitan Şirinov Kamil Əliş oğlu 9 aprel 1991-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olmuşdur. Qeyd edək ki, o, ata-anasının böyük övladı olur və 1997-ci ildə doğulub boya-başa çatdığı Çuxanlı kəndindəki şəhid Ziyad Həmidov adına tam orta məktəbdə təhsil alır. Elə ki, Kamil Şirinov 2006-cı ildə həmin məktəbin 9-cu sinif şagirdi olur, o halda o, öz istəyi ilə hərbi məktəbə daxil olmaq qərarı verir və həmin ildə də Cəmşid Naxçivanski adına hərbi məktəbə daxil olmaq məqsədilə imtahan verib, məhz arzusunda olduğu belə bir istəyinə nail olur. Üç il təhsilini davam etdirdikdən sonra o, 2009-cu ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olur. Dörd il ərzində bu akademiyanı əla qiymətlərlə və qüsursuz davranışı ilə başa vuran Kamil Şirinov, 2013-cü ildə ali hərbi təhsilini uğurla başa vurur və çox keçmir ki, “N” saylı hərbi hissədə xidməti fəaliyyətinə başlayır. Qəhrəmanımızın hərbi sahəyə istəyi o qədər çox olur ki, o, ən çətin sahələrdən biri hesab olunan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyi də qarşısına əsas məqsəd qoyur. Düzdür, Kamil Şirinov bu yöndə istəyini ilk əvvəl atasına bildirsə də, o, belə bir istəyini bir müddət anasından gizli saxlayır. Çox keçmir ki, XTQ-in sıralarına daxil olan Kamil Şirinov, bu sahə üzrə təhsilini uğurla davam etdirir və xüsusi təlimlərdə yaxından iştirak etməklə çətin sınaqlardan da keçir. Yəni çox keçmir ki, o, qarşısına qoyduğu bu yöndə məqsədinə çatır və XTQ-ə məxsus “N” saylı hərbi hissədə xidməti fəaliyyətinə başlayır. Gənc və peşəkar hərbçi olaraq onun əsas məqsədi işğal altında olan torpaqlarımızın azad olunması olduğundan, Kamil Şirinov heç vaxt hərbi xidmətinə aid məsələlər haqda bir kimsənin yanında söz-söhbət salmağı sevməzdi.

Onu da qeyd edək ki, bu şəxs öz peşəsinə olduqca bağlı və sadiq olduğundan, həmçinin qüsursuz hərbi xidmət göstərdiyindən, bir neçə dəfə rəhbərlik tərəfindən mükafatla, medalla və fəxri fərmanla da təltif olunur. Bir sözlə, hərbi sahədə nümunəvi xidmət göstərmək sanki Kamil Şirinovun ruhuna və qanına işləmişdir. 2016-cı ilin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən onun əlini sıxmış və “Fərqlənmə medalı”nı onun özünə təqdim etmişdir. Bunu Kamil Şirinov özü və xalqı üçün qürurverici hal da hesab etmişdir. Bundan əlavə o, hərbi sahədə öz potensialını artırmaq üçün bir neçə dəfə Türkiyə və Pakistanda hərbi təlimlərdə olmuş və atdığı addımlarına görə bir neçə medalla da təltif olunmuşdur. O, vətəni canından çox sevirdi və çox şükürlər olsun ki, bu gün torpaqlarımız yağı düşmənin tapdağından azad olunub. Belə bir halın varlığı, məhz onun ruhunun da şad olması deməkdir.

Bəli, Kamil Şirinov canından çox sevdiyi vətən torpaqlarının bütövlüyü yolunda qorxmadan, heç bir halda çəkinmədən qanlı döyüşlərə atıldı və bu ilin 29 sentyabrında Füzuli uğurunda gedən döyüşlər zamanı şəhid oldu. O, yaralı yoldaşını döyüş bölgəsindən çıxararkən düşmənin snayper gülləsinə tuş gəlir və aldığı güllə yarasından təqribən 50 saniyə sonra dünyasını dəyişir. O, həmin anlarda ovucunun içində bərk-bərk sıxıb saxladığı üçrəngli Azərbaycan bayrağını döyüş yoldaşına uzadır və “bunu oğlum Turkaya verin” deməyi də unutmur. Bu gün həmin üçrəngli bayraq Şirinovlar ailəsinin qürur mənbəyinə çevrilib ki, hazırda onun kiçik qardaşı bir hərbçi olaraq qardaşı Kamilin yolunu davam etdirir. Qeyd edək ki, onların atası Əliş Şirinov da vaxtilə hərbçi olmuş və 1-ci Qarabağ müharibəsində də yaxından iştirak etmişdi. Kamil Şirinovun hərbi sahəyə meylli olması bəlkə də onun hərbçi ailəsində anadan olması ilə bağlı olmuşdur.

Şəhid kapitan iki azyaşlı övlad atası idi. Bu gün onun böyük oğlu Turkay iki yaşındadır, kiçik oğlu Tunar isə altı aylıqdır. Kamil Şirinov gənc hərbçi olaraq 44 gün davam edən Vətən müharibəsində qorxmadan-çəkinmədən döyüşlərə atıldı və torpaqlarımızın bütövlüyü yolunda canından keçib əbədiyyətə qovuşdu. Artıq o, bir daha azyaşlı övladlarının qayğısına qalmayacaq, onlarla deyib-gülməyəcək. Nə qədər ağır, nə qədər çətin olsa da, onun atdığı addımlar ailə üzvləri üçün başucalığıdır, qürurverici haldır. Bəli, həmin körpələr böyüyüb boya-başa çatacaqlar və şəhid övladları olaraq da tanınacaqlar. Onlar ata deyə bilməsələr də, məhz atalarının qürurlu adı ilə hər zaman başıuca, alnıaçıq gəzməyi də bacaracaqlar.

Ümumiyyətlə, şəhidlik uca bir zirvədir, elə bir zirvədir ki, ora əlçatmazdır. Bəli, kapitan Kamil Şirinov da öz qanı, öz canı bahasına həmin zirvəyə ucaldı. Elə bir zirvəyə ki, həmin zirvə ucadan da ucadır! O, bu ilin avqust ayında kapitan rütbəsinə sahib olmuşdur və yaşının üstünə yaş gəldikcə, məhz vəzifə pilləsində də yüksəlirdi. Kamil Şirinov ölümündən sonra Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə münasibəti ilə təsis olunmuş “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə mükafatlandırılıb.

Hər kəsə bəllidir ki, əksəriyyətimiz son zamanlar dillərdə dastana çevrilmiş “Vətən yaxşıdır” mahnısını əzbər bilirik. Bəli, biz yurdumuza xəyallardan keçən dastanı yazdıq, Kamil Şirinov isə hər kəsin xəyalında yaşaya biləcək bir dastan qoyub getdi. Ona görə də hər birimiz son nəfəsimizə kimi şəhid adına, şəhid ailələrinə borcluyuq. Atasını axtaran o körpələrə, hər gün Kamilin yolunu gözləyən həyat yoldaşına, min bir əzab-əziyyətlə böyütdüyü və sonda övladının nəşini çiyinləri üstə alıb son mənzilə yola salan ataya, yaşamaqdan utanan və hər gün o böyük Allah-Təalaya dua edib “Sən mənim canımı al” deyən gözüyaşlı anaya hər zaman borclu olacağıq. Əlbəttə, vətən sağ olsun! Amma, onu da istərdim ki, vətənlə birlikdə şəhidim də sağ olaydı! Kapitan Kamil Şirinov, şəhadətin mübarək, cənnətdəki yerin mübarək, şəhid adın mübarək! Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin!

Günel HƏSƏNLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ