Cümə axşamı günü, 12 noyabr 2026
     

...Qəlblərə qəhrəmanlığı ilə yol tapmış Vətən oğlu... - FOTO

Image


...Orxan handan-hana şok vəziyyətindən ayılıb, gözlərinin qapaqlarını çox çətinliklə açdı. Ətrafında ağ xalatlı həkimləri görəndə duruxdu və təəccüblə, nazik səslə: “mən hardayam, bəs mənim döyüşçü dostlarım hanı?..” dedi və başından aldığı qəlpə yarasının ağrılarından başını qaldırmaq istəsə də bacarmadı.

Həkim və tibb bacıları yenidən onun başına toplaşaraq, Orxanın vəziyyətinin sabitləşməsi üçün vacib olan pressedurları həyata keçirdilər. Bir neçə gün Mingəçevir şəhər Hərbi Hospitalının sağlamlıq keçikçiləri bu gənc hərbçimizin tezliklə sağalıb, cəbhə xəttinə qayıtması üçün canla-başla, yuxusuz qalaraq, əllərindən gələni əsirgəmədilər. Çünki ağır yaralı hərbi qulluqçumuz olan Orxan balamız tezliklə sağalıb, yenidən cəbhəyə, döyüşçü yoldaşlarının yanına qayıtmaq istəyini təkrar-təkrar tibb işçilərinə bildirirdi. Məlum oldu ki, o, Tərtər rayonu ərazisində gedən şiddətli döyüşlərdə düşmənin atdığı mərmilərin partlaması nəticəsində baş nahiyyəsindən, qollarından və ayaqlarından ağır yaralanıb. Güclü stress keçirən, çoxlu qan itirən Orxanı koma vəziyyətində Mingəçevir şəhərinə, Mərkəzi Xəstəxana Hospitalına gətirmişdilər və həkimlərin səyi nəticəsində hərbi qulluqçu Orxan Fətəli oğlu Cumayev 10 gün ərzində sağalmış və yenidən döyüşlərə qatılmışdı. Erməni dşığalarını məhv edib, torpaqlarımızı, Vətənimizi, Qarabağımızı azad etmək üçün ilk döyüşlərdə yaralanan, qəhrəmanlıqla həlak olan döyüşçü hərbçilərin qisasını almaq üçün qayıtmışdı – Orxan...

Bu, Azərbaycanımızın vətənpərvər, mərd oğlu, Zaqatalanın igid balası, həqiqi hərbi xidmətdən sonra müqavilə əsasında Milli Ordumuzda xidmətini əlavə olaraq xidmətini davam etdirən Orxanın İkinci Vətən Savaşındakı ilk epizodlardan biri idi. Artıq əbədiyyətə, şəhadətə qovuşan Orxan Fətəli oğlu Cumayevin...

...Həqiqətən də, rəsmi məlumatlara görə, bu mürəkkəb müharibədə haqq dünyasına qovuşan 2783 Vətən fədaisi, elə bil sayılıb-seçilən Azərbaycan oğulları olublar. Onların hər birində yüksək insanlıq dəyərləri, cəfakeşlik, ailəsinə, valideynlərinə, övladlarına, əzizlərinə möhkəm bağlılıq olub. İlk növbədə isə Vətənsevərlik, düşmənə həddindən artıq nifrət...  Orxan Cumayev də məhz müharibənin qələbəmizlə başa çatmasında, düşmənin həyasızcasına, xəyanətlə zəbt etdikləri torpaqlarımızın, şəhər, qəsəbə, kənd yerlərinin və digər mühüm mövqelərimizin azad edilməsində odun-alovun içinə atanlardan, düşmənə aman  verməyən, döyüşlərdə öndə gedən hərbi qulluqçulardan olub. Sağ qalsaydı... Zəfər bayramını, Qələbə gününü, Qələbə paradını qeyd edərdi Orxan.

...Məktəb illərindən çox məsuliyyətli, çox tələbkar, mürəkkəb olan hərbiçi olmağı arzulayan, orta məktəbi bitirdikdən sonra bu arzusunu gerçəkləşdirən el oğlumuz orxan Fətəli oğlu Cumayev çox yaxşı başa düşürdü ki, onu qarşıda çox böyük imtahan gözləyir - Azərbaycanımızın, doğma Vətənimizin işğal altında olan torpaqlarımızı hiyləgər düşməndən təmizləmək. Əlbəttəə ki, yurdumuzun Qarabağ məkanı ermənilər tərəfindən xaincəsinə, namərdcəsinə zəbt ediləndə Orxan hələ dünyaya gəlməmişdi.

Ancaq uşaq yaşlarından babaları, nənələri, valideynləri və sevimli müəllimləri ona Qarabağın Azərbaycanımızın ayrılmaz hissəsi olduğunu və vətənpərvərliyi aşılamışdı...

Növbəti yazımın qəhrəmanı şəhid, gənc hərbi qulluqçu Orxan Cumayev 2000 –ci ilin 14 yanvar tarixində odlar yurdumuzun dilbər güşəsi, neçə-neçə üsyanların şahidi, qədim Zaqatala şəhərində dünyaya göz açmışdı. Bir bacı, bir qardaş idilər: Fatma və Orxan. Fatma bacısı ailənin böyük övladıdır – 1993 –cü il təvəllüdlüdür. O, Rahilə xanımın və Fətəli bəyin ailəsində böyüyüb, ərsəyə çatmışdı. Zəhmətkeş ailənin çox ağıllı, mülayim xasiyyətli, xoş davranışı, təmiz ürəyi, böyüyə böyük kimi, kiçiyə kiçik kimi münasibət bəsləyən, hörmət edən bir insan idi – Orxan. Nənə və babalarını çox sevirdi. O, bir iş görəndə böyüklərdən məsləhət alardı. Çoxlu dostları vardı, hamısı da özü kimi sadə və sözü bütöv oğlanlar – Vətəni sevənlər.

Bildirdiyimiz kimi daima nəslinin, ailəsinin, dərs dediyi müəllimlərinin və ən çox sevdiyi dostlarının adını uca tutmağa çalışan Orxan – öz arzusu ilə seçdiyi hərbi xidmətdə də özünü qeyrətli oğul kimi doğrultdu. Anası Rahilə xanım qeyd etdi ki, oğlunu fikrindən döndərə bilmədi. Dedim ki: “get, sağ – salamat, öz müqəddəs hərbi xidməti borcunu layiqincə yerinə yetir, səbrsizliklə sənin yolunu gözləyirik. Bilirəm ki, hərbçi olmaq istəyirsən, gözəl niyyətin var, amma... Unutma ki, düşmən ac canavar kimi dişlərini qıcayıb, növbəti təxribatlar törətməyə hazırlaşır, birdən müharibə başlayar, axı biz səndın nigaran qalacağıq...” Əziz oğlum isə cavabında belə demişdi: “Ana, narahat olma, tərəddüd etmə, nigaran qalma, mən Sizin hamınızı çox sevirəm, dünyalar qədər... Ancaq əsl oğul Vətənin dar günündə onu ayıq və sayıq qorumalıdır və hətta uğrunda canından da keçməlidir. Bu bizim müqəddəs borcumuzdur. Axı, nə vaxtsa o qudurğan düşməni torpaqlarımızdan qovmalıyıq, zaman çatıb – Ana!

Orxan bu sözləri hələ əsgərliyə yola düşəndə söyləmişdi. Sanki o hiss etmişdi ki, bir hərbçi kimi İkinci Vətən Savaşında iştirak edəcək. Atası Fətəli bəy isə söyləyir ki, “2018 –ci ilin yanvar ayında oğlu Orxanı Milli Ordu sıralarına həqiqi hərbi xidmətə yola salıblar. 3 ay Goranboy rayonunun Ağca kənd kəndində yerləşən “N” saylı hərbi hissədə ilk tədris hərbi-taktik təlimlər keçdikdən sonra Orxan Tərtər rayonunun Borsunlu kəndində yerləşən, ermənilərə lap yaxın məsafədə yerləşən hərbi mövqelərimizdə, yəni postlarda xidmətini davam etdirib”. Oğlum deyirmiş ki, atəşkəsi vaxtaşırı pozan düşmən müxtəlif silahlardan mövqelərimizi atəşə tutur, təxribat törətmək istəyirdilər. Azərbaycan hərbçiləri isə çox cəsarətlə onların hücuma keçmək cəhdlərinin qarşısını alırdılar və düşməni susdururdular. Bunları da şəhid atası əlavə etdi.

Fətəli kişinin sözlərinə görə, yaxşı hərbi xidmətinə görə oğlu Orxana dəfələrlə komandirlər tərəfindən təşəkkürnamə elan edilib və bölük komandiri təyin edilib. Orxan Cumayev Milli Orduda, ön cəbhə xəttində hərbi xidmətini ləyaqətlə, mətinliklə yerinə yetirməklə yanaşı, bütün sınaqlardan, təlimlərdən üzüağ çıxdı. O, xidməti dövründə komandirlərin hər bir tapşırıqlarını vicdanla yerinə yetirən, cəsarətlə mənfur düşmənin bir-iki addımlığında olan postlarımızı ayıq-sayıq qoruyan, etibarlı və Vətən cəfakeşi olan hərbçi, kiçik komandir kimi yetişdi. Özünün inadkarlığı, hərbi anda sadiq olması sayəsində Orxanın həqiqi hərbi xidməti 2019 –cu ilin iyun ayında başa çatdı. əzizlərinin yanına gəlincə, əvvəl o, xidmətdən əlavə hərbi qulluqçu kimi hərbi hissədə qalıb işləmək üçün 3 illik müqavilə bağladı. Müqavilənin şərtlərini əsl hərbçi kimi yerinə yetirəcəyinə söz verdi...

Nəvəm Orxan 15 günlük məzuniyyətə gələndə, ondan ayrıla bilmirdim, elə bil dünyaları bağışlamışdılar mənə. Sanki böyümüşdü, hərbi geyimi necə də yaraşırdı ona. Daha da ciddiləşmişdi, böyümüşdü, atdığı addımlar və etdiyi söhbətlərə çox diqqət edirdi. Bəzən də çox narahat görünürdü – deyə Orxanın sevimli nənəsi olmuş – Anaxanım Cumayeva söhbıtimizə qoşuldu. Onu həyəcansız dinləmək mümkün deyildi. Gah ağlayır, gah danışır, gah da qəhər onu boğurdu. Nənə çox niskilli idi – söhbətini davam etdirərək dedi: “Altı nəvəmin hamısı mənim üçün əzizdir, onları seçmirəm. Ancaq Orxanı çox istəməyə vadar edən cəhətlər və səbəblər çox idi onda. Məzuniyyətə gələndə baba yurduna gələr, ürəyi nə istəyərsə bişirib verərdim və əzizləyərdim. Çox narahat görünürdü. Bircəciyi olan bacısı Fatmadan ayrıla bilmirdi. Çünki hər iki nəvəm mülayim xasiyyətli, tərbiyəli, gözütox, hər cür çətinliklərə dözən olublar. Məzuniyyətin başa çatmasına bir neçə gün qalanda ona dedim ki: “getmə Orxan hərbiyə, qal burda, sənin istədiyin yerdə işləyərsən, axi biz səndən ötrü darıxacağıq, bizi gözü yolda qoyma...”

Başımı sığallaya-sığallaya: “mənim əziz nənəm, özünüz də yaxşı bilirsiniz ki, mən hərbi xidmətimi davam etdirmək üçün and içmişəm, müqavilə bağlamışam, anda sadiq hərbçiyəm. Nənə, unutma ki, doğma Vətənimizin üzərindən hələ qara buludlar çəkilməyib, mən bu günlər hərbiyə gərəyəm, ehtiyac var. Unutmayın ki, Qarabağımız, o gözəl Fərrux dağı, Ballı qaya, Murov dağı yüksəklikləri, o gözəl dərələr düşmənin işğalı altındadır. Hər an düşmən təxribat törədə bilər, cəbhəboyu rayonlarda insanlar səksəkə, təhlükə içində yaşayırlar. Vicdanlı bir hərbçi kimi torpaqlarımızın azadılığı uğrunda mübarizə aparmaq, digər hərbçilərtək nəvəniz Orxanın, yəni mənim də müqəddəs borcumuzdur” – dedi.

Nənənin sözlərinə görə, məzuniyyətdən qayıtmağa bir gün qalmış Orxanın ən çox xoşladığı “ləpəli  kələm dolması”nı bişirib, Orxan bu yeməyi iştaha ilə yeyib...

2018 –ci ilin iyul ayından yenidən ön cəbhə xəttindəki hərbi hissəyə qayıdan MAHHXQ çavuş Orxan Cumayev vicdanla andına sadiq xidmətini davam etdirib. Düşmənlə üzbəüz mövqelərdə rəhbərlik etdiyi bölüklə vəzifəsini müvəffəqiyyətlə davam etdirməklə yanaşı, hərbi təlimlərdə də iştirak edib. Çünki hər an hərbi münaqişə gözlənilirdi, necə deyərlər, “bıçaq sümüyə dirənmişdi”...

Qeyd edək ki, böyük ruh yüksəkliyi, Vətən sevgisi ilə xidmət edən Orxan Cumayev digər hərbçilərlə ilk dəfə düşmənin Tovuz rayonu ərazisində təxribatının qarşısının alınmasında iştirak edərək, tapşırıqları fədakarlıqla yerinə yetirib. 

...Son günlər Orxanın ailə üzvləri ilə telefon əlaqəsi saxlamasında fasilələr yaranmışdı. Buna görə də, onun valideynləri, bacısı Fatma, dostları, qohum-əqrabası çox narahat-nigaran idilər. Ən çox narahat olan isə yuxusu ərşə qalxan Anaxanım nənə idi. “Görəsən Orxan balama nə olub, niyə bizimlə əlaqə yaratmır, nəvəmin başına nə gəlib?..” – deyə fikirləşirdi. Axı, sentyabr ayının 27 –dən sonra Orxanın da döyüş meydanında düşmənə qarşı vuruşduqları barədə məlumatlı idi ailəsi.

İlk döyüş günlərində eloğlumuzun bölüyü cəbhənin ən mürəkkəb şəraiti olan, düşmənin azğınlaşdığı, mövqelərini tərk etmədikləri Tərtər, Goranboy və Naftalan ərazilərində ölüm-dirim mübarizəsi aparırdılar. Həmin vaxtlar düşmən Fərrux və Murov dağın yüksəkliklərindən həm döyüşçülərimizə, həm də mülki vətəndaşlarımızın üstünə yağış kimi mərmilər yağdırırdı...

Nənəsinin dediklərindən: “Nəhayət, bir gün evimizə zəng gəldi. Hərbi Hospitalın həkimlərindən biri idi. Dedi ki, Siz nigaran olmayın. Orxan hospitaldadır, səhhəti yaxşıdır. Öyrəndik ki, Orxan Murov dağı istiqamətində gedən döyüşlərdə düşmənin attığı “Orad” nəticəsində baş nahiyyəsindən qəlpə yarası alıb. Həmin zaman 2 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Anası və bacısı Mingəçevir şəhərindəki Hərbi hospitala nəvəmlə görüşməyə gediblər. Mən Orxan üçün bal göndərdim, ancaq ona qismət olmadı. Çünki onlara yaralı balamızla görüşməyə icazə vermədilər. 10 günlük müalicədən sonra o yenidən cəbhəyə qayıtdı...”

Hospitaldan qayıtdıqdan sonra daha şücaətlə, intiqam hissi ilə, qürurla, daha müdrikliklə döyüşlərə qatılan–MAHHXHQ çavuş Orxan Cumayev mərd döyüşçülərimizlə birlikdə Fərrux dağını, Ballı qayanı, Murov dağ silsiləsini mövqelərimizdən, Tərtər rayonunun bir sıra kəndlərinin Talış, Suqovuşanı, Hadrutu, Tığ kəndinin düşməndən azad olunmasında əsil fədakarlıq göstərir. Düşmənin başını əzərək, Azərbaycanın əbədi torpaqlarını qaytarırlar.

Orxan Cumayev sonuncu dəfə əzizləri ilə ölümündən 1 həftə əvvəl, döyüşə getməzdən qabaq zəng edib danışıb. Nənəsi deyir ki, səhər saat 630 –da mənimlə, sonra isə anası ilə danışdı. Deyirdi ki, hər bir xidmətləri öz qaydasında gedir, düşmənə layiqli cavab verirlər, hətta telefonda nənəsinə zarafatla deyib ki, “Deyəsən Budaq babamın (onun babası bir neçə ay əvvəl dünyasını dəyişmişdi. E.M.) yanına gedəcəyəm...” Anaxanım nənəsi deyir ki, son vaxtlar yuxusu ərşə çəkilmişdi, nəvəsinə görə narahatlıq keçirirdi...

Mərd, Vətən uğrunda hər an həlak olmağa hazır olan – MAHHXHQ çavuşu, bölük komandiri Orxanın şəhid olması xəbərini ilk eşidən nənəsi olub. Həmin gün, yenə noyabr ayının 2-də anası Rahilə xanım Bakıda qadın salonlarının birində çalışan qızı Fatmanın yanında idi...

Orxanın haqq dünyasına qovuşması xəbərini alan kimi təcili Zaqatalaya qayıdıblar, və...

Bir bacının bir qardaşı olan, noyabr ayının 1 –də Naftalan-Goranboy-Tərtər, Hadrut, Xocavənd istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına döyüşərək, xain düşmənə qan udduran Şanlı Ordumuzun fədakar hərbi qulluqçusu, döyüş meydanında yaralı yoldaşlarına kömək edib, yenidən döyüşə qayıdan Orxan Cumayev namərd düşmənin gülləsinə tuş gəldi... böyük hünər göstərərək həlak oldu. Murov və Fərrux dağ zirvələrini erməni dığalarından təmizləyən, başlarına od ələyən Orxan şəhidlik zirvəsinə yüksəldi... Kiçik yaşlarından o xoşlayırdı ki, səmamız mavi olsun, qara buludlar almasın.

Zaqatala şəhəri, Şıxali Qurbanov adına 3 saylı tam orta məktəbini 2017 –ci ildə bitirmişdi. Idman və hərbi oyunlarına çox meylli idi. Dərs məşğələlərinə fəal hazırlaşırdı və məktəbin pedaqoji kollektivi onun dərsə davamiyyətindən, məktəbdə təşkil olunan tədbirlərdəki fəal iştirakından və hərbi hazırlığa xüsusi üstünlük verdiyindən razı qalar və nümunəvi şagird kimi təqdim edərdilər. Bu Böyük Vətən müharibəsində Şanlı Ordumuzla birgə torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü naminə şəhid və qazi olan hər biri bizim əziz balalarımız, fəxrimiz, bizim şanlı tarixi yazan igidlərimizdir. Həmişə qəlbimizdə yaşamaqla, gələcək nəsillər, bugünkü yeniyetmələr və məktəblilər üçün əsil fədakarlıq simvollarıdur. Vətənpərvər, gənc yaşlarında, qəlblərində min cür arzuların çiçəkləndiyi bir dövrdə, qorxu nədi bilmədən, düşmənləri əzərək, tarixi dərs keçən, şəhadət dünyasına qovuşan oğullarımızla, onların valideynləri və əzizləri ilə fəxr etməliyik - Orxan Fətəli oğlu Cumayev kimi igidlərimizlə. O, İkinci Vətən savaşı başlandığı andan hərbi qulluqçu kimi cəbhənin ən qaynar mövqelərə əsl qəhrəmanlıq şücaəti göstərmişdi. Mətn və iradəli gənc döyüşçü ağır döyüşlərin birində ağır yaralansa da yenidən döyüşə qayıtdı. Növbəti döyüş zamanı çavuş Orxan Cumayevin bölüyü düşmənin çoxlu döyüş texnikasını sıradan çıxarmış və canlı qüvvəsini məhv etmişdi. Döyüş meydanındakı mətinliyi, inadkarlığı ilə seçilən Orxan digər hərbçilərə də nümunə olub. 3 saylı tam orta məktəbin məzunu olan Orxan Cumayev hər döyüşdə bizim adımızı uca etdi. Valideynlərinin və müəllimlərin aşıladıqları vətənpərvərlik ruhuna uyğun hərəkət etdi və qəlbən əzizlədiyi vətən  uğrunda şücaət göstərərək həlak oldu. Ömrünün gənclik çağlarında daimi yaşayacaq, xatırlanacaq qəhrəmanlıq yaratdı. Biz səninlə fəxr edirik, qürur duyuruq, şəhid balamız – Orxan!”

Bizim Orxan balamız səmamızın açıq olması üçün canını fəda etdi və inanırıq ki, onun bu qəhrəmanlığından gələcək nəsillər dərsliklərdə, bədii kitablarda xəbər tutacaqlar.

Orxan Cumayev də təntənəli şəkildə, elin müşayiətilə noyabr ayının 2 –də böyük hörmət və izzətlə Zaqatala şəhərində Birinci, İkinci Qarabağ savaşlarında həlak olan şəhidlərin uyuduğu qəbristanlıqda, onların cərgəsində torpağa tapşırıldı.

Bu cəsur el oğullarımızın xatirəsi tarixlər boyu qəlbimizdə yaşayacaq... Qüssələnmə, Rahilə ana, nəvənlə fəxr et Anaxanım nənə, Qürurlu ol Fətəli bəy, başını dik tut Fatma bacısı, bibilər, xalalar, dostlar və əzizlər...

...Ruhun şad olsun, şanlı ordumuzun xilaskar hərbi qulluqçusu, çavuş Orxan! Rahat uyu – sənin uğrunda döyüşdüyün Qarabağın hər tərəfində büründüyün üçrəngli Zəfər bayraqları dalğalanır...

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ