Cümə axşamı günü, 12 noyabr 2026
     

Milli Elmlər Akademiyasında islahatlar məsələsi rəsmən qaldırıldı - hələlik əsas diqqət əlavə maliyyə vəsaitlərinə yönəldilir...

Image


Uzun illərdir Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) böyük islahatların keçirilməsinə ehtiyac olduğu bildirilirdi. Dəfələrlə müstəqil ekspertlər, AMEA-dan kənarda fəaliyyət göstərən elm adamları bildiriblər ki, Akademiya bir elm qurumu kimi artıq özünün tənəzzül dövrünü yaşayır və yalnız qurumda aparılmalı olan islahatlar onu bir elm təşkilatı kimi bu böhrandan xilas edə bilər.

Ekspertlər qeyd edirdilər ki, bu qurumda fundamental dəyişikliklər olmalıdır.  

Əvvəllər AMEA rəhbərliyi müstəqil ekspertlərin, başqa elm xadimlərinin islahat çağırışlarına əhəmiyyət vermirdi, hətta o şəxsləri qərəzli olmaqda, qeyri-obyektivlikdə ittiham edirdi. Amma artıq vəziyyət dəyişib və AMEA-nın daxilindən islahat çağırışları güclənib.

AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin sədri, akademik Dilqəm Tağıyev bu qurumda islahatların qaçılmaz olduğunu və bunun zərurətə çevrildiyini qeyd edib: “Təəssüflə onu da qeyd etmək lazımdır ki, AMEA-nın elmi potensialının tədqiqatları və onların ciddi elmi nəticələri heç də həmişə layiqincə dəstək almır”.

Onun sözlərinə görə, dünya praktikasında fundamental tədqiqatlar əsasən dövlət tərəfindən maliyyə dəstəyi aldığı halda, tətbiqi işlərin böyük hissəsi biznes, özəl sektor tərəfindən maliyyələşdirilir: “Elmi məhsulların yüksək rəqabəti mühitində yalnız o innovasiyalar real gəlir gətirir ki, onların laboratoriyadan istehsala qədər keçdiyi yol (laboratoriya tədqiqatları, texnoloji araşdırmalar, dəyərləndirmə hesablamaları, layihələndirmə işləri, iriləşdirilmiş pilot qurğuları, bir neçə mərhələli sınaqlar və s.) və müddət mümkün qədər qısa olsun. Bu baxımdan AMEA-da aparılan bir çox tətbiq məqsədli tədqiqat vaxt keçdikcə rəqabət qabiliyyətini itirir".

D.Tağıyev qeyd edib ki, AMEA-nın problemləri mövcuddur, lakin bu heç də o demək deyil ki, AMEA-nın fəaliyyətinin nəticələri görsənmir.

Onun fikrincə, AMEA-nın islahatlara, bütün dünyada olduğu kimi, özəl sektorun və biznesin dəstəyinə böyük ehtiyacı var: “Bununla belə, Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunan elmi məhsuldarlığının böyük hissəsi AMEA-nın payına düşür, hərçənd ki, ölkədə olan elmi işçilərin, elmi təşkilat və müəssisələrin yalnız üçdə biri AMEA-da fəaliyyət göstərir”.

  • “Azərbaycanda ümumdaxili məhsulun hətta 10 faizi belə elmə yönəldilsə...”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şəhrində bildirdi ki, uzun illərdir özü və digər alimlər Akademiyada ciddi islahatlar aparılmalı olduğunu gündəmə gətiriblər: “Biz illərdir qeyd edirik ki, elmin idarə olunmasında, dövlətin elmi siyasətinin həyata keçirilməsində yeni baxışlar olmalıdır, islahatlar aparılmalıdır. Ancaq bu islahatlar kosmetik xarakter daşımamalıdır. Təəssüf ki, biz “islahat”ı yalnız söz olaraq eşidirik, hər hansı bir nəticələr görmürük. Açığı, hazırda mən AMEA-dan heç bir islahat gözləmirəm. Nə üçün? Çünki Akademiyada elmin başında duranlar yenə həmin köhnə fikirli, köhnə düşüncəli, bürokratikləşmiş adamlardır. Bu nə qədər belə olacaqsa, biz Azərbaycan elmindən yaxşı heç nə gözləyə bilmərik. Akademiyada bəzi elmi-tədqiqat institutları istisna olmaqla bir sıra sahələrdə elm formal xarakter daşıyır. Müstəqillik illərində Azərbaycan tarixi ilə bağlı xeyli iş görülüb və bunlar təqdirəlayiqdir. Amma əksər sahədə, aparıcı elmi istiqamətlərdə biz təəssüf ki, bu yenilikləri görə bilmirik. Ona görə ki, elm məmurlaşmış, bürokratikləşmiş adamların əlindədir. Həmişə fikrim belə olub ki, elm məmurlaşmış, bürokratikləşmiş adamların rəhbərliyi altında heç zaman inkişaf edə bilməz. Elmdə islahatlar aparılması üçün, ilk növbədə, elmin idarə olunması dəyişməlidir. Elmlə təhsil bir yerdə olmalıdır. Bütün inkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, elm, təhsil və texnologiya bir yerdə olmaldır. Azərbaycan elm sahəsində çox ciddi islahatların aparılmasına ehtiyac var. Söhbət ondan getmir ki, AMEA bağlanmaldır, onun fəaliyyətinə son verilməlidir. Söhbət ondan gedir ki, indiki dövrdə Akademiya özünü doğrulda bilmir. Bu qurumun elmi müəssisələri dövlətin, cənab Prezidentin onlardan gözləntilərini doğrulda bilmirlər. Bir çox hallarda, Akademiyada elmə rəhbərlik edən adamlar absurd bir yanaşma ortaya qoyurlar ki, Azərbaycanda ümumdaxili məhsulun elmdə payı artmasa, elm inkişaf etməyəcək. Sizi əmin edirəm, Azərbaycanda ümumdaxili məhsulun hətta 10 faizi belə elmə yönəldilsə, hazırkı durumda yenə də bu idarəetmə sistemi ilə Azərbaycan elmini inkişaf etdirmək mümkün deyil. Bu yalnız bir qrup insanın şəxsi maraqlarına xidmət edəcək. Bu baxımdan da elmdə inkişafdan söhbət gedə bilməz. Azərbaycanda elm ümumi inkişafın lokomotivi rolunda çıxış etməlidir. Amma Azərbaycanda elm dövlətin ümumi inkişafında  lokomotiv rolunda yer ala bilmir, ümumi inkişafdan qat-qat aşağı pillədə yer alıb. Bu da yalnız onunla bağlıdır ki, dövlətin elm siyasətini həyata keçirən insanlar bu sistemi qura bilmirlər. Ona görə də bu idarəetmə sistemi mütləq şəkildə dəyişməlidir”.

İ.Orucovun sözlərinə görə, ölkə başçısı İlham Əliyev Akademiyada olarkən elmin gələcək hədəflərini açıqlayıb, gözləntilərini dilə gətirib. “Cənab Prezident hər zaman qeyd edib ki, biz inkişaf etmiş ölkələrin səviyyəsinə nəzər salmalıyıq. Dövlət başçısı həmişə elmin həmin ölkələrin inkişafındakı rolunu çox dəqiq, düzgün qiymətləndirib. Qeyd edib ki, həmin ölkələrin inkişafının təməlində məhz elm dayanıb. Amma Azərbaycanda elmin rolu və yeri hardadır? Akademiyanın elmə rəhbərlik edən insanlarının hamısı bürokratikləşmiş, məmurlaşmış insanlardır. Bir velosiped icad edə bilməyən elmi müəssisənin rəhbərinin hansı məntiqlə bahalı maşınlarda gəzməyə ixtiyarı var? Bu, sadəcə olaraq, elmin məmurlaşması, elmin bürokratikləşməsidir. Hər zamanlar, xüsusən də son illər Azərbaycan elminin iqtisadiyyatdan nə qədər geridə qaldığının şahidi olmuşuq. Akademiyaya dövlət, dövlət başçısı hər zaman ən  yüksək səviyyədə qayğı və diqqət göstərib. Gedin baxın, Akademiyanın binaları muzeylərə oxşayır, bu qurumun təchizat məsələsi yüksək səviyyədədir, bura ən bahalı avadanlıqlar alınıb. Amma görək bunlar özünü doğruldurmu, Azərbaycan iqtisadiyyatında elmin payı nə qədərdir? Demək olar ki, heç nədir”.

İ.Orucovun fikrincə, nə qədər ki, Akademiyada elmə rəhbərlik edənlər görüntü ilə, şou xarakterli işlərlə məşğul olacaq, Azərbaycanda elmin inkişafından danışmaq yersizdir, mənasızdır: “O adamların da Akademiyada “islahatlara başlamaq lazımdır” deməsi yalnız boş və mənasız fikirlərdən başqa bir şey deyil. Mən dünyanın müxtəlif ölkələrində elmi mərkəzlərdə, universitetlərdə olmuşam. Gedin baxın, həmin institutların, elmi mərkəzlərin, universitetlərin rəhbərlərinin hərəkətlərinə, davranışlarına, sonra da gəlin Akademiyanın elmi-tədqiqat institutlarının rəhbərlərinin davranışlarına, elm adamı bu qədər məmurlaşmalıdırmı, əlbəttə yox. Elm və təhsilə münasibət fərqli olmalıdır, elmdə gəncləşdirilmə aparılmalıdır. Onlar elmdə gəncləşdirmə istiqamətində hansı işlər görüblər? Heç bir iş görülməyib. Biz illərdir deyirik ki, gəlin diaspor alimləri əlaqələr qurun, diaspor alimləri dünya səviyyəli alimlərdir, onlar dünyanın elmtutumlu ölkələrində, elmi mərkəzlərində çalışırlar, onları cəlb edin, onlarda maraq yaradın. Amma bizim “Biləcəridən o yanda” tanınmayan alimlərimiz onlara qısqanclıqla yanaşırlar. İllərdir deyirəm, dövlət proqramı çərçivəsində, dövlətin vəsaiti hesabına xaricdə təhsil almış gəncləri elmə cəlb edin. Amma bunu etmək əvəzinə, gənclərə qısqanclıq hissilə yanaşırlar. Bu formada isə elmin gələcəyindən danışmaq mümkün deyil” - deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ