Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, sərt karantin rejimi tətbiq olunan 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, 2020-ci ilin dekabrın 16-da həmin postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 1607 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2646 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.