Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb, 3 854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 43 nəfər vəfat edib.
Baki-xeber.com xəbər verir ki, indiyədək ölkədə ümumilikdə 187 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 859 nəfər müalicə olunaraq sağalıb, 2050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 nəfərdir.