Təcili tibbi yardım və TƏBİB-in “qaynar xətt”ilə bağlı nə baş verir...

Aydın Əliyev: “İnsanlar TƏBİB-in “qaynar xətt”i, təcili tibbi yardım, poliklinikalarla əlaqə yarada bilmirlər”

img

Son günlər koronavirusa yoluxma artan temp üzrə davam edir. Xəstəlikdən əziyyət çəkənlərin bir qismi ev şəraitində müalicəyə üstünlük verir. Bəzi xəstələrin vəziyyəti ağırlaşdığı üçün onlar  təcili xəstəxanaya yerləşdirilməli, həkim nəzarətində olmalıdırlar.

Bunun üçün həmin xəstələr təcili tibbi yardıma müraciət etməlidirlər. Lakin son zamanlar təcili tibbi yardımla əlaqə saxlamaq mümkün deyil. Xəstə təcili tibbi yardıma zəng edir, lakin ona növbədə olan 39-cu adam olduğu deyilir. Beləliklə, xəstələr  nə təcili tibbi yardım, nə də TƏBİB-in “qaynar xətt”ilə əlaqə saxlaya bilirlər.

  • “Xəstənin vəziyyəti pisdir və təcili tibbi yardıma zəng edir, bu zaman...

Məsələ ilə bağlı fikir bildirən həkim-radioloq Aydın Əliyev qeyd etdi ki, hazırda əsas məsələ virusun qarşısını almaq yox, ağır xəstələrin müalicəsini təmin etməkdir: “TV-lərdə 24 saat COVID-19 virusunun müalicəsi ilə məşğul olan həkimlərin konsultasiyaları təşkil edilməlidir. Çünki insanlar həkim tapmır, bir-birindən resept öyrənir, yaxud da koronavirusdan anlayışı olmayan həkimlərin yazdıqları müalicəni alırlar. Bu da bir çox halda əks effekt verir. Bu baxımdan, TV-lərdə koronavirus həkimlərinin konsultasiyasının olması önəmlidir”.

A.Əliyev onu da əlavə etdi ki, insanlar TƏBİB-in “qaynar xətt”i, təcili tibbi yardım, poliklinikalarla əlaqə yarada bilmirlər: “Təsəvvür edin, xəstənin vəziyyəti pisdir və təcili tibbi yardıma zəng edir, bu zaman ya xəttə düşmək olmur, ya da telefonlara cavab verilmir. Qəti şəkildə həkimləri qınamaq istəmirəm, amma işin təşkili çox yanlış qurulub. TƏBİB-də və Səhiyyə Nazirliyində kifayət qədər boşluq var. Xüsusilə son günlər TƏBİB-lə bağlı şikayətlərin sayı həddindən artıq çoxalıb”.

Günel CƏLİLOVA

Son xəbərlər