Cümə axşamı günü, 12 noyabr 2026
     

ADPU-da Elmi Şuranın onlayn iclası keçirildi

Image


Dekabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən “Bakı Xəbər”ə bildirilib ki,

ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırıb. Rektor iclasın gündəliyinə “2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr haqqında”, “Azərbaycan Dövlət Pedaqoji Universitetində 2021-ci ildә keçirilməsi nəzərdə tutulan beynәlxalq vә respublika səviyyəli elmi konfranslar haqqında” və cari məsələlərin daxil olduğunu bildirib. 

Rektor Cəfər Cəfərov çıxışında Elmi Şura üzvlərini Vətən müharibəsində əldə edilən şanlı Qələbə münasibətilə təbrik edib. 44 günlük Vətən müharibəsi ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, Ali Baş Komandan cənab İlham Əliyevin və Müzəffər Azərbaycan Ordusunun möhtəşəm zəfəri ilə başa çatıb. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Bu qürurlu tarixi öz qanları ilə yazan, Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət, ailələrinə səbr, yaralı əsgərlərimizə şəfa diləyib.

“ADPU-nun “2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr haqqında” Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov məruzə ilə çıxış edib. Dosent E.Aslanov ADPU-nun Elmi Şurasının 2020-2021-ci tədris ilinin payız semestrinin gedişini nəzərə alaraq semestr imtahanlarının mövcud şəraitə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 nömrəli əmri ilə təsdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə Qərar”larına, Təhsil Nazirliyinin 12.09.2020-ci il tarixli "Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat"ına və qüvvədə olan digər hüquqi-normativ aktlara uyğun olaraq keçirilməsini təmin etmək məqsədi ilə alınan qərarı haqqında məlumat verib.

Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.

“Azərbaycan Dövlət Pedaqoji Universitetində 2021-ci ildә keçirilməsi nəzərdə tutulan beynәlxalq vә respublika səviyyəli elmi konfranslar haqqında”  məruzə ilə çıxış edən Elm və innovasiyalar üzrə prorektor fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov bildirib ki, 2020-ci ildə universitetdə nəzərdə tutulan konfranslar əsasən təşkil olunsa da, iki beynəlxalq konfransın pandemiya ilə əlaqədar növbəti ilə keçirilməsi qərar alınıb. Müvafiq struktur bölmələrin təklifləri əsasında Elmi Şuranın Elm komissiyasında müzakirə edilərək  keçirilməsi tövsiyə edilən beynәlxalq vә respublika səviyyəli elmi konfranslar barədə əsaslandırılmış  layihə Elmi Şura üzvlərinə təqdim edilib. Yekdilliklə qərara alınıb ki, 2021-ci ildə 5 beynəlxalq, 10 respublika səviyyəli elmi konfrans keçirilsin.

Elmi Şura professor A.Zamanovun hesabatını qəbul edib.

Tədris  Departamentinin direktoru dosent Sənan Əliyev ADPU-da 2020-2021-ci tədris ilinin payız semestrinin yekunlaşdırılması, təhsil proqramları üzrə nəzərdə tutulan semestr imtahanlarının təşkili barədə məlumat verib. Payız semestrinin imtahan sessiyasının təşkili, formatı və keçirilməsi haqqında danışıb.

Elmi Şura dosent S.Əliyevin hesabatını qəbul edib.

Cari məsələlərin müzakirəsi zamanı Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov 2021-ci il üçün ADPU-nun fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturasının, elmlər doktoru proqramı üzrə dissertanturasına qəbul planının layihəsini təqdim edib. Təqdimatda ADPU-da elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəlməsi, ölkəmizdə və xaricdə nəşr edilən nüfuzlu dövri-elmi jurnallarda çap edilən elmi məqalələrin sayının artması və bu işdə elmi rəhbərlərin, doktorant və dissertantların uğurları  diqqətə çatdırılıb. Layihənin  müvafiq kafedra və fakültələrin təklifləri, həmçinin ADPU-da yüksəkixtisaslı elmi kadrlara olan tələbat  nəzərə  alınmaqla hazırlandığı  xüsusi qeyd edilib. 2021-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 19, dissertanturaya 8, elmlər doktoru proqramı üzrə dissertanturaya 7 yer nəzərdə tutulmuş qəbul planı layihəsi məqsədəuyğun hesab edilib və bu məsələ ilə əlaqədar işlərin görülməsi universitetin müvafiq struktur bölmələrinə tapşırılıb. Professor A.Zamanov növbəti cari məsələ - ali məktəblərin, o cümlədən ADPU-nun və elmi-tədqiqat institutlarının magistrantlarının aktuallığı ilə seçilən elmi-tədqiqat işlərinin nəticələrinin nəşr edilməsinin əhəmiyyətini və vacibliyini nəzərə alaraq “Magistrant” dövri-elmi jurnalının təsis edilməsi barədə əsaslandırılmış təkliflərini də Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Jurnalın hər il 4 nömrəsinin nəşr edilməsini məqsədəuyğun hesab etdiyini bildirib. Professor Fərrux Rüstəmov, professor Buludxan Xəlilov “Magistrant” dövri-elmi jurnalının təsis edilməsi təklifini yüksək qiymətləndirərək magistrantların elmi-tədqiqat işlərinin keyfiyyətinə müsbət təsir göstərəcəyini  xüsusi vurğulayıblar. Adıçəkilən jurnalın təsis edilməsi yekdilliklə qərara alınıb.

Daha sonra Rektorun müşaviri Ümid Mehdiyev İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin Əsasnaməsinin təsdiqi barədə məlumat verib.

Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Sonda rektor Cəfər Cəfərov qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ