Azərbaycanda 4189 nəfər koronavirusa yoluxdu, 2072 nəfər sağaldı, 40 nəfər vəfat etdi

img

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 189 yeni yoluxma faktı qeydə alınıb, 2 072 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1 510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 609, bu günə qədər isə ümumilikdə 1 781 218 test icra olunub.

Son xəbərlər