Cümə axşamı günü, 12 noyabr 2026
     

Düşmənin üstünə şahin kimi şığıyan şəhid – Şahin İsgəndərov... - FOTO

Image


...Amalya Ana, demək olar ki, hər gün səhər və axşam evlərinin yaxınlığındakı qəbiristanlıqdakı oğlunun qəbrini ziyarət edir. Əvvəlcə, təzə-tər gül dəstəsini qəbrinin üstünə səpələyir və sonra isə baş daşını sığıallaya-sığallaya, qara torpaqla örtülmüş qəbrini qucaqlayaraq hönkür-hönkür ağlayır və ürəyini boşaldır.

Və deyir: “Kim qıydı sənə, o mənfur düşmənmi, artıq başları əzilmiş ermənimi? Rahat uyu, şəhid oğlum, sənin, sənin kimi yüzlərlə şəhid balamızın qanı yerdə qalmadı. Sənin kimi Şahin – igid döyüşçülərimiz sizə namərdcəsinə atəş açanları məhv ediblər. Sizin, şəhidlərimizin qisasını alıblar və alacaqlar. Rahat ol oğlum, mənim, hamımızın fəxri, Vətənin xilaskarı Şahin! Sən tək deyilsən oğlum, həmişə yanındayıq...”

Bəli, bu bir şəhid anasının fəryadıdır. Dünyaya mərd, vətənpərvər oğul gətirmiş, ürəyinin oduyla, gözünün nuruyla, min bir əzab-əziyyətlə böyüdən Amalya ananın...

İndi, cəmi 19 il yaşamış – Şahin Ziyad oğlu İsgəndərov – təkcə Zaqatalanın deyil, bütöv Azərbaycanımızın fəxridir, xilaskar və qəhrəmanıdır.

Vətən yolunda canını fəda edən, şəhidlik zirvəsini fəth edən, Şahin öz ömrünü rəşadətlə, fəxarətlə yaşadı, öz mərdliyi, şücaəti ilə valideylərinin, nəslinin, elinin-obasının, qızılgüllər diyarı, igidlər məkanı Zaqatalanın adını uca etdi. O, bir qəhrəmanlıq simvolu kimi gənclərə, gələcək Vətən keşikçilərinə bariz nümunə oldu.

İkinci Vətən müharibəsinin qəhrəmanı Şahin Ziyad oğlu İsgəndərov Zaqatala rayonunun Qandax kəndində 2001–ci ilin 21 avqust tarixində, sadə, zəhmətsevər bir ailədə dünyaya göz açıb. Ailədə iki qardaş olublar. Atası Ziyad və Anası Amaliya xanımın hər iki övladı, yaşadıqları kənddə çox mülayim xasiyyətli, sakit təbiətli və işgüzar, üstün tərbiyəli gənclər kimi tanınıblar. Valideynləri isə onlara uşaq yaşlarından vətənpərvərlik ruhunu aşılayıblar.

Haqqında söhbət açdığımız, haqq dünyasına qovuşmuş, Şahin İsgəndrov Şəhid Vasif Saatov adına Qandax kənd tam orta məktəbini 2019 –cu ilin iyun ayında bitirib. Hər dəfə şəhid ailəsinə baş çəkəndə nə qədər qürurlu olsada, şəhidin valideynlərinə, yaxın qohum - əqrabasına, əzizlərinə və dostlarına ruhu şad olsun, Allah rəhmət eləsin, desək də, onlara təskinlik versək də, səbr, can-sağlığı arzulasaq da, Vallah azdır.

Etiraf etməliyəm ki, Vətənimizin, torpaqlarımızın işğaldan azadlığı uğrunda həlak olan bir gəncin valideynlərini danışdırmaq mənə çox ağır gəlir. Axı, onların hansı psixoloji durumda olduqlarını çox yaxşı anlayıram...

Qəhrəman Şahin İsgəndərovun atası elə bil məni hiss etmişdi: “Oğlum məktəb yaşlarından idmana, hərbiyə meylli idi. O, həmişə hərbi formadakıları görəndə sakitcə, çox maraqla baxardı. Qarabağdan, işğal altında olan torpaqlardan danışanda çox-çox fikirləşər, xəyallara dalardı. Bu günlər artıq oğlumun həmin xəyalları gerçəkləşib. 2019–cu ilin 24 oktyabr tarixində oğlum Şahini həqiqi hərbi xidmətə yola saldıq. Əvvəlcə Müdafiə Nazirliyinin Ağcabədidə yerləşən “N” saylı hərbi hissəsində xidmətə başladı. O, hərbi and içdikdən sonra hərbi xidmətini Cəlilibad rayonunun Göytəpə qəsəbəsində Xüsusi Təyinatlıların Dəstəsində hərbi xidmətini davam etdirmiş və eyni zamanda mütəmadi hərbi təlimlərdə iştirak etmişdi. Oğlumuzla tez-tez telefonla əlaqə saxlayırdıq və vaxtaşırı onunla görüşə gedirdik. Biz Şahinin hərbi andiçmə mərasimində iştirak etdikdən sonra Cəlilabad rayonunda xidmət edərkən də 3 dəfə oğlumuzla görüşmüşdük. Narahatçılıq yox idi, oğlumuz tamamilə dəyişilmişdi. Elə bil böyümüşdü, vətənpərvərlik hissiyyatı daha da artmışdı, əsil hərbiçiyə xas xüsusiyyətlərə malik olmuşdu, düşməndən qisas almaq istəyi daha da artmışdı. Oğlum o vaxtdan müharibəyə hazırlaşdıqlarını bilirdi, ancaq bizə heç bir məlumat vermirdi...

Atasının söylədiyinə görə, Şahin hərbi xidmətini nümunəvi keçirdiyindən xidmətə görə, hərbi təlimlətdə fəal iştirak etdiyinə görə dəfələrlə komandirləri tərəfindən təşəkkürlər bildirilmişdir...

Şəhid anası Amalya xanım isə gözlərinin yaşını silə-silə şəhid oğlunun iri portretini əli ilə sığallaya-sığallaya dedi: “Onunla sonuncu görüşə gedəndə Şahini tanımadım. Böyümüşdü, hərbi forma elə gözəl yaraşırdı ki, oğluma. Oğlum deyirdi ki: “Ana düşmənin başını əzib evə dönəcəyik, mənə bir gözəl, ailəmizə uyğun kənd qızını gözaltı et. Allahın köməyilə hərbi xidməti başa vurandan sonra, kəndə dönəndə bir şənlik qurarıq...” Mən də Şahin balama dedim ki, “Vətənimizə göz dikəni əz oğlum, Dost kimdir, düşmən kimdir bil oğlum, adını şərəfinlə tariximizlə yaz oğlum”. Sanki Şahin balam mənim nəsihətlərimə qulaq asdı. Sanki, Şahin oğlumuz, Şahin kimi düşmənin üstünə şığıdı, onun başını əzdi, məhf etdi, yaralı döyüşçülərimizi xilas etdi, özü isə...

Amalya xanım göz yaşlarını boğa bilmədi, söhbətini yarımçıq qoydu... Əslində isə o, artıq fikrini tamamlamışdı. Oğlu əsil qəhrəmanlıq nümunəsi göstərərək, şəhidlik zirvəsini fəth etmişdi...

Atası qeyd etdi ki, müharibə başlamazdan bir ay əvvəl, oğlu ilə telefon əlaqəsi yaratmışdılar. Şahin həmin vaxt hər şeyin yaxşı olduğunu bildirmişdir. Sonradan onlara (yəni, valideynlərinə) məlum olub ki, oğlu da digər hərbiçilərlə birlikdə İsmayıllı və Qusar rayonlarında hərbi təlimlərdə iştirak etdikdən sonra Beyləqan rayonuna gediblər...

Şahinin əmisi Zöhrab İsgəndərov isə söhbət zamanı vurğuladı ki: “Qardaşı oğlunun xidmətdə olduğu Xüsusi Təyantlıların taboru həmişə döyüş əməliyyatlarında birinci olublar”. Sentyabrın 27–də ermənilərin təxribat hücumundan sonra Şahingil əvvəlcə Ağdam, Ağdərə, sonra isə Cəbrayıl-Fizuli istiqamətində döyüş əməliyyatlarına başlayıblar. Elə ilk döyülərdə onlar düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edib. Komandirin söylədiyinə görə Cəbrayıl və Fizuli rayonlarının işğaldan azad edilməsində xüsusi şücaət göstəriblər. Şahin birinci döyüş əməliyyatlarından sonra valideynləri ilə əlaqə saxlayıb. Qardaşımın oğlu özünün və hərbiçi yoldaşlarının yaxşı olduqlarının bildirib. Valideynlərinin narahat olmamalarını təsəlli verərək, tezliklə qələbə sevincləri ilə doğma kəndinə dönəcəyini bildirib. Sonra bizə məlum oldu ki, Şahinin olduğu Xüsusi Təyinatlılardan ibarət taboru Hadrut-Ağdərə-Xocavənd-Ağdam istiqamətində gedən qızğın döyüşlərin önündə gedirdilər...

Şəhidin əmisi qeyd etdi ki,hətta Şahin mərd döyüşçülərlə birlikdə Hadrut rayonunun Tuğ kəndinin, Tərtər rayonunun Talış kəndinin, Suqovuşan qəsəbəsinin işğaldan azad olunmasında da şücaət göstərib. Şanlı ordumuzun qəhrəman, cəsur əsgəri olan Şahin İsgəndərov son döyüşdə əsil vətənpərvər kimi hünər göstərdi. Oktyabr ayının 9-10 tarixlərində Xocavənd-Ağdərənin –Xocavənd-Ağərə-Ağdam rayonlarının işğaldan azad edilməsində gedən ölüm-dirim mübarizəsində Şahin digər döyüşçü hərbiçilərlə birlikdə qəhrəmanlıq nümunəsini göstəriblər. düşmənin xeyli sayda canlı qüvvəsi ilə üz-üzə qalan igid döyüşçü həmin döyüşdə düşmənin 40-45 sayda canlı qüvvəsini məhv etmişdi.

Atası Ziyadın söylədiyinə görə, komandirin rayon rəhbərliyinə təqdim etdiyi təqdimatda göstərilib ki, Milli Ordumuzun hərbi qulluqçusu Şahin Ziyad oğlu İsgəndərov oktyabrın 10 –da cəbhədə gedən şiddətli döyüşdə əsil qəhrəman kimi vuruşaraq, düşmənə güclü müqavimət göstərərək, pulemyot silahla düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etmişdi. O, ağır yaralansa da digər yaralı hərbiçilərimizi döyüş meydanından çıxartmışdır. O, hətta ağır yaralı döyüşçülərimizin göstərərək, erməni işğalçılarına qarşı son nəfəsinədək döyüşmüşdür...

Qeyd edək ki, Azərbaycanımızın Xüsusi Təyinatlıların cəngavər oğlu Şahin, hərbi andına sadiq qalaraq Vətənimizin azadlığı uğrunda həlak oldu. Zaqatalanın Qandax kəndinə, üç rəngli bayrağımızın müşayiəti ilə, şəhid kimi fəxrlə, şərəflə qayıtdı... Və, 11 oktyabr 2020 –ci il tarixdə izdihamın müşayiəti ilə Şahin Ziyad oğlu İsgəndərov evlərinin yaxınlığındakı qəbristanlıqda son mənzilə yola salındı – Allahın dərgahına qovuşdu...

Başınızı dik tutun, qürurula gəzin!

Siz qəhrəman atasısınız – Ziyad Ata, qəhrəman, cəsur övladın Anasısınız – Amalya Ana!

Sən – adını fəxrlə çəkdikləri şəhid qardaşısan – Kənan!

Düşmənin üstünə Şahin kimi şığıyan igid Şahin – Azərbaycan xalqının oğludur – Ruhun Şad Olsun...!

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ