TƏBİB-dən koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq - ailə üzvləri də yoluxa bilər

img

Ev şəraitində müalicə olunan COVİD xəstəsi ailə üzvləri üçün real infeksiya mənbəyidir.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in nümayəndəsi, Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

Onun sözlərinə görə, ailə üzvləri həmin xəstədən özünü qorumalıdır: "Ev şəraitində müalicə olunan şəxs ailə üzvlərindən təcrid olunmalıdır. Həmin şəxs həkim məsləhətlərinə ciddi əməl etməlidir ki, ailə üzvləri yoluxmasın. Əks halda infeksiya ailə üzvlərinə yoluxa bilər. Bu prosesə nəzarət edilməlidir".

Son xəbərlər