Vətəndaşlar zərurət yaranmayacağı təqdirdə evlərini tərk etməsinlər. Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibb Universitetinin professoru Akif Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda ictimai nəqliyyatda və küçədə yoluxma hallarına rast gəlinir: "İmkan daxilində evdən çıxmamaq, ehtiyac olmadığı halda ictimai nəqliyyatdan istifadə etməmək məsləhətdir. Onsuz da sərt karantin olsa, heç kim evdən çıxa bilməyəcək. Biz elə etməliyik ki, sərt karantinə ehtiyac olmasın.