çərşənbə günü, 23 sentyabr 2026
     

İgid ömrü - 26-cı yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq.

Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Xilaskarlıq məsuliyyəti

Füzulinin “qaraçuxası” Səkinə xala: “Ağdama çatanda gördük xəstəxanada keçinib...” 

Həsən: “Dedi Allah haqqı səni ataram, Səkinəni götür çıx”

- Siz analıq etmisiz Füzuliyə. Atanız rəhmətlik Kərim kişi atalıq edib. Ona görə istəyirəm onun uşaqlığından danışasınız...

Əslində mən qəfildən vermədim sualı Səkinə xalaya. Sadəcə, mənimlə görüşəcəyi günün, Füzulidən – onların təbirincə Zamindən danışmağın təşnəsi imiş Səkinə xala. Onunla görüşümüz kitabı yazmağa başladığımız zamanın təxminən səkkizinci ayında baş tutdu. Bu zaman kəsiyində ölkəmizdə tüğyan edən, mənim də mübtəla olduğum koronavirus xəstəliyindən dolayı hökm sürən pandemiya, karantin dövrü az qala hamımızı bir-birimizdən aralı salmışdı, bir-birimizə yadlaşdırmışdı. Ancaq bu “yadlaşma” özü dünyamızda olmayanda belə yaddaşlarımızın ən əziz qonağı olan, igid ömrün salnaməçisi Füzulidən yan keçməli idi, yan keçdi də. Xəstəliyimin ən ağır vaxtlarında “əgər dünyadan köçərəmsə, bu yetim qəhrəman Füzulinin kitabı da yarımçıq qalar” deyə heyfsiləndiyim anları indi də xatırlayıram. Füzuli həyatımın ən çətin məqamında belə yaddaşımdan silinməmişdi. Silinə bilərdimi?! Əsla! Bu hələ mənim yanaşmam idi - onu cismən tanımayan, görməyən, ancaq tanış olduğu təfərrüatlarla düşüncələrində dərk etdiyi obrazından sevən, onunla fəxarət duyan birisinin. Səkinə xala isə belə qəhrəman bir oğulun  qundaqdan əbədiyyət evinə qədər keçən qısa, lakin son dərəcə mənalı ömrünün addımbaaddım şahidi, yol yoldaşı, müsahibədən görəcəksiniz ki, müəyyən mənada həm də “qaraçuxası” imiş. Mənimlə danışanda o təkcə Füzulili – Zaminli günlərinə qayıtmadı, mənim sorğularımda sanki qəhrəmanımızı gördü də. Əgər bu görüntünü o hiss etməsəydi, ilk dəfə gördüyü adamla, yəqin ki, bu qədər səmimi, bu qədər sıcaq söhbət də edə bilməzdi...     

...Səkinə xala yuxarıdakı ilk sualımdan sarsıldığından, əvvəlcə onu qəhər boğdu. Bir xeyli ağlayıb sakitləşəndən sonra isə asta-asta söhbətə başlaya bildi. Mümkün qədər çalışacam, onun danışıq tərzinə də toxunmayam. Əlbəttə, sənədli povestimizin standartlarının imkan verəcəyi qədər:

- Zaminin uşaqlığını bilmək istəyirsiz...uşaqlığı (yenə də kövrəlir) çox istəkli oldu. Çox əziz idilər bizim üçün. Ata-anaları da elə getdi, vaxtsız-vədəsiz... İnanın ki, bacı-qardaş bunları gündəlik sadəcə görməyimizin özü həm bir təsəlliydi, həm də bir faciəydi bizlərə. Beləcə günlərimiz keçirdi yavaş-yavaş. Onların böyüməsi, Zaminin əsgərliyi... Beləcə illər keçdikcə atam da qocalırdı. Bu vaxt ermənilərin müharibəsi başladı. Zamin elə ilk gündən ermənilərlə vuruşmağı özünə bir növ peşə seçdi. Gah gizli, gah aşkar şəkildə gedib özünü toxuyurdu bütün hadisələr olan yerlərə. Qisas almaq lazım gələndə isə həmişə başda, qabaqda idi. İstəsək belə, saxlaya bilmirdik. Bizi də aldadıb aradan çıxırdı. Hansısa əməliyyatın Zaminsiz baş tutduğunu eşitməmişdik. Çox vaxt pəncərədən çıxıb qaçırdı ki, görüb hay-haray salmayaq, bu da sakitcə aradan çıxa bilsin.

- Siz Xocalıya Kəlbəcərdən gələndə Füzuli Şuşada internat məktəbində oxuyurdu. Kərim kişi Xocalıda məskunlaşandan sonra isə onu gətirdiniz Xocalıya...

- Hə. Bacısı Fiqurə bu zaman birinci sinfə gedirdi. Zamini də gətirdik ki, həm gözümüzün qabağında olsun, həm də bir yerdə məktəbə getsinlər.

Faciə gecəsi isə meşədə bir ayrı mamam oğlu (bibim oğlu – N.Z.) vardı, o yaşlıydı, elə meşədə də qaldı, meşənin yarısında itirdik onu, bax, o mənə söylədi ki, Zamin qabaqda gedib. Mən də inandım. Çünki onun camaata bələdçilik edəcəyi gözlənilən idi. Dedim ta Zamin bələdçilik edib, düşüb camaatın bir hissəsinin qabağına gedib. Ona görə mən də yanımdakı camaata qoşulub getdim.

- Siz ayrı yolu getmisiz...

- Yox, Xocalıdan çıxanda bir qədər məsafəni elə eyni yolu getmişik. Bu getdi qabaqda deyə, sonra başına nələr gəldiyini bilmədim. Sonradan bilmişəm ki, sən demə, dəfələrlə gedib-qayıdıb, gedib-qayıdıbmış. Mən bax, bu Həsəngillə (yanında əyləşmiş qohumu Həsən Həsənovu göstərir – N.Z.) bir yolu getmişik. O bu Həsəni də aldadıb ki, xalama de Zamin getdi. Yəni mən də evdən arxayın çıxım gedim də. Mən də ona tam inandım ki, bu bələdçidi, yəqin getdi. Daha mən nə bilim gedib təkrar-təkrar qayıdacaq?!

- Füzuli yaralı vəziyyətdə Ağdam xəstəxanasında da sizi soruşub...

- Soruşub, bilirəm onu.

- Siz deyəsən yön almısız ermənilərin yaşadığı Dəhraz, yoxsa Kətik kəndi istiqamətinə...

Kənardan qulaq asan Həsən Həsənov bu yerdə söhbətimizə qoşulur:

- Biz birlikdəydik Səkinəylə. Biz Kətik yox, Haroy istiqamətinə getdik. Zeynal adlı kəndçimiz bələdçi kimi düşmüşdü qabağımıza. Biz də onun ardınca irəliləyirdik.

“Erməni Haroya xəbər çatdırdı ki, xocalılar dağılıb meşələrə”

Neçə nəfər idiniz sualıma ikisi də bir ağızdan “otuz nəfərdən çox olardıq” cavabını verir. Həsən deyir, onları Haroy kəndi tərəfə aparıblar, səhər işıqlananda dəstə artıq çayı keçib. Zeynalın ardınca təxminən qurşağa qədər çıxan qarı yara-yara irəliləyiblər. Həsənin bu yerlərə bələdçiliyi olduğundan, hava işıqlaşan kimi səhv isiqamətdə - ermənilərin yaşadığı Həsənabad kəndinin alt tərəfinə gəlib çıxdıqlarını görüb və həyəcanla vaxt itirmədən qayıtmalı olduqlarının vacibliyini söyləyib. Deyib ki, bu yolla gedib düz Xankəndinin üstünə çıxacaqlar. Sən demə, bələdçiliyi üzərinə götürmüş Zeynal da meşənin sıx yerlərindəki cığırları heç yaxşı tanımırmış. Amma israrla tanıdığını söylədiyindən camaat ona qulaq asıb və belə bir səhv istiqamətə, hətta daha çox təhlükəli əraziyə gəlib çıxırlar. Səkinə xala müdaxilə edir söhbətimizə:

- Həsən, axı bizi gülləyə tutdular, ona görə yolu itirdik.

Həsən deyir yox, güllə atılan yer xeyli arxada – uzaqda imiş. Amma gəlib çıxdıqları bu ərazi xocalılıların, Həsən özü də daxil olmaqla, yayda ot çaldıqları biçənəklər olub. Bu zaman çiynində tüfəngi, yanında ov tulası olan bir erməninin ova getdiyini görürlər. İstəyirlər ki, ona atsınlar. Kimsə deyir güllə atıb qarışıqlıq salmayaq, çox güman, bu adam heç Xocalıya divan tutulmasından, xocalılıların ev-eşiklərindən didərgin salındığından xəbərsizdir. Çünki o erməni heç nədən xəbərsiz kimi öz aləmində ova gedirmiş. Mənfur ermənilərin belə bir soyqırım törətdiyi gün hadisələrdən xəbərdar hansısa erməni dığasının yadına ov düşərdimi?!

Ancaq Həsən bildirir ki, kimsə sözə baxmayıb və erməniyə tüfənglə bir güllə atır: “Erməni də qaçdı gizləndi, gözdən itdi və tez Haroya xəbər çatdırdı ki, xocalılılar burda dağılıb meşələrə. Burda bizi tutdular gülləyə. Məcbur olub qayıtdıq, təzədən gəlib bir də Xocalının qabağına çıxdıq və ordan dikləndik (qalxdıq) meşənin içərisində Ayı talası deyilən yerə”.

Səkinə xala da Həsənə qoşulub təsdiqləyir ki, azdıqlarına görə meşədə eyni yerləri təkrar-təkrar dolanmalı olublar. Həsən deyir, amma Qağası (atasını nəzərdə tutur – N.Z.) orda olsaymış, kişi bu yerləri beş barmağı kimi tanıdığından onları sakitcə, salamat aparıb çıxararmış Ağdama. Çünki o da Füzuli kimi yollara çox yaxından bələd imiş. Bəs bu zaman atasının harada olması ilə maraqlanıram. Deyir, sonuncu günlərdə Ağdama iş dalınca gedibmiş. Yollar bağlandığından daha geriyə qayıda bilməyib (bəlkə bu da işin xeyrinəymiş. Çünki yaşlı adamın o təlaşlı anlarda camaatla ayaqlaşıb o müdhiş gecədən salamat çıxa biləcəyi yalnız təsadüflər nəticəsində mümkün ola bilərdi. Xocalı qətliamını özündə əks etdirən şəkillərdə qocaların necə vəhşicəsinə qətlə yetirilib, meyitlərinin yollarda səpələnib qalmasını bütün “kar, lal və kor dünya”, nisbətən də gözlü dünya görüb. Xocalı gecəsi ilə bağlı belə faktları düşündükcə... – N.Z.).

...Xocalıdan çıxarkən 32 yaşı olmuş, indi ömrünün orta yaş dövrünü yaşayan, amma ahıl kimi görünən Həsəni də paralel olaraq dinləməkdə davam edirəm. Ürəyi doludu. Əvvəlcə elə bildi ki, Səkinə xala ilə bərabər danışdıqları mənim üçün yetərli olacaq. Tez-tələsik “mən də danışmaq istəyirəm” söylədi. Hamımızı gülmək tutdu bu sözdən ani olaraq. Zarafatla dedim narahat olma, sən də danışacaqsan Füzuli haqqında (belə anlarda hüznlü auranı dağıtmaq üçün yüngülcə zarafatlaşma işin xeyrinə olur adətən. Müsahib açılışır, daha yaxşı həmsöhbətə çevrilir – N.Z.). Amma belə söhbətlərim zamanı uzun-uzadı zarafatlaşmaq, gülə bilmək...bunlar heç xəyalımın ucundan da keçmir. Nə isə. Bu yerdə Həsəni dinləyək. O bizə Milli Qəhrəmanımızın – Füzulinin də həyatına son verən Xocalı qətliamı gecəsinin dəhşətlərindən danışır. Həsən həm də Xocalılı günlərin və Xocalı qətliamının şahidlərindəndir:

- Kənddə atışma düşəndən əvvəl – hələ axşamdan Əkbər idi, Şükür idi, Rafail idi, qardaşım Ədalət idi, mən idim, atamgilin evində hinduşka kəsib yaxşıca yeyib-içmişdik. Təxminən saat on bir olardı dağıldıq evlərimizə. Evə yenicə çatmışdıq atışma səslərini eşitdik. Di gəl ki, atışma səsi bizləri bir o qədər də qorxutmurdu. Çünki o vəziyyətdə yaşadığımızdan, atışma səsinə adətkərdə olmuşduq. Amma hiss olunurdu budəfəki atışma miqyasına görə nəsə əvvəlkilərə bənzəmir. Pəncərədən baxdım ki, ermənilər dəmir yolunun üstündədirlər. Ədaləti də içki tutub. Sərxoşdu, yıxılıb yatıb. Yüyürdüm bunun üstünə ki, dur, erməni gəlib çıxıb bura. Birtəhər oyatdım. Qapıları bağladıq, getdik Valehgilə. Getdik ki, Valehgil yoxdu evdə. Dedik yəqin Zaminin yanına - Səkinəgilə gediblər. Qaçdıq tez onlara. Gördük burda da yoxdular. Heç Zamin də yoxdu evdə. Təzədən mən bir də qayıtdım kəndə Valehi axtarmağa. Bu zaman dəmir yolu tərəfdən güllə səsi eşitdim. İşıqlı güllələri də gördüm. Getdim gördüm Zaminlə rəhmətlik Bəhlul dəmiryolunun şpalının birini çıxarıblar, özlərinə onun yerində səngər düzəldiblər. Erməni də ferma tərəfdən ikitərəfli ata-ata gəlir. Tanklar, əli silahlı piyadalar... Tanklardakı ruslar, tankın ardınca piyada gələnsə ermənilər idi. Çatdım Zamingilin yanına. Dedim siz iki nəfər bu boyda ordunun qabağında neyləyəcəksiz? Gedək-gedək. Dedi yox, sən durma get, biz gələcəyik. Dedim yox, dur gedək. Camaat hamısı gedib. Səkinə də sənə görə qalıb orda, Nazimin bacıları da yığışıb onun başına, gözləyirlər. Dedi “yox, Həsən, sən get Səkinə xalamı da, qızları da götür çıx yola, mən arxadan gələcəm. Bu yaxşı oldu ki, tapışdıq. Mən sənə görə Səkinədən nigaran qalmaram, sən də məndən nigaran qalmazsan”. Dedim mən səni necə burda qoyum gedim axı?! Özü də dəliqanlı idi xasiyyətcə, sözünü çevirəndə xoşuna gəlməzdi (bu yerdə Səkinə xalanın da təsdiqləyici səsi eşidilir – N.Z.). Dedi Allah haqqı, səni ataram, get Səkinəni götür, siz çıxın. Bu zaman artıq o, bir dəstəni bərədən keçirib qayıdıbmış. Sonra eşitdim ki, sən demə, o daha üç dəfə camaatı bələdçiliklə aparıb keçirib qayıdıbmış. Yəni mənim hesabımla bu bələdçilik dörd dəfə baş tutub. Mən Səkinəgili götürüb çayı adlayandan sonra o növbəti dəstə ilə hərəkətə başlayıbdı. Amma yenə də bizdən qabaq çatmışdı.

Səkinə:

- Çünki o bildiyi yollarla düz aparmışdı camaatı, amma biz azmışdıq deyə, geriyə qalmışdıq.

Həsən:

- Zamin o yolları əzbər tanıyırdı. Dəfələrlə gedib-gəlmişdi, silah gətirmişdi Ağdamdan. Mikayıl kişi ilə Zamin, bir də mənim atam o yolu ən dəqiq tanıyırdılar. Lap gizli yerləri də bilirdilər, çünki həmişə gedib-gəlirdilər. Beləliklə, biz iki günə gedib çıxdıq Ağdamın Abdal-Gülablı kəndinə.

Qalmağımız bu yetimi gözgörəsi ölümə vermək deməkdir”

Səkinə:

- Biz o iki günü yubanmağımız, Abdal-Gülablıya gedib çıxmağımız hesabına çox vaxt itirdik. Ağdama gəlib çatanda gördük artıq Zamin xəstəxanada keçinib (ağlayır). 

Həsən:

- Bəlkə də Zamini xilas etmək olarmış. Çoxlu qan itirsə də. Ancaq Ağdam xəstəxanasında o qədər yaralı, ölü olub, o qədər qışqırıq, vaynöysə, ah-nalənin içərisində başlarını itiriblər həkimlər, heç iynə-dərmanı da çatdıra bilməyiblər.

Səkinə:

- Qorxu nə olduğunu bilmirdi Allah haqqı. Neçə dəfələrlə demişdim, ay Zamin, güllə belə şeydi ki, o getdi daha qayıdası deyil. Yaralanması elə belə də olubdu. Özü də deyibdi ki, bəs Səkinə hanı, Səkinə hanı (hönkürüb ağlayır).

- Yəqin düşünürmüş, qorxurmuş ki, Səkinə xala meşədə qalar, ermənilərə əsir düşər...

- Hə-hə. Ancaq ona görə narahat imiş. Təsəvvür edin, 26-sından bir qədər əvvəl qoca anamı çıxaranda anam etiraz elədi ki, bizi qoyub getməyəcək. Dedim, ay ana, sən də çıxmasan, mən də çıxmasam, bütün Xocalı çıxsa belə bilirsən ki, Zamin bizi qoyub heç yerə getməyəcək. Dedim bizim burda qalmağımız bu yetimi gözgörəsi ölümə vermək deməkdi. Bax bu sözü eşidəndə anam isindi (bu söz ona təsir elədi – N.Z.), çıxmağa razılaşıb getdi. Zamin yığdı bunları çoxuşaqlı ailələrlə birgə vertolyota, yola saldı Ağdama. Mən özüm də gedə bilərdim. Bir səbəbə qaldım ki, qaçaqaç olsa bunu aparım. Amma atalar demişkən, sən saydığını say, gör fələk nə sayır. Hadisələr olanda o heç mənə səmt durmadı. Məni bax, şahidin biri burdadı, görürsünüz, Həsənə tapşırıb, özü gedib camaatı çıxarmağa. Mənə qəsdən sahman gəlməyib ki, Səkinə məni dartıb aparacaq. Sizi necə başa salım, ürəyim necə soyusun, vallah bilmirəm, elə bil ki, bütün Xocalı, bütün Qarabağ bunun dədəsinin-nənəsinin doğma yerləri, Allahdan payları idi, o bu torpaqlar üçün bax, belə istəklə vuruşurdu.

Çoxlu xocalılılarla təmaslarım, söhbətlərim nəticəsində yaranmış qənaətimlə anlayıram Səkinə xalanın bu sözlərinin çəkisini. Düz deyir, Füzuli-Zamin bütün xocalılıların, Xocalının qeyrətini çəkirdi. Bu heç də gəlişigözəl sözlər deyil... Füzuli bu istəyini hər addımında sübuta yetirirdi. Gördüyünüz kimi, o yalnız böyük mənada millətə həyanlığını müəyyən qədər yerinə yetirə biləndən sonra doğmalarını, hətta ana əvəzi Səkinə xalanı, bacısı Fiqurəni və digər doğmalarını düşünürdü, gözləri önünə gətirirdi. Onların xilasını, onların xilasına bilavasitə cavabdehlik məsuliyyətini yenə də bütün xocalılıların xilası aspektində dəyərləndirirdi. Çünki Füzuli bir ailədə doğulsa da, bir ailə üçün doğulmamışdı. Onun həyat tarixçəsini bir ailə, bir nəsil çərçivəsində məhdudlaşdırmaq mümkün deyil. Açılırmı bu xarakter, əziz oxucular?! Elə bu müsahiblərimlə növbəti yazıda davam edəcəyik. 

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 21:21
Ceyhun Bayramov Nyu-Yorkda fransalı həmkarı ilə görüşdü

23.09.2026 / 21:18
Bu yandan sovet hökuməti, o yandan ermənilər - Azərbaycan iqtisadiyyatında ikiqat məhv edilmiş sahə...

23.09.2026 / 21:16
Trampın çıxışı zamanı İran nümayəndə heyəti zalı tərk etdi

23.09.2026 / 21:02
Neft hasilatımızın azalması rəsmən təsdiqləndi - əvəzində daha böyük uğurumuz var...

23.09.2026 / 20:47
Deputatın maraqlı iradı - informasiya sorğusuna cavab vermədiyinə görə 1500 manat cərimə...

23.09.2026 / 20:31
Yeni Dövlət Proqramı ilə bağlı xarici sərmayəçilərə ciddi xəbərdarlıq edildi...

23.09.2026 / 20:24
“Zelenski istəsə, Moskvaya gələ bilər; təhlükəsizliyini təmin edəcəyik” - Kreml

23.09.2026 / 20:18
“Filizçay”da “AzerGold” şirkətinə böyük dövlət etimadı - Doğrulda biləcəkmi?...

23.09.2026 / 20:05
Pezeşkian BMT tribunasından ABŞ və İsraili iranlı uşaqların ölümündə günahlandırdı - ABŞ nümayəndəsi zalı tərk etdi…

23.09.2026 / 19:48
Rubio və Lavrov arasında təxminən bir saat çəkən qapalı görüş keçirildi…

23.09.2026 / 19:33
Özbəkistanın ixrac-idxalında Azərbaycan önəmli rola sahiblənir...

23.09.2026 / 19:09
Hörmüz boğazından keçən daha bir yük gəmisi vuruldu…

23.09.2026 / 18:56
Azad edilmiş rayonların dağ-mədən sənayesində yeni yüksəliş dövrü başlanır...

23.09.2026 / 18:41
Mansur Yavaş da CHP-dən getdi

23.09.2026 / 18:29
Prezident İlham Əliyevin tapşırığı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına yeni nəfəs verildi

23.09.2026 / 18:18
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 18:06
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:55
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür etdi

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 17:48
Azərbaycanla Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər quruldu

23.09.2026 / 17:14
Əfv sərəncamının icrası başa çatdı

23.09.2026 / 16:56
Cəmi 4 ilə 5 mindən çox yeni iş yeri - Çətin də olsa, misilsizdir...

23.09.2026 / 16:40
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verdi

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 16:14
MŞ-da “Süni intellekt dövründə media monitorinqi və analitika: Mediatrends imkanları” mövzusunda toplantı keçirildi

23.09.2026 / 16:08
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verildi

23.09.2026 / 16:06
“AzerGold”un Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 15:48
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ