
Laçın rayonunda komendant postlarının yaradılması ilə bağlı işlər görülür. Bu barədə Trend-ə Laçın rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda bu istiqamətdə hazırlıq aparılır: "Bu gün Azərbaycan Ordusu rayon ərazisinə daxil olub. Ordu mövqeləri möhkəmləndirəndən sonra komendant postlarının yaradılmasına başlanacaq. Yəqin ki, sabah komendant postları yaradılacaq, Laçın rayon polis şöbəsinin əməkdaşları əraziyə köçürüləcək".