Vətəndaş Ruslan Quliyevin polis tərəfindən təzyiqə məruz qalması barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir, əsassızdır.
Baki-xeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, R.Quliyev vətəndaş İradə Əliyevanın müraciəti əsasında müvafiq polis orqanına çağırılaraq izahatı alındıqdan sonra sərbəst buraxılıb.