Məişət zorakılığına qarşı mübarizədə Prezident polisin iştirakını bir az da gücləndirdi - Milli Planda yenilik..

Fatimə Hacıbəyli: “Məişət şəraitində qadın və uşaqlara qarşı zorakılıq, ilk növbədə, insan hüquqlarının təminatına təhlükə yaradır”

img

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirəcək, həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Fəaliyyət Planına əsasən, 2020-2023-cü illərdə məişət zorakılığına dair vahid məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə məişət zorakılığına ilk dəfə və təkrar məruzqalma hallarının qeydiyyatının polis orqanları tərəfindən aparılması və bu məlumatların vahid məlumat bankına operativ şəkildə ötürülməsinin təmin edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırıq verilib.

“... zorakılığa məruz qalanların polis orqanları tərəfindən qeydiyyatı aparılacaq”

Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planının əhəmiyyəti haqqında danışan “Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, məişət şəraitində qadın və uşaqlara qarşı zorakılıq, ilk növbədə, insan hüquqlarının təminatına təhlükə yaradır. Cəmiyyətdə yaranmış vəziyyətdən, fərdin iqtisadi imkanından, onun sosial statusundan asılı olmayaraq, dövlət öz pozitiv öhdəliyinə görə hər bir insanın Konstitusiya hüquqlarının qorunması üçün imkanlar yaratmalıdır:Bu istiqamətdə 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsi və bu sahədə görüləcək işlər məişət zorakılığının azalmasına səbəb olacaq. Məişət zorakılığının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən zorakılığa məruz qalanların qeydiyyatı aparılacaq. Belə olan halda, zorakılığa məruz qalan ailə daim polis nəzarətində olacaq. Təbii ki, bu hal məişət zorakılığının qarşısını alacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər