Heydər Əkbərov Vətən müharibəsinə könüllü getdi...

img

Mənfur erməni dığaların əsarəti altında qalan müqəddəs Qarabağ torpaqlarının azad edilməsində Heydər Əkbərov da böyük rəşadət göstərdi. Ömrünün 26 ilini yola salan bu vətən sevdalı igidimiz Astara rayonunda dərin hörmət sahibidir.

Onun mərdliyi, insanpərvərliyi, xeyirxahlığı  el-obada nümunədir. Lənkəran Dövlət Universitetinin təbiət fakültəsini bitirən H.Əkbərov Sım kəndi orta məktəbinin tarix-coğrafiya müəllimidir. Onun peşəsinə olan sevgisi dərindir. Dərs dediyi şagirdlər savadlı olur, vətənə, torpağa məhəbbət ruhunda  böyüyürlər.

 Gənc müəllim həqiqi hərbi xidməti Goranda başa vurub. 2016-ci ilin Aprel döyüşlərində iştirak etməklə qarı düşmənə layiqli cavab vermişdi. İkinci Qarabağ müharibəsində vətəni öz qanı bahasına yaşadan qeyrətli oğulların sırasına könüllü qoşulur. Silaha sarılıb, cəbhəyə doğma torpaqları erməni dığaların tapdağından azad görmək istəyi ilə yollanır. Müharibə meydanında topçu köməkçisi vəzifəsini icra edən Heydər vətənə, torpağa olan sevgisini dığalara sarsıdıcı zərbələr vurmaqla bildirir. Füzuli rayonunun kəndlərinin  alınması zamanı düşmənin əks hücumu nəticəsində sağ ayağından  ağır yaralanır. Şanlı Ordumuzun zəfər sorağını Oğuzda - xəstəxanada eşidəndə sevincdən bütün ağrılarını unudur və Vətən müharibəsinin iştirakçısı olduğuna görə çox qürur duyur.

Heydər müəllimlə görüşəndə dedi: - Aprel döyüşlərində çox şəhidlər gördüm,yoldaşlarımı itirdim. Şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Artıq doğma torpaqları azad etməklə şəhidlərin qisasını layiqincə aldıq. Həm də illərlə həsrətində olduğumuz zəfərə nail olmaqla xalqımızın qüdrətini  bir daha bütün dünya gördü.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər