Dünya iqtisadi forumunun hesabatında Azərbaycanın yollar üzrə göstəricisi daha da yaxşılaşdı - 36-dan 27-ci yerə...

Mayis Əliyev: “Yol infrastrukturunun inkişaf səviyyəsi müəyyən olunarkən, ilk növbədə, ölkənin iqtisadi inkişaf dərəcəsi nəzərə alınır”

img

Dünya İqtisadi Forumu 2019-cu il üzrə "Yolların keyfiyyəti” göstəricisinə dair hesabatını açıqlayıb. Azərbaycan 5,20 ballıq göstərici ilə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, 2006-2019-cu illər arasında Azərbaycan üzrə orta bal 4,08 olub (2006-cı ildə minimum 3,32 bal, 2019-cu ildə maksimum 5,2 bal).

Müqayisə üçün bildirək ki, 141 ölkə əsas götürülməklə 2019-cu ilə dair dünya üzrə orta bal 4,07 olub.

  • “Təmir olunmuş yolların vəziyyəti, beynəlxalq regional layihələrdə Azərbaycanın iştirak etməsi…”

Yolun keyfiyyətinə görə Azərbaycanın 24-cü yerdə qərarlaşmasına münasibət bildirən sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, Azərbaycanın yol infrastrukturu böyüyür və yolların abadlaşdırılması ilə bağlı kifayət qədər irimiqyaslı layihə həyata keçirilir. Bu da beynəlxalq ictimaiyyətin diqqətində olan məsələdir: “Bəllidir ki, bir sıra beynəlxalq təşkilatlar müxtəlif istiqamətlər üzrə qiymətləndirmə aparırlar. Sevindirici haldır ki, yol infrastrukturuna görə Azərbaycan həmin nüfuzlu təşkilatların reytinq cədvəlində kifayət qədər yüksək yerdə qərarlaşıb. Azərbaycanın yol infrastrukturu və digər istiqamətlər üzrə ön sırada qərarlaşması xarici dövlətlərin diqqətini cəlb edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, yol infrastrukturunun inkişaf səviyyəsi müəyyən olunarkən, ilk növbədə, ölkənin iqtisadi inkişaf dərəcəsi nəzərə alınır. Ölkənin iqtisadi inkişafı qanaedici səviyyədə olarsa, həmin ölkənin yol infrastrukturu da yüksək səviyyədə olar: “Bununla yanaşı, təmir olunmuş yolların vəziyyəti, beynəlxalq regional layihələrdə Azərbaycanın iştirak etməsi də qiymətləndirmə prosesində nəzərə alınır. Nəzərə almaq lazımdır ki, son illər Azərbaycanda yol infrastrukturu yüksək sürətlə inkişaf edir”.

M.Əliyev onu da əlavə etdi ki, hər bir ölkənin yol infrastrukturunun inkişaf etdirilməsi vacibdir. Hansısa ölkənin yol infrastrukturu yaxşı haldadırsa, demək, həmin yerin iqtisadi durumu normal səviyyədədir. Azərbaycanın yol infrastrukturunun vəziyyəti ilə bağlı müsbət rəyi beynəlxalq təşkilatlarla yanaşı, ölkəmizə təşrif buyuran xarici turistlər də verirlər: “Onlar Azərbaycanın bölgələrinə səfər edərkən yolların vəziyyətindən razı qaldıqlarını dəfələrlə öz media qurumlarına açıqlamalarında deyiblər. Bu kimi rəylər qiymətləndirmə dərəcəsinə təsir edir”.

Günel CƏLİLOVA

Son xəbərlər