Cümə axşamı günü, 12 noyabr 2026
     

Şəhid tələbə, döyüşçü yoldaşlarının xilaskarı – Fəqan!

Image


Onun uşaqlıqdan arzusu kinorejissor olmaq idi. Məktəb illərində Azərbaycanın və dünyanın şöhrətli kinorejissorlarının həyat və yaradıcılıqları ilə maraqlanardı, öyrənər, oxuyardı.

Əsasən döyüş ruhunda lentə alınmış kinolara baxar və bədii kitabları mütaliə etməyi çox sevərdi... Amma... bu gün, Zaqatala rayonu Yeni Suvagil kəndindən olan növbəti şəhid – Fəqan Vahid oğlu Məmmədovun, kinolarda olduğu kimi qəhrəmanlığından, onun Vətən müharibəsində göstərdiyi şücaətdən, döyüşçü yoldaşlarını necə xilas edib özünü şəhid etməsindən... danışırlar və hələ əsirlər boyu danışacaqlar.

Azərbaycanımızın mərd, qəhrəman oğlu – Fəqan Vahid oğlu Məmmədov 1998 –ci ilin iyun ayının 27 –də Zaqatala rayonunun Yeni Suvagil kəndində sadə ailədə dünyaya gəlmişdi. Bu saxur oğlu mülayim, sakit xasiyyətinə görə anası Surət xanıma, işgüzarlıqda və vətənpərvərlikdə isə Birinci Qarabağ savaşının iştirakçısı olan atası – Vahid bəyə bənzəmişdi. İki bacının – Nurcan və Naidənin bir qardaşı idi Fəqan. Bacılarını çox istəyirdi. Hər dəfə dərsdən qayıdanda onları öpər və əzizləyərdi... Fəqan Şəhid Akif Qədirov adına Yeni Suvagil kənd 2 saylı tam orta məktəbini əla qiymətlərlə, yüksək balla bitirmişdi.

Məktəbin direktoru Cərullah Əhmədov:

- Bu günlər adını qızıl hərflərlə yazılan şəhid balamız - Fəqan Məmmədov məktəbimizin ən fəallarından olub. Mədəni, yüksək biliyə malik olan, məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edən şagird idi – Fəqan. Fəqan – digər şagirdlərə də nümunə idi. O, məktəbimizi müvəffəqiyyətlə bitirdi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsinə qəbul olundu. Birinci arzusuna qovuşdu. Arzuları çox idi – Fəqanın. Ən böyük arzusu isə vətənpərvərlik, azadlıq, müharibə və düşməndən qisas mövzusunda filmlər çəkmək idi... Lakin, növbəti arzularına qovuşa bilməsə də, böyük qəhrəmanlıq, şücaət göstərərək həlak oldu, döyüş meydanında düşməndən qorxmadı, onlarla mübarizə apardı, döyüşçü yoldaşlarını xilas etdi və qəhrəmanlıq göstərərək, şəhid oldu. Fəqan bütün Azərbaycan xalqının fəxridir və qəhrəman oğludur...

Bu gün Vətən müharibəsində göstərdiyi şücaətə görə dillər əzbəri olan Fəqanın orta məktəbdə müəllimi olmuş Qəzənfər Yəhudov isə bildirdi ki:

“Şəhidlik zirvəsinə yüksələn şagirdi – bütün dərs və məşğələlərdə olduğu kimi, hərbi hazırlıq və idman dərslərinə də yüksək səviyyədə, fəallıqla hazırlaşar, onu digər şagirdlərinə nümunə göstərər və həmişə də əla qiymətlər alardı”. Hərbi hazırlıq, idman yarışlarında da dəfələrlə qalib gəldiyini deyən Qəzənfər müəllim – qeyd etdi ki, bu günki yeniyetmə və gənclərə örnək, nümunə olası qəhrəmanlıq edən – Fəqanın tanınmış kinorejissor olmasına şübhəsi yox idi.

Bəli, şəhid – fəxrimiz Fəqan Məmmədov təhsil aldığı – ali təhsil ocağında fəal idi. Hələ tələbə ikən – tələbə dostları ilə qısametrajlı filimlərə rejissorluq etmişdi. Ən böyük arzusu isə Qarabağ müharibəsindəki şəhidlərdən çox seriyalı kino çəkmək idi.

Azərbaycanımızın - Zaqatalanın fəxri, şəhid – tələbə Fəqan Vahid oğlu Məmmədov həqiqi hərbi xidmətini 2021 –ci ilin yanvar ayında başa vurub, təhsilini davam etdirməli idi. Hərbi xidmətdə də olduğu dövrdə - nümunəvi hərbi xidmətə, təlim – döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə o, dəfələrlə hərbi hissənin, komandanlığın təşəkkürlərini almış, komandanlıq tərəfindən ona çavuş rütbəsi verilmiş və manqa komandiri təyin edilmişdir.

Bu, Vətən savaşı başlayanda Fəqan qorxmaz hərbiçilərlə cəbhənin ön xəttində düşmənə qarşı vuruşurdu. Onlar dəfələrlə erməni hərbiçilərin həmlələrinin qarşısını almış, onların döyüş texnikasını, canlı qüvvəsini məhv etmiş və düşmənin hücuma keçmək niyyətini puç etmişdir. Döyüşçü yoldaşlarının bildirdiyinə görə ancaq, 6 avqust 2020 –ci il tarixindəki Ağdam bölgəsində ön cəbhədəki döyüş – Fəqan Məmmədov üçün son döyüş oldu. O, həmin döyüşdə əsil şücaət – qəhrəmanlıq göstərdi. Fəqan döyüşçü yoldaşları ilə birlikdə həmin gün düşmənin həmləsini qarşısını almaq üçün hücuma keçiblər, bu zaman düşmən tərəfi təslim olaraq, ağ bayraq qaldırıblar. Belə ki, döyüşdə sağ qalan döyüşçü yoldaşlarının bildirdiklərinə görə - Fəqan qorxu bilmədən hərbiçilərimizlə onları təslim etmək üçün yaxınlaşmaq istəyərkən – hiyləgər ermənilər hərbiçilərimiz istiqamətinə partlayıcı əl qumbarası atıblar. Bu anda Fəqan özünü – partladan əl qumbarasının üzərinə ataraq – döyüşçü yoldaşlarını xilas edib. Özü isə ağır yaralardan həlak olur. Xilas olan döyüşçülər xislətli erməninin hücumunu dəf ediblər.

Bəli, Fəqan Məmmədov vətənpərvərlik, əsil igidlik göstərərək – Zaqatala rayonunun mərd oğlu, bir saxur balası kimi – adını tarixə saldı. Özü, Azərbaycanımızın, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşçü yoldaşlarını xilas edərək, hünər göstərərək – şəhid oldu. Bu günlər Odlar yurdunun qəhrəman oğlu Fəqan Məmmədovun qəhrəmanlığından hamı ürək dolusu, fərəhlə danışır və onun göstərdiyi şücaət isə indiki gənclərə əsil nümunədir. Əlbəttə ki, şəhid Fəqanın qəhrəmanlığından – onun kinorejissorluq fakültəsində müəllimi olmuş – tanınmış kinorejissor Ayaz Salayev – özünün instaqram səhifəsində paylaşımlar edərək tələbəsinin igidliyi barədə ətraflı şərhlər yazıb. Televiziya kanallarında da dəfələrlə çıxış edərək Ayaz Salayev Fəqanın tələbə - şəhidin göstərdiyi qəhrəmanlığından qəhərlə, ürək dolusu danışıb və onunla fəxr etdiyini bildirib. “Bu, bir qəhrəmanlıq epaposiyasıdır, Fəqan kimilər dünyaya nadir hallarda gəlir, onlar ölmürlər, ürəklərdə yaşayırlar. Zaqataladan, saxur millətindən olan, nişanlı, sevimli igid tələbəm - Fəqan Vahid oğlu Məmmədova atılan düşmənin gülləsi bütün dünyanın tanınmış kinorejissorlarına atılmış atəşdir. Çox, çox təəssüf. Fəqanın çox parlaq gələcəyi vardı – deyir hörmətli Ayaz Salayev.

Qəhrəmanlığı ilə şəhidlik zirvəsini fəth edən Fəqan Məmmədovun ən əziz dostları hələ də şokdadırlar. Onun ölümünə, həyatda artıq yoxluğuna inana bilmirlər. Dostları bir ona inanırlar ki, Fəqan həmişə arzuladığına qovuşdu: “Vətənimizin, hamımızın azadlığı uğrunda gedən ölüm-dirim savaşında əsl vətənpərvər kimi həlak oldu”.

Qəhrəman şəhidimiz – Fəqan Vahid oğlu Məmmədov  oktyabrın 8-də bütün el-obanın, rayon ictimaiyyətinin nümayəndəliklərinin, dostlarının, hərbiçilərinin, məktəb kollektivlərinin, ziyalıların, bütün idarə və təşkilatların üç rəngli al bayraqlarının müşayiəti ilə əsil igid kimi son mənzilə yola salındı. O, Yeni Suvagil kənd qəbristanlığında Birinci Qarabağ müharibəsinin şəhidlərinin yanında dəfn olundu.

...Al qırmızı, güllərə, əklillərə bələnmiş Fəqnın məzarı üstündə iki kağız parçası daha çox diqqəti əlb edirdi. Məzarını ziyarət etdikdən sonra götürüb oxudum. Bacısı Naidənin qardaşı Fəqana yazdığı məktublar idi. Birinci məktub: “Əsgər qardaşıma məktub”undan: “Salam mənim dəyərlim, canımın yarısı qardaşım. Sənin bu gün, 87 günün qaldı. Əsgər qardaşım, bilirəm ki, bu günlərdə cəbhədə şiddətli döyüşlər gedir. Sizdə nə qədər atışmalar olsa da bizim dualarımız qoruyacaq. Təki sən sağ – salamat qayıt gəl, əsgər qardaşım, bundan başqa arzum yoxdu...” İkinci məktubundan sətirlər: “Mənim əsgər, igid, qəhrəman qardaşım, sənin yolunu gülərək gözləyərdim. Amma qismət olmadı. Bizi gözü yaşlı qoyub - getdin. Kaş ki, vaxtı geri ala bilsəm, uşaqlıq illərimizə qayıdardıq, gah dalaşdığımız, gah güldüyümüz illərə geri dönsək, yanımızda yatsan, ama heç zaman qəbul etməzdim. Səni çox sevirəm mənim şəhid qardaşım, Qəhrəman Qardaşım!”...

Ruhun şad olsun, şəhid oğulumuz, Sənin haqqında dastanlar da yazılacaq, kinolar da çəkiləcək...

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ