Azərbaycanda COVİD-19-dan ölüm hallarının artımında ən əsas səbəb xəstənin özü tərəfindən xəstəliyin düzgün idarəolunmaması, özünümüalicənin aparılmasıdır.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son həftələrdə xəstəliyə yoluxma sayında xoşagəlməyən artım müşahidə edilir.