“Sosial şəbəkələr nəzarətsiz poliqona çevrilib” - Mətləb Salahov...

img

“Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi sosial şəbəkələrdə hökm sürən nəzarətsizlik və informasiya xaosu ilə əlaqədar bəyanat yayıb.

Jurnalist qurumunun rəhbəri Mətləb Salahov mətbuata açıqlamasında bəyan edib ki, fikir azadlığı ağlına gələni danışmaq və informasiya sabotajı yaratmaq deyil: “Təəssüf ki, son bir neçə il ərzində sosial şəbəkələr əsl xaotik vəziyyətdədir. Heç bir sərhəd tanımayan məlumat yayımı, dövlət və milli maraqların gözlənilməməsi, ailə həyatından tutmuş ən kritik dövlət və siyasi məsələlərə qədər hər şeyin hədəfə alındığı sosial şəbəkələrdə nəzarət mütləq tənzimlənməlidir. Tənzimləmə mexanizminin olmaması təhlükəlidir. Müharibə zamanı dövlətin interneti məhdudlaşdırmağa məcbur olması dediklərimiz üçün bariz nümunədir. Sosial şəbəkələr nəzarətsiz poliqona çevrilib və bu proses dayandırılmasa, cəmiyyət olaraq bunun acı nəticələrini uzun illər çəkməli olacağıq”.

Son xəbərlər