Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Avropa çempionu oldu

img

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdindəki “Atilla” İdman Klubunun yetirməsi Orxan Səfərov  Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ilk günündə milli komandamıza qızıl medal qazandırıb.

AHİK-dən “Bakı-Xəbər”ə bildirildiyinə görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan  idmançımız İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail cüdoçularını məğlub edərək Avropa çempionu olub.

Mükafatlandırma mərasimində qızıl medalı qəbul edən Azərbaycan cüdoçusunun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, Dövlət himnimiz səsləndirilib. 

Qeyd edək ki, nüfuzlu yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayır.

Son xəbərlər