çərşənbə günü, 23 sentyabr 2026
     

Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Nişantaşı Universiteti əməkdaşlığa başlayır - FOTO

Image


Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Azərbaycanda səfərdə olan Türkiyənin Nişantaşı Universitetinin nümayəndə heyəti ilə görüşüb.

Professor G.Gəraybəyli görüşün tək Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün bayram hesab edilən günlərə təsadüf etməsindən məmnun olduğunu bildirib və fürsətdən istifadə edərək bu ağır günlərdə Azərbaycana hərtərəfli dəstəyini əsirgəməyən Türkiyə dövlətinə və xalqına dərin təşəkkürünü çatdırıb.

“Əminəm ki, bütün türk dünyasının nümayəndələri bizimlə birgə son 2 ayda böyük gərginlik içində yaşayıblar. Amma nəhayət 30 ilə yaxın işğal altında olan torpaqlarımızı qaytara bildik. Biz bu tarixi günləri yaşadığımıza, gördüyümüzə görə çox xoşbəxtik. Azərbaycan xalqı bu illər ərzində həmişə torpaqlarımızın geri qayıdacağı arzusu ilə yaşayıb və buna inanıb. Çox şükür, Ali Baş Komandan İlham Əliyevin böyük siyasəti və rəşadətli Azərbaycan Ordusunun cəsarəti nəticəsində biz bu rayonlarımızı geri aldıq. Bu torpaqları geri almağımız bizim qürurumuz, gücümüzdür. Bir daha bu günlərdə yanımızda olan Türkiyə Cümhuriyyətinə təşəkkürlərimizi çatdırmaq istəyirik”.

Rektor Gəray Gəraybəli, bütün sahələrdə olduğu kimi, təhsil, səhiyyə və tibb təhsili sahəsində də Türkiyə tərəfindən daimi dəstək aldığımızı və bu xüsusda ATU ilə 23 Türkiyə universiteti arasında əməkdaşlıq olduğunu xatırladıb. G.Gəraybəyli bu universitetlər arasında Nişantaşı Universitetinin də xüsusi yer tutduğunu qeyd edərək gələcəkdə əlaqələrin daha da güclənməsi üçün fəaliyyətin davam etdiriləcəyini bildirib.

Görüşdə rektor Gəray Gəraybəyli iki universitet arasında hansı sahələr üzrə əlaqələrin yaradıla biləcəyi haqqında məsələlərə toxunub, universitetdə olan yeniliklərdən danışıb.

Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçın da bütün Azərbaycan xalqını qələbə münasibətilə təbrik edərək, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, son illər hər iki dövlət başçısının səyi nəticəsində əlaqələrin daha da qüvvətləndiyini bildirib: “Elə dəyərlər var ki, illərlə davam edir, nəsildən nəsilə ötürülür, o bağlılıq heç vaxt qırılmır. Azərbaycan və Türkiyə arasında münasibətlər də bu qəbildəndir.  Azərbaycanın zəfər qazanması münasibətilə sizi təbrik edirik. Əminəm ki, bu hadisələr 2 dövlətin bağlılığını daha da artırdı. Biz də Nişantaşı Universiteti olaraq, Ermənistanın vandallığı, dinc əhaliyə qarşı törədilən cinayətləri, beynəlxalq hüquqa zidd olan əməlləri haqqında bütün dünyaya məlumatları yaymışıq. Gəncədə törədilən terror aktları qurbanlarının ailə üzvlərinin Nişantaşı Universitetində ödənişsiz təhsilini təmin edəcəyik”.

Görüş zamanı rektor Ş.Yalçın 21 min tələbəsi olan Nişantaşı Universitetində 112-ə yaxın fərqli diplom proqramlarının olduğunu bildirib. Universitetdə mühəndislik, memarlıq, iqtisadiyyatla yanaşı, əczaçılıq, diş həkimliyi, tibb fakültələri, fizoterapiya, qidalanma və digər proqramları mövcuddur. Bu ildən tibb bacısı ixtisası üzrə təhsilə start verilir. Rektor Ş.Yalçın Azərbaycanla, xüsusilə də ATU ilə əlaqələrin möhkəmlənməsi üçün səylərin gücləndiriləcəyini deyib.

Görüş zamanı xarici tələbə sayına görə ölkə universitetləri arasında birinci yerdə olan ATU ilə Nişantaşı Universitetinin rektorları əməkdaşlıq memorandumunu imzalayıblar. Sənəddə qarşılıqlı layihələr, tələbə mübadilə proqramlarda iştirak, beynəlxalq standartlara uyğun tədrisin təmin olunması üçün müştərək təlimlərin təşkili və digər məsələlərlə bağlı fəaliyyətlər nəzərdə tutulub.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, ictimai səhiyyə fakültəsinin dekanı Anar Ağayev, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Nişantaşı Universitetinin sağlıq bilimləri fakültəsinin dekanı Sibel Baykut iştirak edib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 22:32
Yəmən husiləri ABŞ-ı hədələdi – Sizi də vurarıq…

23.09.2026 / 22:16
Putin deputat mandatlarının beşdə birini Ukrayna veteranlarına güzəşt etdi - Niyə?...

23.09.2026 / 21:59
ABŞ-dan bir şey çıxmadı, Britaniya husilərə qarşı müharibəyə başlayır...

23.09.2026 / 21:43
Tramp Cinpinlə görüşmək üçün 60 illik protokolu pozacaq...

23.09.2026 / 21:35
Qeyri-neft sektorunun inkişafına yeni arena açıldı...

23.09.2026 / 21:21
Ceyhun Bayramov Nyu-Yorkda fransalı həmkarı ilə görüşdü

23.09.2026 / 21:18
Bu yandan sovet hökuməti, o yandan ermənilər - Azərbaycan iqtisadiyyatında ikiqat məhv edilmiş sahə...

23.09.2026 / 21:16
Trampın çıxışı zamanı İran nümayəndə heyəti zalı tərk etdi

23.09.2026 / 21:02
Neft hasilatımızın azalması rəsmən təsdiqləndi - əvəzində daha böyük uğurumuz var...

23.09.2026 / 20:47
Deputatın maraqlı iradı - informasiya sorğusuna cavab vermədiyinə görə 1500 manat cərimə...

23.09.2026 / 20:31
Yeni Dövlət Proqramı ilə bağlı xarici sərmayəçilərə ciddi xəbərdarlıq edildi...

23.09.2026 / 20:24
“Zelenski istəsə, Moskvaya gələ bilər; təhlükəsizliyini təmin edəcəyik” - Kreml

23.09.2026 / 20:18
“Filizçay”da “AzerGold” şirkətinə böyük dövlət etimadı - Doğrulda biləcəkmi?...

23.09.2026 / 20:05
Pezeşkian BMT tribunasından ABŞ və İsraili iranlı uşaqların ölümündə günahlandırdı - ABŞ nümayəndəsi zalı tərk etdi…

23.09.2026 / 19:48
Rubio və Lavrov arasında təxminən bir saat çəkən qapalı görüş keçirildi…

23.09.2026 / 19:33
Özbəkistanın ixrac-idxalında Azərbaycan önəmli rola sahiblənir...

23.09.2026 / 19:09
Hörmüz boğazından keçən daha bir yük gəmisi vuruldu…

23.09.2026 / 18:56
Azad edilmiş rayonların dağ-mədən sənayesində yeni yüksəliş dövrü başlanır...

23.09.2026 / 18:41
Mansur Yavaş da CHP-dən getdi

23.09.2026 / 18:29
Prezident İlham Əliyevin tapşırığı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına yeni nəfəs verildi

23.09.2026 / 18:18
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 18:06
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:55
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür etdi

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 17:48
Azərbaycanla Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər quruldu

23.09.2026 / 17:14
Əfv sərəncamının icrası başa çatdı

23.09.2026 / 16:56
Cəmi 4 ilə 5 mindən çox yeni iş yeri - Çətin də olsa, misilsizdir...

23.09.2026 / 16:40
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verdi

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 16:14
MŞ-da “Süni intellekt dövründə media monitorinqi və analitika: Mediatrends imkanları” mövzusunda toplantı keçirildi

23.09.2026 / 16:08
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verildi

23.09.2026 / 16:06
“AzerGold”un Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 15:48
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ