21/11/2019 19:44
728 x 90

Prezident İlham Əliyev yeni dəmir yolu ilə Bakıya qədər gəldi - FOTO

img

Mayın 21-də Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzal kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

Dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib və  Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.

Sonra Prezident Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmaq üçün qatarla Bakı Dəmir Yolu Vağzalına yola düşüb.

Bakıxanov, Koroğlu və Keşlə dayanacaqlarında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin görülən işlərlə tanışlığı Bakı Dəmir Yolu Vağzalında başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər