şənbə günü, 24 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: İsmayıl bəy Qutqaşınlı

Image


İsmayıl bəy Qutqaşınlı 1806-cı il yanvar ayının 27-də Qurban bayramı günündə Qutqaşında anadan olub. İsmayıl adı da ona Qurban bayramına görə qoyulub. Atası Nəsrullah bəy, anası Bədircahan xanımdır.

Qutqaşının mahal başçısı Nəsrullahın beş oğlu vardı. İsmayıl ən balacası idi. İsmayılın anası Bədircahan xanım öz anası rəhmətə gedəndən sonra atası hara gedirdisə, onu da özü ilə aparırdı. Həmin dönəmdə fransız dili dəbdə olduğuna görə Bədircahan xanım fransızcanı öyrənmişdi. Həmçinin rus dilini də bilirdi və bu dilləri oğluna öyrədirdi. Azərbaycan Çar Rusiyasının hakimiyyəti altına düşdükdən sonra xanlıq dövründə imtiyaz sahibi olan bəylərin çoxu əvvəlki statuslarında saxlansalar da, gələcəkdə qiyam qaldırmamaları üçün həmin bəylər müəyyən öhdəlik götürürdülər. Rusiya Azərbaycanı işğal edəndən sonra bəy ailələrindən bir uşağı iki məqsədlə imperiyanın mərkəzinə aparırdı. Birinci məqsəd tabeçilik idi, yəni oğlu Rusiyada olan bəy məcbur olacaqdı ki, imperiyaya sadiq qalsın. İkinci məqsəd isə o idi ki, bu uşaqlar vətəninə qayıdanda oxuduqları yeri təbliğ edəcəkdilər. Boyca balaca olmasına baxmayaraq, İsmayıl həddən artıq diribaş uşaq idi. Bu kimi xüsusiyyətlərinə görə Rusiyadan gələn nümayəndə onu seçmişdi. Beləliklə, İsmayıl Rusiyaya aparılır, orada peşəkar hərbçi olaraq yetişir.

İsmayıl bəy 1826-1828-ci illərdə Rusiya – İran, 1828-1829-cu illərdə isə Rusiya – Türkiyə müharibələrində iştirak edib. Vəzifəsi ilə bağlı olaraq Moskva və Peterburqda, 1832-1836-cı illərdə isə Varşavada yaşayıb. Hərbdə qazandığı uğurlar nəticəsində 1838-ci ildə ona mayor, 1839-cu ildə podpolkovnik, 1843-cü ildə polkovnik, 1850-ci ildə isə topçu general-mayoru rütbəsi verilib. 1851-ci ildə iki min manat gümüş pul miqdarında maaşla istefaya çıxsa da, ehtiyatda olan zabit kimi fəaliyyət göstərib, müəyyən hərbi işlərdə çalışıb. İstefasından sonra Şamaxıda və Qutqaşında pedaqoji fəaliyyətlə məşğul olub. 1850-ci ildə Rusiya Kənd Təsərrüfatı Cəmiyyəti Qafqaz şöbəsinin, 1864-cü ildə isə Rusiya Coğrafiya Cəmiyyəti şöbəsinin həqiqi üzvlüyünə seçilib.

İsmayıl bəy çoxşaxəli insan olub. Şamaxıda öz hesabına məktəb açıb, rus dili tədrisini təşkil edib. Qəbələdə mədrəsəsi olub, xanımı və anası orada dərs deyib. İsmayıl bəy yeddi dil bilirdi. General-mayor rütbəsini Şəki üsyanını yatırdandan sonra alıb. Sonralar bütün bunlara peşman olub. Çünki zaman keçdikcə vətənində yaşadıqca başa düşüb ki, Azərbaycan Rusiyanın müstəmləkəsidir. Ondan sonra türklərlə müqavilə bağlayıb ki, Azərbaycan və Dağıstan müstəmləkədən azad olsun. Bu məqsədlə o, türklərlə məktublaşırdı. 1854-cü ilin aprel ayında Anadolu ordusunun marşalı Zərif Mustafa paşa İsmayıl bəyə gizli məktub göndərərək ondan Azərbaycan və Dağıstanda Rusiya əleyhinə üsyan təşkil etməyi xahiş edib. Fəqət bu məktub erməni polkovniki M.T.Loris-Melikovun casuslarının əlinə keçib. Buna görə də 1855-ci ildən etibarən çar hökuməti İsmayıl bəyi nəzarətə götürüb.

1852-ci ildə İsmayıl bəy xanımı Bikə, bibisi Surə, Mirzə Hacı Əli bəy və digərləri ilə birlikdə həcc ziyarətinə yola düşüb. O, “Səfərnamə” adlanan əsərində getdiyi yerlər haqqında məlumat verib. Həcdən qayıdarkən bir qız və bir oğlan qul alıb və onları Qutqaşında azad edərək, yeni həyat qurmalarına səbəb olub.

İsmayıl bəy Qutqaşınlının heç bir sənədləri qalmayıb. Çünki məlum olanda ki, İsmayıl bəy Türkiyə ilə müqavilə bağlayıb Rusiyaya qarşı çıxacaq, onun Polşa, Tiflis, İrəvan kimi olduğu yerlərdəki bütün sənədləri toplanaraq yox edilib. Bunun ardınca da onun ölümü ilə bağlı qərar verilib. Təsəvvür edin ki, avqust ayında İsmayıl bəy dəm qazından vəfat edir. Amma Ağdaş kimi isti bir yerdə, karvansarayda dəm qazı nəyə lazım idi? Burda artıq bir düşmən əli vardı...

Rusiya Polşanı işğal edəndə İsmayıl bəy ora məsul vəzifə ilə yollamışdı. Amma İsmayıl bəy o qədər humanist bir insan idi ki, əsarətdə olan ölkədə hörmət qazanıb. Aristokrat cəmiyyətdə ondan xahiş ediblər ki, sən vətənin haqqında bir şey yaz ki, biz də bilək. İsmayıl bəy: “Axı siz bizi çətin başa düşərsiniz, bizim ölkədə qadın-kişi münasibətləri sizinki kimi deyil...”– deyib. Nəticədə o, bu xahişə görə “Rəşid bəy və Səadət xanım” adlı əsərini yazıb. İsmayıl bəy bu əsərdə sevgini, təbiəti çox gözəl təsvir edir.

İsmayıl bəy Qutqaşınlı Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə yaxından dostluq edib. İsmayıl bəyin tanınmış yazıçı, maarifçi Mirzə Fətəli Axundzadə ilə dostluq münasibətləri ədəbiyyat və mədəniyyət tariximizin maraqlı səhifələrindəndir. XIX əsrdə Azərbaycan xalqının inkişafında xidmətləri olmuş bu iki şəxsin dostluğu barədə məlumatlara böyük ədəbiyyatşünas alim, mərhum Əziz Mirəhmədovun 1967-ci ildə çap etdirdiyi “İsmayıl bəy Qaspıralı əsəri” kitabında rast gəlirik. İsmayıl bəy Qutqaşınlı Polşada hərbi qulluqda olarkən 1835-ci ildə “Rəşid bəy və Səadət xanım” əsərini yazaraq, elə orada çap etdirib və bununla realist Azərbaycan nəsrinin bünövrəsini qoyub. İndi yeganə nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitunda qorunan bu kitabın sonunda M.F.Axundzadənin avtoqrafı var. O, kitabı oxuduqdan sonra öz təəssuratlarını yazıb: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər də şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram. 15 mart 1846-cı il. Mirzə Fətəli.”

Ədəbiyyatımızda İsmayıl bəy Qutqaşınlı adı ilə öz möhrünü vuran yazıçı bəzən “Miskin” təxəllüsü ilə də şeirlər yazıb. Təəssüf ki, onun əlyazmaları 1930-cu illərdə repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb. Ancaq ona aid olduğu iddia edilən və 1973-cü ildə aşkarlanan “İki quşun söhbəti” adlı şeiri çox maraqlıdır. “İki quşun söhbəti” adlı şeiri İsmayıl bəy Qutqaşınlının poetik dünyasından xəbər verir. İsmayıl bəyin bu əsəri iki quşun arasında gedən söhbətdən ibarətdir. Öz dostunun qəmli halına baxaraq, onun halına yanan bir quş nədən belə fəğan etməyinin səbəbini soruşur. Digər quş öz övladının ona qarşı laqeydliyindən, biganəliyindən bəhs edir. Balasının ona yaxın gəlmədiyindən və anasını görcək uçub kənara qaçmasından söhbət açır. Əslində quş özü də bilmədən bu laqeydliyin əsas səbəbini açıqlayır. Heç şübhəsiz, İsmayıl bəy Qutqaşınlının bu şeiri tərbiyyəvi və düşündürücü xüsusiyyətə malikdir. Bizə görə, bu şeiri oxuyan hər kəs özünə bir dərs və eyni zamanda nümunə götürə bilər. Yəni bizim biri ilə qan bağımız deyil, qəlb bağımız önəmlidir. İnsanlar bir-birinə əmək, sevgi verərsə, qarşıdakını özünə yaxınlaşdıra bilər. Sevgi sevgi gətirər. Bəli, İsmayıl bəy Qutqaşınlı sevginin və əməyin insanlar arasında ən önəmli ünsür olduğunu vurğulayıb. Əmək ən böyük cəfa, sevgi isə ən böyük əməkdir. Bu da bir həqiqətdir ki, yazıçı əslində öz başına gələn və özünün şahid olduğu hadisələrin təsvirində olduqca konkretliyə varıb.

İsmayıl bəy Qutqaşınlı mədəniyyət və ədəbiyyatımız tarixinə canlı və şərəfli səhifələr bəxş edib. Onun “Rəşid bəy və Səadət xanım” hekayəsi həm ideya məzmunu, həm də üslubu etibarı ilə Azərbaycan nəsri tarixində realizmə doğru meylin gücləndiyini göstərən ilk mühüm əsərlərdəndir. Hekayənin qəhrəmanı Rəşid bəy görüşləri, hissləri və əməli ilə xalqa yaxın və bağlı olan ziyalıların real bədii surətidir. O, hər şeydən əvvəl, öz vətəninə, içərisindən çıxdığı mühitə və zəmanəsinə uyğun olan gəncdir. Rəşid bəyin gözəl xüsusiyyətlərindən biri onun savadlı, bilikli və mədəni bir gənc olmasıdır. Onun arzusu vardı: bütün məşhur igidlərə qalib gəlmək və bütün zəiflərə, yoxsullara kömək etmək. Rəşid bəy igidliyi, şücaəti yalnız tüfəng atmaqda, at oynatmaqda görmür. Bu ona vətənini müdafiə etmək üçün lazımdır. Rəşid bəyin fikirləri, bir insan olaraq mənəvi məziyyətləri onun ata və anasına, doğma yurduna, qadına bəslədiyi münasibətlərdə təzahür edir. Rəşid bəy fəaliyyətinin çoxunu vətənini çapıb-talayan və əkinçiləri incidən quldurlarla çarpışmada keçirərdi.             

İsmayıl bəyin bu əsəri qələmə almaqda məqsədi Azərbaycan mühitinin təsvirilə onda ailə həyatı və məişəti haqqında təsəvvür yaratmaq olub. Başlıca ideyası azad sevgi və qadının cəmiyyətdə azadlığı olan istər kübar, istər yoxsul ailələrdə insani münasibətləri incəliklə təsvir edən orijinal nəşr nümunəsidir. Müəllifin özünün çılğın təbiəti onun qəhrəmanlarına da hopub. “Rəşid bəy və Səadət xanım” yazıldığı dövrün etnoqrafiyası haqqında da zəngin məlumat verir. XIX əsrin birinci yarısı Azərbaycan məişəti burada elə canlı və inandırıcı təsvir olunur ki, ondan tarixi bir sənəd kimi də faydalanmaq mümkündür.

“Rəşid bəy və Səadət xanım” hekayəsi məhəbbət mövzusunda yazılıb. Əsərdə yüksək kübar ailədə doğulan iki gəncin ülvi və romantik məhəbbət macəraları təsvir olunur, onların atəşli və saf sevgisi tərənnüm edilir. Ədib bu mövzu ilə bağlı olaraq dövrün bir sıra aktual ictimai məsələlərinə toxunur, orta əsr feodal adət-ənənələri, dini fanatizm, mühafizəkarlıq, qadın əsarəti əleyhinə çıxır, azad sevgi, qarşılıqlı məhəbbət əsasında ailə qurmaq prinsiplərini təbliğ edir. İsmayıl bəy Qutqaşınlının bu hekayəsi real məhəbbət mövzusunda yazılsa da, xalq həyatı, məişəti, adət-ənənələrinin bəzi səciyyəvi cəhətləri, həm məzmunu, həm də bədii strukturu cəhətdən tam romantik bir əsərdir. Əsas hədəf saf və ülvi hisslərin qabarıq şəkildə özünü büruzə verməsidir. “Rəşid bəy və Səadət xanım” hekayəsi həm məzmunu, həm də bədii forması cəhətdən yeni tipli nəsrin tələblərinə cavab verən və bəzi mühüm ideya-bədii məziyyətlərə malik olan çox gözəl bir əsərdir.

İsmayıl bəy Qutqaşınlının vətənimizə olan xidmətləri çoxşaxəlidir. O, hərbimizə olan xüsusi xidmətləri ilə yanaşı, ədəbiyyatımıza da gözəl töhfələr bəxş edib.

İsmayıl bəy Qutqaşınlı geniş ürəkliliyi, insan sevərliyi ilə məzlumlara məhəbbəti, darda qalanlara əl tutmasıyla tanınıb. Özü yüksək təbəqədən olan İsmayıl bəy yurddaşlarına varlı-yoxsul, bəy-rəiyyət baxımından deyil, əməkçi-havayıyeyən, məzlum-zalım baxımından yanaşıb. Çar bütün torpaqları işğal edəndə İsmayıl bəy camaatın torpaqlarını alıb öz adına keçirib. Yəni imkan verməyib ki, torpaqları başqaları ələ keçirsin. Bir ildən sonra isə hər kəsin torpağını özünə qaytarıb.

Sağlığında böyük hörmət-izzət sahibi olan, qayğıkeş və mərd insan kimi tanınan İsmayıl bəy Qutqaşınlı 14 avqust 1861-ci ildə vəfat edib.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ