Cümə axşamı günü, 12 noyabr 2026
     

Diaspor Komitəsi indiyədək xaricdəki azərbaycanlılarla lazımi səviyyədə iş aparsaydı...

Image


Elçin Mirzəbəyli: “Diaspor qurumlarının fəaliyyəti düzgün istiqamətdə qurulsaydı, təbii ki, Azərbaycanın dövlət olaraq daha çox nəticələrə nail olması mümkün olardı”
Rufiz Qonaqov: “Hesab edirəm ki, bu sahəyə komitə tərəfindən münasibət qeyd edilən şəkildə olsaydı, Azərbaycan daha çox müsbət nailiyyətlərə sahib ola bilərdi”

 

“...Xaricdə yaşayan azərbaycanlılarla bağlı daha məqsədyönlü işlərin görülməsi ən aktual məsələlərdən biri kimi gündəmdədir. Məlum olduğu kimi, bu, Diasporla İş üzrə Dövlət Komitəsinin ümdə vəzifəsidir”.

Qeyd edək ki, bu qurumun indiyə qədər bu sahədə göstərdiyi fəaliyyət qənaətbəxş hesab edilməyib. Belə ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun bu sahədə öz vəzifəsini layiqincə yerinə yetirə bilmədiyini deyib. O bu barədə bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunan Fuad Muradovu kollektivə təqdim edərkən etdiyi çıxışda bildirib: “Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

R.Mehdiyev, həmçinin, qeyd edib ki, N.İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılarla işi lazımi səviyyədə qura bilsəydi, Azərbaycan dövlət olaraq nə əldə edərdi?

Politoloq Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti son illər mediada, ictimaiyyətdə ciddi tənqid edilirdi.  Onun sözlərinə görə, həqiqətən də qurumun sabiq rəhbəri Prezidentin ona göstərdiyi etimadı doğrulda bilməyib: “Bilirsiniz ki, Diasporla İş üzrə Dövlət Komitəsi mediada ən çox tənqid olunan qurumlardan biri idi. Uzun illərdir bu qurumla bağlı müxtəlif səpkili fikirlər səsləndirilirdi. Bu qurum təşkilati işləri lazımi səviyyədə qura bilmədiyi, diaspor qurumları arasında ziddiyyətlərin, ixtilafların mövcud olduğu, ayrı-ayrı ölkələrdə bir neçə diaspor qurumunun bir-birilə yola getmədiyi, eyni zamanda da səfirliklərlə diaspor qurumları arasında ciddi problemlərin olduğu vurğulanırdı. Mütəmadi olaraq bununla bağlı materiallar baş redaktoru olduğum “Xalq cəbhəsi” qəzetində də dərc olunurdu. Şübhəsiz ki, bu informasiyalar hökumətə daha yaxşı məlumdur. Təbii ki, o məlumatların əsasında da mövcud qərar çıxarıldı. Əgər Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın xaricdəki diaspor qurumlarının fəaliyyəti düzgün istiqamətdə qurulsaydı, onların fəaliyyətinin stimullaşdırılması və əlaqələndirilməsi yönündə təşkilati iş lazımi şəkildə aparılsaydı, təbii ki, Azərbaycanın dövlət olaraq daha çox nəticələrə nail olması mümkün olardı.  Bildiyiniz kimi, Azərbaycan Prezidenti hələ xeyli əvvəl Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti qurultayında bəyan etmişdi ki, artıq hücum mövqeyinə keçməyin zamanıdır. Bu çox ciddi mesaj idi, ancaq təəssüflər olsun ki, bu mesajın həyata keçirilməsi istiqamətində komitə öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirmədi. O diaspor qurumlarına diqqət göstərilirdi ki, onlar daha çox Azərbaycanda təbliğ edilirdi. Əslində, bu istiqamətdə fərqli bir mövqe nümayiş etdirilməli idi. Azərbaycan dövlətinin strategiyası məlum idi və cənab Prezident də dəfələrlə bəyan etmişdi ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməli, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında, mediada yer tutmalı, öz elmi potensiallarını nümayiş etdirməli və Azərbaycanı daha yüksək mövqedə təbliğ etmək imkanı əldə etməlidirlər. Eyni zamanda, ciddi şəkildə həmin ölkələrin parlamentlərində, siyasi dairələrində əlaqələrin qurulmasına ehtiyac var idi”.

E.Mirzəbəyli qeyd etdi ki, amma proses bu istiqamətdə getmək əvəzinə, fərqli yönlərdə həyata keçirilirdi. Politoloqun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi əsas vəzifəsini bir kənara qoyub bayramdan-bayrama tədbirlər keçirir, yaxud kampaniya xarakterli addımlar atırdı. “Diaspor qurumlarının fəaliyyəti ardıcıl konkret konsepsiyaya uyğun həyata keçirilmirdi. Bu tədbirlər, sadəcə, kampaniya xarakteri daşıyırdı. Bu baxımdan, hesab edirəm ki, biz bu dövr ərzində müəyyən qədər vaxt itkisinə məruz qalmışıq. Amma qənaətimə görə, mövcud problemlər açıq şəkildə dilə gətirilirsə, çox güman ki, bu sahədə daha ciddi addımlar atılacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbəri Fuad Muradova uğurlar arzu edirəm və şübhə etmirəm ki, o, çox bacarıqlı və istedadlı adamlardan ibarət bir komanda yığaraq, bu istiqamətdə uğurla fəaliyyət göstərəcək” - deyə E.Mirzəbəyli bildirdi.

Politoloq Rufiz Qonaqov da hesab edir ki, bu sahədə işlər lazımi səviyyədə qurulsaydı, Azərbaycan dövlət olaraq daha böyük nailiyyətlər əldə edə bilərdi: “Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev yeni sədri komitə əməkdaşlarına təqdim edərkən diaspor qurumlarının fəaliyyətini tənqid edib. Əgər bu sahəyə yeni, gənc kadr təyin edilibsə, bu o deməkdir ki, bu sahədə hansısa məqamlar ölkə başçısını, dövlətimizi narazı salıb və qane etməyib. Diaspor ilə iş olduqca vacib sahədir. Biz özümüz də dəfələrlə xaricdə olarkən bu sahədə müxtəlif hallarla, çətinliklərlə üzləşmişik. Xaricdə daispor qurumları var, lakin onların fəaliyyəti vahid mərkəzdən idarə olunmur. Diaspor ilə iş vahid mərkəzdən koordinasiya olunmalıdır ki, onlar daha mütəşəkkil, məqsədyönlü şəkildə işləsinlər. İstər Gürcüstanda, istər Rusiyada, istərsə də digər ölkələrdə görürük ki, bir yox, bir neçə diaspor təşkilatımız var. Baxırsan ki, onların bir-birilə münasibətləri yaxşı deyil, yaxud əlaqələri çox zəifdir və tədbirlər də koordinasiya olunmamış şəkildə keçirilir, o tədbirlərdə bütün qurumlar iştirak etmir. Yəqin ki, dövlətimiz də bu kimi halları nəzərdə tutur. Təbii, arzuedilən odur ki, Azərbaycan diasporu ilə iş vahid mərkəzdən idarə olunsun və bu sahəyə mərkəzləşdirilmiş qaydada münasibət olsun. Təəssüf ki, bu günə kimi diaspor ilə işi arzuedilən formatda görə bilmədik. Hesab edirəm ki, bu sahəyə komitə tərəfindən münasibət qeyd edilən şəkildə olsaydı, Azərbaycan daha çox müsbət nailiyyətlərə sahib ola bilərdi. Bu sahədə iş mütəşəkkil şəkildə qurula bilmədiyi üçün xeyli problem mövcuddur. Xaricdə Azərbaycanı sevən, vətənpərvər diaspor qurumları da, diaspor üzvləri də var, onların sayı az deyil, lakin onların işi sistemli şəkildə qurulmayıb. Onlar bu sahədə bir vətənpərvər kimi çalışırlar, işlər görürlər, amma bu iş mərkəzləşdirilmiş qaydada deyil”.

R.Qonaqov bildirdi ki, Almaniyada fəaliyyət göstərən diaspor qurumları ilə əlaqələri mövcuddur və o təşkilatların Azərbaycan üçün xoşməramlı işlər gördüyü haqda məlumatı var. “Almaniyada bizim çox vətənpərvər diaspor nümayəndələrimiz var. Amma di gəl ki, onlar pərakəndə şəkildə fəaliyyət göstərirlər. Xaricdəki diaspor qurumlarını birləşdirən bir koordinasiya nöqtəsi yoxdur ki, bir araya gəlib Azərbaycanla bağlı işlərini daha mütəşəkkil şəkildə qura bilsinlər. Bunlar indiyə qədər olsaydı, Azərbaycan vaxt itirməzdi. Azərbaycanın problemlə üzləşdiyi məsələ də bunda olub. Azərbaycanda bu sahədə Dövlət Komitəsi və onun bu qədər əməkdaşı varsa, o artıq hökumətdə nazirlik statusunda yer alıbsa, sözsüz ki, onun birinci vəzifəsi xaricdə mövcud olan diaspor qurumları ilə işi daha mütəşəkkil, sistemli şəkildə qurmaqdır” - deyə R.Qonaqov nəzərə çatdırdı.

O, həmçinin, vurğuladı ki, komitə vaxtında bu sahədə səmərəli fəaliyyət qura bilsəydi, xaricdəki diaspor qurumlarının işində pərakəndəlik, aralarında fikir ayrılıqları mövcud olmazdı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ