Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanda qanın su yerinə axdığı vəziyyət yetişir, buradakı vətəndaşlarını geri çağıran ölkələr artır...

Image


Ermənistanda məlum iğtişaşların miqyasının genişlənməsi fonunda ölkədə vəziyyətin getdikcə daha təhlükəli xarakter alması artıq beynəlxalq miqyasda da xüsusi diqqət mərkəzində yer almağa başlayıb.

Artıq əksər ölkələr vətəndaşalrını Ermənistana getməkdən çəkindirməyə çalışır.  ABŞ səfirliyi isə öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb: “ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlərdən kənar durmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirir ki, Kreml Ermənistanda baş verən hadisələri diqqətlə izləyir: "Hər şeyin qanun çərçivəsində keçəcəyinə ümid edirik". Bununla belə Moskva da vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edir. Hadisələrin gedişi isə Ermənistanda vəziyyətin daha da qarışacağını göstərir. Görünən budur ki, keçmiş prezident Serj Sarkisyanın baş nazir postunu ələ keçirməsi  bütün ölkəni ayağa qaldırıb.

Sarkisyanın dövlət postunda yer alması ölkədə hər kəsi narahat edir. Paytaxt İrəvanda başlayan etiraz askiyaları artıq ölkənin kiçik əyalətlərinə də yayılır. Xalqın etiraz dalğasının qarşısını almağa çalışan təhlükəsizlik qüvvələri çox zaman uğursuzluğa düçar olur. Əsəbi kütlə ilə bacarmayan polislər aktiv etirazçıları həbs etmək məcburiyyətində qalır. Bu günədək etiraz aksiyalarında həbs edilənlərin sayı 100-ə yaxınlaşmaqdadır. Amma bu da aksiyaların genişlənməsinin qarşısını ala bilmir. İrəvanda etirazların lideri olan Nikol Paşinyan polisin aksiya üzvlərinə qarşı silahdan istifadə etmək haqqının olmadığını bildirib. Etiraz aksiyalarının davamlı xarakter alması və genişlənməsi fonunda Sarksiyanın daha repressiv metodlarla güc tətbiqini həyata keçirməsi gözlənir. Hətta bundan əvvəl Rusiyanın “Ekpress qəzeti” şəhərə Dağlıq Qarabağdan tanklar gətirildiyi haqqında məlumat yayıb.

Məlumatda deyilir ki, İrəvan ətrafına ordu birləşmələri cəmləşdirilir. Eləcə də Dağlıq Qarabağdan tank birləşmələri İrəvana göndərilib və tezliklə şəhərə daxil olacaq. Bu fonda Nikol Paşinyan tərəfdarlarına bildirib ki, artıq Ermənistanda vətəndaş müharibəsi başlayır.  Daha əvvəl isə o, Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib, inqilab komitəsi yaradıb. Onun bildirdiyinə görə, inqilab komitələri yerlərdə hakimiyyəti ələ alacaq. Onu da bildirək ki, Sarkisyanın baş nazir olmasına etiraz edənlər antirusiya meylli qüvvələrdir və indi bu qüvvələr Ermənistanda güclənməkdədir. Rusiyalı ekspert Andrey Babitski bildirir ki, Ermənisanda iki millətçi qanad var. Bunlardan radikal millətçilər Rusiya ilə münasibətlərin kəsilməsinə çağırır, hesab edirlər ki, Rusiya Qarabağ məsələsində boşboğazlıqla məşğuldur. Azərbaycana kifayət qədər təsir etmir, əksinə, silah satır: “İkinci qrup millətçilər isə Gürcüstandan, Ukraynadan və digər postsovet respublikalarından bizə yaxşı tanışdır. Onlar Avropaya inteqrasiya tərəfdarıdır və əmindirlər ki, Avropaya, Amerikaya yaxınlaşmaqla acınaqcaqlı iqtisadi vəziyyətlərini yaxşılaşdıracaqlar İndiki rejimin avtoritar kapsulunu sındıracaqlar. İfrat millətçilərlə bu avrointeqrasiya tərəfdarlarını antirusiya əhval-ruhiyyəsi birləşdirir. Bu qüvvələr hesab edir ki, Rusiyadan aralanan kimi Ermənistan çiçəklənən və siyasi baxımdan qabaqcıl ölkə olacaq. İndiki situasiya Gürcüstanda Mixeil Saakaşvilinin hakimiyyətə gəlişi ərəfəsinə çox oxşayır”. Bununla bağlı olaraq Ermənistandakı Rusiya hərbi qüvvələrinin Sarkisyana yardım etməsi istisna olunmur. Onlar artıq hazırlıq vəziyyətinə gətirilib. Xatırladaq ki, Ermənistanın iqtisadi infrastrukturu Rusiyadan asılı vəziyyətə salınıb. Bütün strateji sferalara nəzarət Moskvanın əlindədir, enerji sferasında Rusiya hökmranlıq edir və bu halda hər hansı dəyişiklik Kreml üçün də sərfəli sayılmır. Yaranmış vəziyyətdə Cənubi Qafqazın ən kiçik və zəif ölkəsi sayılan Ermənistanda proseslərin daha gərgin məcraya qədəm qoyması gözlənir. Sarkisyanın öz xalqına qarşı güc tətbiq etməsi, hətta deputatların xəsarət alması, güc strukturlarından xalqa qarşı təzyiq kimi geniş istifadə olunmasının daha da genişlənməsi qaçılmaz sayılır. Hadisələrin gedişi göstərir ki, yaxın vaxtlarda Ermənistanda daha böyük qarşıdurmalar baş verəcək. O da maraqlıdır ki, artıq Ermənistanda silaha arxalanaraq dövləti idarə edənlərin sosial dayağı yoxdur. Eyni zamanda mitinq iştirakçılarına qarşı zor işlədilməsi, qan tökülməsi Ermənistanın demokratiyadan uzaq bir ölkə olduğunu göstərir. Bu da öz növbəsində Sarksiyana qarşı olanların əlinə əlavə arqumentlər verir. Məhz bu məqamda Ermənistanda siyasi sabitsizliyin genişlənməsi qaçılmaz sayılır. Bunun sonu isə vətəndaş qarşıdurmasıdır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ