Cümə axşamı günü, 12 noyabr 2026
     

ABŞ Suriyanı məşhur “B-1 Lancer” strateji bombardmançıları ilə vurdu, Rusiya 103 raketdən 71-nin havada məhv edildiyini bəyan etdi - FOTO / VIDEO

Image


Gözlənildiyi kimi, ABŞ, Britaniya və Fransa Suriya prezidenti Bəşar Əsəd rejiminə aid bir neçə obyektə raket zərbələri endirib. Məqsəd isə əvvəldən açıqlandığı kimi Əsədin kimyəvi silah proqramına son qoymaqdır.

Baki-xeber.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Böyük Britaniya və Fransanın da dəstək verdiyi hücumun məqsədinin kimyəvi silahların istehsalı, yayılması və istifadəsinin qarşısını almaq olduğunu deyib. Tramp Əsəd üzərindəki davamlı təzyiqi saxlamağa hazır olduğunu bildirib. O, Əsədin öz xalqını beynəlxalq konvensiyalarda qadağan olunmuş kimyəvi silahlarla qırmasını dayandıranadək bunu edəcəyini söyləyib.

Üç ölkənin hərbi əməliyyatına Türkiyə, Almaniya, İsrail, İtaliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Avstraliya, Kanada, Qətər, NATO, Avropa Birliyi dəstək verib. Rusiya, İran və Çin isə ABŞ, Fransa və Britaniyanın Suriya əməliyyatlarına qarşı çıxıb.

ABŞ ordu rəsmilərinin verdiyi məlumata əsasən, Britaniya və Fransanın da cəlb olunduğu bombardman zamanı Suriyanın Dəməşq və Homs şəhərlərində yerləşən sahələrə 100-dən artıq kruiz raket yağdırılıb. Zərbə qərarı ordu və kəşfiyyat rəsmilərinin keçən şənbə günü Duma şəhərində 40 nəfərin ölümünə və yüzlərlə insanın zəhərlənməsinə səbəb olan kimyəvi hücumun arxasında Əsəd rejiminin dayanması ilə bağlı əldə edilən nəticə əsasında Vaşinqton, London və Paris arasındakı məsləhətləşmədən sonra verilib.

Məşhur “B-1 Lancer” strateji bombardmançıları da əməliyyatlara qoşuldu...

ABŞ və Fransa əməliyyatlara Aralıq dənizindəki döyüş gəmilərindən, Britaniya isə Kiprdəki hərbi hava bazasından dörd bombardmançı təyyarə ilə qatılıb. Pentaqon, Suriyaya qarşı əməliyyatlara məşhur “B-1 Lancer” strateji bombardmançılarından ikisinin qatıldığını açıqlayıb. B-1 təyyarələrindən 19 raket atılıb. Bu təyyarələr yeraltı hərbi obyektəri də məhv edə biləcək nüvə raketləri və bombalar daşımaq gücünə malikdir. ABŞ Suriyanı Qırmızı dəniz, Bəsrə Körfəzi və Aralıq dənizdəki gəmilərdən isə “Tomahawk” raketləri ilə vurub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, həmçinin Suriya ərazisindən qalxan ABŞ-ın “B-1B” strateji bombardmançıları vasitəsilə endirilib.

ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəsmi nümayəndəsi, general Kennet Makkenzi ABŞ, Britaniya və Faransa tərəfindən Suriyadakı hədəflərə 105 raket buraxıldığını deyib: “Zərbə dəqiq müəyyən olunmuş 3 hədəfə endirilib”.  

3 hədəf vuruldu

ABŞ Müdafiə Nazirliyi rəsmiləri vurulan 3 hədəfi də açıqlayıb: Kimyəvi və bioloji silahların istehsal edilməsilə bağlı olduğu söylənən Dəməşqdə bir elmi tədqiqat mərkəzi, Homsun qərbində kimyəvi silah anbar kompleksi, Homsun yaxınlığında kimyəvi silah avadanlığı anbarı və əhəmiyyətli bir komanda mərkəzi. Ancaq ABŞ və müttəfiqlərinin vurduğu hərbi obyektlərin Suriya rejimi tərəfindən bir neçə gün əvvəl boşaldıldığı deyilir.

K. Makkenzi Dəməşq ətrafındakı tədqiqat mərkəzinə 76 raket, o cümlədən 57 “Tomahawk” buraxıldığını söyləyib. Onun fikrincə, bu zərbələr Suriya kimyəvi silah proqramını illərlə geri salacaq: “Biz Dəməşqdə, dünyanın ən yaxşı müdafiə olunan hava məkanlarından biri olan yerdə, 3 binanı uğurla məhv etdik”. 

İkinci hədəf Homs əyalətinin qərbində yerləşən kimyəvi silah anbarı olub. Bura 22 raket atılıb. Bu hədəf bütün koalisiya qüvvələrini hücumuna məruz qalıb.

Üçüncü hədəf bunker olub və ora 7 raket atılıb. “Bu, uğrulu missiya idi”, - deyə general Makkenzi söyləyib. O, ABŞ-ın zərbələri Aralıq və Qırmızı dənizdəki gəmilər, o cümlədən sualtı qayıq, eləcə də B-1 strateji bombardmançıları vasitəsilə həyata keçirdiyini deyib. B-1 təyyarələri 19 raket buraxıb. K. Makkenzi Britaniya ordusunun “Tornado” və “Tayfun” təyyarələri ilə 8 raket zərbəsi endirdiyini, Fransanın isə “Miraj” təyyarələri ilə 9 raket buraxdığını açıqlayıb: “Bir neçə istiqamətdən endirilən zərbələr nəticəsində Suriya hava hücumundan müdafiə sistemlərini aşmaq mümkün oldu”.  

K. Makkenzi radioelektron mübarizə vasitələrindən də istifadə etdiklərini və Suriya HHM sistemlərinin fəaliyyətinin qeyri-effektiv olduğunu diqqətə çatdırıb: “Bizim heç bir təyyarəmiz Suriya HHM  sistemlərinin effektiv müqaviməti ilə rastlaşmayıb. Əminik ki, raketlər hədəfə çatıb. Hədəfləri elə seçdik ki, dinc əhaliyə təhlükə minimuma ensin. Bütün təyyarələrimiz əməliyyatdan sonra bazaya qayıdıb”.

Amerikalı zabit Suriyada insidentlərin qarşısının alınması üzrə Rusiya ilə mövcud olan rabitə xəttindən əməliyyatdan öncə və sonra istifadə olunduğunu da vurğulayıb.

Suriya 103 raketdən 71-ni göydə vurdu iddiası...

Ancaq Rusiya, ABŞ-dan gələn açıqlamaların əksinə olaraq, raketlərin əksəriyyətinin Suriya hökumətinin havadan müdafiə sistemi tərəfindən vurulduğunu bəyan edir. Bununla bağlı görüntülər də yayılıb.

Rusiya Baş Qərarğahının açıqlamasına görə, ABŞ, Britaniya və Fransanın Suriyaya istiqamətlənmiş 103 raketindən 71-i göydə vurulub. “Məlumatlara görə, hücumda cəmi 103 raket atıldı. Böyük ölçüdə Sovet istehsalı olan hava müdafiə komplekslərindən ibarət Suriyanın havadan müdafiə sistemləri hava və dənizdən atılan raketlərə uğurla cavab verib və 71 qanadlı raketi zərəsizləşdirib" – deyə Baş Qərargah rəsmisi general Sergey Rudskoy bildirib.

Rudskoy, hücumda hədəf alınan hava bazalarının zərər görmədiyini də deyib. "Əldə etdiyimiz məlumatlara görə, Duvali hava bazasına 4, Dumayri hava bazasına 12, Bley hava bazasında 18, Şayrat hava bazasına 12 raket atılıb. Ancaq bu raketlərin hamısı məhv edilib”.

Onun sözlərinə görə, Suriyanın kimyəvi proqramda istifadə etdiyi iddia edilən Homs şəhərindəki obyektlər hücumda qismən zərər görüb.

Rusiyanın havadan müdafiə sistemlərinin olduğu bölgəyə doğru heç bir raketin atılmadığını deyən Rudskoy qeyd edib ki, bu səbəbdən də Rusiya sistemləri işə salınmayıb.

Pentaqon da, Rusiyanın havadan müdafiə sistemlərinin işə salındığına dair məlumatlarının olmadığını deyib.

Əsəd S-400 sistemini niyə işə salmadı...

Suriya hökumət şərhçiləri isə bildiriblər ki, raket zərbələri minimal zərər yetirib və raketlərin əksəriyyəti hədəfdən yayınıb. Ərəb mediası bildirir ki, Dəməşq yaxınlığında kimyəvi silahların tədqiqatlar sahəsi gecə zərbələri zamanı məhv edilib. Buna baxmayaraq, hökumət şərhçisi vurulan zərərin kiçik olduğunu deyir. O əlavə edir ki, hökumətin havadan müdafiə sistemi raketlərin əksəriyyətinin qarşısını alıb və hökumətin Elmi Tədqiqatlar Mərkəzində yalnız bir hədəf vurulub. Şərhçinin sözlərinə görə, hava zərbələri zamanı istifadə edilən raketlərin 80 faizi ya vurulub, ya da hədəfdən yayınıb.

Suriya hökuməti mənbələri iddia edirlər ki, Rusiya istehsalı olan S-100 və S-200 raket əleyhinə sistemləri gələn raketlərin əksəriyyətini vurub. Dövlət televiziyası həm də bildirib ki, ən müasir S-400 raket əleyhinə hava müdafiə sistemi hücumun parametrinə müvafiq olmadığı üçün istifadə edilməyib.

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn hava zərbələrini alqışlaylıb, eyni zamanda əlavə edib ki, bunlar özü-özlüyündə ABŞ-a Yaxın Şərqdəki hədəflərinə nail olmağa kifayət etməyəcək. Senatdakı Demokrat azlığın lideri Çak Şumer isə zərbələri alqışlayıb, eyni zamanda administrasiyanı münaqişəyə dərindən cəlb olunmamağa çağırıb.

Britaniya baş naziri Tereza Mey deyib ki, koordinasiya edilmiş zərbələrin səbəbi rejim dəyişikliyi yox, Əsəd hökumətinin kimyəvi silah istifadə etməsinin qarşısını almaqdır. Baş nazir əlavə edib ki, beynəlxalq icma Suriya rejiminin öz xalqına qarşı kimyəvi silah istifadə etməsinə göz yuma bilməz.

Parisdə isə Fransa prezidenti Emmanuel Makronun bəyanatında “biz kimyəvi silahların istifadəsinin adiləşməsinə dözüm göstərə bilmərik” deyilir və əlavə edilir ki, “faktlarda və Suriya rejiminin məsuliyyətində şübhə yoxdur.”

Türkiyənin Xarici İşlər Nazirliyi Dumada kimyəvi hücumun Suriya rejimi tərəfindən keçirildiyini və buna cavab olaraq həyata keçirilən əməliyyatı dəstəklədiyini bəyan edib. Nazirliyin bəyanatında əlavə edilir ki, Suriya daha öncə də insanlığa qarşı cinayətlər və hərbi cinayətlər törədib.

“Yaponiya hökuməti Birləşmiş Ştatların, Birləşmiş Krallığın və Fransanın kimyəvi silahların istifadə edilməsinin və yayılmasının qarşısını almaqda qətiyyətini dəstəkləyir” - deyə, baş nazir Şinzo Abe bildirib.

Kanadanın baş naziri Castin Trudo isə bəyanatında deyib ki, onun ölkəsi Əsəd rejiminin öz xalqına qarşı kimyəvi hücum həyata keçirməsi imkanlarının qarşısını almaq məqsədilə həyata keçirilən addımları dəstəkləyir.

Suriyanın Xarici İşlər Nazirliyi şənbə günü Suriyaya qarşı “Amerika-Britaniya-Fransa aqressiyasını” sərt şəkildə qınadığını və bu addımların beynəlxalq hüquqa zidd olduğunu bildirib. Yüzlərlə suriyalı isə Rusiya və Suriya bayraqları ilə paytaxt Dəməşqin müxtəlif yerlərində toplaşaraq, birgə hərbi hücuma qarşı itaətsizliklərini və Bəşər Əsədə sadiqliyini ifadə edib.

Rusiya prezidenti Vladimir Putin ABŞ, Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə sərt reaksiya verərək bildirib ki, ABŞ və müttəfiqləri BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endiriblər. Putin hadisəni terrora qarşı mübarizənin ön cəbhəsində olan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb və BMT TŞ-nin təcili iclasını çağırdıqlarını deyib.

Rusiya prezidenti həmçinin başlanan hərbi əməliyyatın humanitar faciəni daha da artıracağını, yeni qaçqın dalğasına səbəb olacağını deyib. Rusiya təcavüzün nəticəsiz qalmayacağını bildirib.

Rusiyadan hücum nəticəsiz qalmayacaq xəbərdarlığı...

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Suriyaya qarşı hərbi əməliyyat barədə açıqlama verərək bildirib ki, öncədən planlaşdırılmış bir ssenari ortaya qoyulub: "Ən pis proqnozlar özünü doğrultdu. Bu cür əməliyyatların nəticəsiz qalmayacağı barədə xəbərdarlıq etmişdik. Bütün məsuliyyət Vaşinqton, London və Parisin üzərindədir".

Bu açıqlamanın ardından Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da qərbli müttəfiqlərin, Suriyada sülh yaxınlaşanda ölkəyə hücum etmə qərarı aldığını söyləyib.

İran höküməti isə öz növbəsində ABŞ, Fransa və Britaniyanın Suriyaya qarşı həyata keçirdikləri hücumdan heç nə əldə etməyəcəyini deyib.

Hücumlar başa çatıb. Lakin xəbərdarlıq edilir ki, Əsəd rejimi kimyəvi silahlardan istifadə edərsə əlavə hücumlar həyata keçirilə bilər.

TAHİR




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ