Cümə axşamı günü, 12 noyabr 2026
     

Qarabağ məsələsində İrəvanın Avropa İttifaqından da gözləntiləri özünü doğrultmadı

Image


Rusiyanın qarşı olmasına baxmayaraq, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması davam edir. Vəziyyəti təhlil edən əksər ekspertlər isə bu qənaətdədir ki, hazırda Qərblə ciddi ixtilaf yaşayan Rusiya Ermənistana kifayət qədər diqqət ayıra bilmədiyindən, vəziyyətdən istifadə edən İrəvan sürətlə Avropa İttifaqının orbitinə daxil olmağı düşünür. Elə Ermənistan parlamentinin Avropa İttifaqı ilə genişləndirilmiş və hərtərəfli tərəfdaşlıq haqqında sazişi təsdiqləməsi də bunun nəticəsi sayılır.

Düzdür, İrəvan hələ ötən ilin noyabrında Avropa İttifaqı ilə genişləndirilmiş və hərtərəfli tərəfdaşlıq haqqında sazişi imzalamışdı. Amma Rusiyanın istəyinin əksinə olaraq, prosesin dərinləşməsi gözlənilmirdi. İndi Kremlin Qərblə münasibətlərinin daha da kəskinləşdiyi bir vaxtda İrəvan Rusiyanın mövqelərini nəzərə almadan və ona sözün əsl mənasında xəyanət edərək Avropa İttifaqı ilə münasibətlərini daha da dərinləşdirməkdə maraqlı olduğunu ortaya qoydu. Rusiyalı ekspert Aleksey Fenenko bildirir ki, Kreml yenə Ermənistanda açıq-aşkar antirusiya əhval-ruhiyyəsinin gücləndiyinə şahidlik edir: “Hələ 2017-ci ildə Ermənistanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi barədə razılığı dərhal Moskvada narahatlıq doğuran münasibət yaratdı. Çünki çoxları strateji müttəfiq hesab etdikləri ölkənin belə qəfil kursu dəyişəcəyini gözləmirdi. İndi də Ermənistan Avropa İttifaqı ilə münasibətlərini praktiki olaraq genişləndirməyi düşünür. Ümumiyyətlə, bu sırf siyasi nümayişdir, çünki Ermənistanın sazişdən iqtisadi səmərəsi sıfıra bərabərdir. MDB ölkələri arasında NATO ilə ən böyük tərəfdaşlıq proqramı məhz Ermənistandadır”.

Ermənistan parlamentinin Avropa İttifaqı ilə genişləndirilmiş və hərtərəfli tərəfdaşlıq haqqında sazişi təsdiqləməsi, belə görünür ki, Moskvanın Ermənistan sarıdan narahatlığını daha da artıracaq. Belə vəziyyət isə öz növbəsində Kremli Dağılq Qarabağ məsələsində mövqeyini dəyişməyə məcbur edən əsas faktorlardan sayılır. Çünki Qarabağ münaqişəsi Ermənistana ən yüksək təsir vasitələrindən biri sayılır. Hər halda, baş verənlərin münaqişəyə mütəlq mənada təsiri olacaq. Ən azı o baxımdan ki, Ermənistan bununla faktiki olaraq Rusiyanın nəzarətindən çıxmağı düşünür. Başqa bir tərəfdən, İrəvan elə Qarabağ məsələsində Avropa İttifaqının köməyi ilə Kremlin mövqelərini zəiflətməyi düşünür. Burada hesab olunur ki, atılan addımlar nəticəsində Avropa İttifaqının Qarabağ konflitkinə təsiri daha da artacaq. Hadisələin bu səpkidə inkişafı isə Moskvanın niyyətləri ilə üst-üstə düşmür. Bu fonda Moskvanın İrəvana daha çox diqqət ayıraraq Ermənistanı cəzalandırması qaçılmaz sayılır.

Burada bir məsələni qeyd edək ki, Avropa İttifaqı ilə yaxınlaşma fonunda Ermənistan Qarabağ məsələsində müəyyən təhriflərə də yol verməyə çalışır. Bunu Ermənistan parlamentinin Avropa İttifaqı ilə genişləndirilmiş və hərtərəfli tərəfdaşlıq haqqında sazişi təsdiqləməsi fonunda verilən açıqlamalar da aydın surətdə göstərir. Belə ki, Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryanın sözlərinə görə, sənəd siyasi, iqtisadi və ticarət sahəsində ikitərəfli münasibətləri tənzimləyir. Sazişə əsasən, Ermənistan qanunvericiliyinin Avropa İttifaqının hüquqi aktları ilə uyğunlaşdırılması nəzərdə tutulur. Burada Karen Nazaryanın toxunduğu məsələlərdən biri isə məhz Qarabağ konflikti ilə bağlı olub. O bildirir ki, sazişdə ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə mümkün qədər tez nail olmağıın vacibliyi dəqiq şəkildə əks olunub.  Karen Nazaryan daha sonra qeyd edib ki, sazişdə konfliktin BMT nizamnamələrində, ATƏT-in Helsinki Yekun Aktında əks olunan prinsiplər, o cümlədən güc tətbiq etməmə, xalqların öz müqəddəratını təyinetmə, ərazi bütövlüyü əsasında həlli də əksini tapan məqamlar sırasındadır. Onun sözlərinə görə, burada Avropa İttifaqının tənzimləmə prosesinə dəstəyinə dair öhdəliyi də təsbit edilib. Karen Nazaryan bu gün Ermənistan parlamentində Avropa İttifaqının Azərbaycanla sazişdə də bu mövqeyi ifadə edəcəyinə ümidvar olduqlarını bildirib.

Lakin məsələnin mahiyyətinə diqqət yetirdikdə erməni rəsmisinin burada xeyli yanlışlıq və təhriflərə yol verdiyi müşahidə olunur. Əvvəla, Karen Nazaryanın dediklərindən belə çıxır ki, münaqişə güc tətbiq edilmədən həllini tapmalıdır və Avropa İttifaqının yanaşması da məhz bundan ibarətdir. Halbuki, beynəlxalq hüquq Azərbaycana istənilən an ərazi bütövlüyünü məhz güc tətbiqi ilə bərpa etmək imkanı verir. Azərbaycan Xarici İşlər Nazirlyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə Karen Nazaryanın digər ciddi təhriflərə yol verdiiyni də diqqətə çatdırır. Onun sözlərinə görə, Ermənistan rəsmiləri Avropa İttifaqı ilə İrəvan arasında imzalanmış sazişdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamı siyasi spekulasiya alətinə çevirir: “Müxtəlif səviyyələrdə Ermənistan rəsmiləri Avropa İttifaqının adından danışmağa və qurumla Ermənistan arasında imzalanmış sazişi siyasi spekulyasiya və propaqanda obyektinə çevirməyə cəhd edirlər.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmağa Avropa İttifaqının mandatı və ya səlahiyyəti yoxdur.

Ermənistan tərəfinin əsassız iddialarına baxmayaraq, Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış əməkdaşlıq sazişinin preambula hissəsində Helsinki Yekun Aktına istinadən qeyd olunan prinsiplər heç bir hüquqi öhdəlik xarakteri daşımır. Avropa İttifaqından rəsmi şəkildə Azərbaycan tərəfinə verilən məlumatda bildirilib ki, müqavilə hüququna dair Vyana Konvensiyasına uyğun olaraq sözügedən sazişin preambula hissəsi hüquqi öhdəlik daşımır. Bununla yalnız rəsmi İrəvanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tərəf olması Aİ tərəfindən bir daha təsbit olunur”.

XİN rəsmisinin sözlərinə görə, Avropa İttifaqının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyi yüksək səviyyələrdə dəfələrlə ifadə olunub: “Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə 2017-ci ilin fevralında Brüsseldə keçirdiyi birgə mətbuat konfransında Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini vurğayıb.

Bu ilin fevralında Brüsseldə keçirilmiş Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovla keçirilmiş mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının Azərbaycanın ərazi  bütövlüyü, suverenliyi və müstəqilliyini tam şəkildə dəstəklədiyini bildirib.

2017-ci il noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib. Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Avropa Parlamentinin 2013-cü ildə qəbul edilmiş qətnaməsində bir Şərq Tərəfdaşlığı ölkəsi tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozduğu qeyd olunaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həll edilməli olduğu vurğulanır. Odur ki, Avropa İttifaqının yüksək rəsmilərinin açıqlamaları və Aİ-nin sənədlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam və birmənalı dəstəyi ifadə edən mövqe dəfələrlə ifadə olunub”.

Bütün bunlar, əslində, Ermənistanın Qarabağ məsələsində Avropa İttifaqının adından spekulasiyalarının heç bir əsasının olmadığını göstərir. Elə Ermənistanın “armenianreport” saytı da istər diplomatik, istərsə də hərbi müstəvidə İrəvanın cəhdlərinin fiasko ilə nəticələndyini yazır. Sayt bildirir ki, Avropa İttifaqı ilə yaxınlaşma Moskvanın Qarabağ məsələsində Azərbaycanı daha çox dəstəkləməsinə rəvac verəcək: “Ölkə rəsmiləri tərəfindən Avropa İttifaqı ilə yaxınlaşma fonunda belə Rusiya rəsmi İrəvanın yeganə müttəfiqi kimi qələmə verilsə də, bu əslində belə deyil. Ermənistanın “strateji müttəfiqi” hesab olunan Moskva Azərbaycanla da hərbi əməkdaşlığı davam etdirir. Yəqin ki, bundan sonra həmin əməkdaşlığın miqyası daha da genişlənəcək”. Ermənistanın sabiq müdafiə naziri Vaqharşaq Arutyunyanın Rusiya ilə bağlı açıqlamasını şərh edən sayt yazır ki, keçmiş nazir kimi, erməni siyasi elitasının böyük əksəriyyəti Rusiya ilə bağlı yalan təbliğat apararaq erməni ictimaiyyətini aldatmağa çalışır. Qeyd edilir ki, Rusiya bu gün Azərbaycan və Türkiyə ilə diplomatik, hərbi sahələrdə əməkdaşlığı inkişaf etdirir: “Bununla yanaşı, Türkiyə, Gürcüstan və Pakistan Azərbaycanın strateji müttəfiqləridir. Türkiyə Dağlıq Qarabağ münaqişəsi səbəbindən 25 ildir ki, Ermənistanı iqtisadi blokadada saxlayır”. Dörd günlük aprel müharibəsini xatırladan sayt yazır ki, hərbi əməliyyatlar Rusiya istehsalı olan silahlarla həyata keçirildi və Ermənistan məğlubiyyətə uğradı. Saytda Azərbaycanın regiondakı digər bir müttəfiqindən də bəhs edilir. Qeyd olunur ki, Gürcüstan Azərbaycanla hərbi sazişlər imzalayıb, eləcə də rəsmi Tiflis Bakının Dağlıq Qarabağ siyasətini dəstəkləyir. Sayt Azərbaycan-Pakistan münasibətlərinə də toxunaraq vurğulayır ki, Pakistan müttəfiqlik siyasətinə sadiq qalaraq, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. “Armenianreport” Azərbaycan ordusunun öz arsenalını İsrail və Rusiya hərbi texnikası ilə doldurduğunu yazır. Bütün bu faktların fonunda qeyd olunur ki, siyasi mənzərə Ermənistanın regionda təkləndiyini göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ