Cümə axşamı günü, 12 noyabr 2026
     

Yüzlərlə dünya müşahidəçisinin rəngarəng reaksiyalarında vahid xətt – azad, demokratik, ədalətli seçki…

Image


Azərbaycan öz vətəndaşlarının sərbəst şəkildə səs verməsinə şərait yaradıb. Bunu “Trend”ə Avropa Parlamentindən olan müşahidəçi, Avropa İttifaqı-Azərbaycan parlamentlərarası komissiyasının üzvü Kosma Zlotovski deyib.

O,  gün ərzində bir neçə seçki məntəqəsində olduqlarını bildirib: "Biz müşahidə missiyamıza hələ yeni başlamışıq, lakin gördüklərimiz artıq yaxşı təsir bağışlayır. Vətəndaşların sərbəst şəkildə səs verməsi üçün bütün şərait yaradılıb".

K.Zlotovski Azərbaycanda seçkilərin yaxşı keçəcəyinə ümid etdiyini bildirib: "Biz Bakıda və şəhərdən kənarda bir sıra məntəqələrə baş çəkməyi planlaşdırırıq".

Özbəkistan parlamentinin vitse-spikeri Azərbaycanı uğurlu seçkilərlə bağlı təbrik etdi

Azərbaycanda prezident seçkiləri şəffaf şəraitdə keçir. Bunu “Trend”ə Özbəkistan parlamentinin vitse-spikeri Sərvər Otamuratov deyib.

O bildirib: “Biz artıq iki saatdan çoxdur ki, seçkiləri müşahidə edirik. Proses çox demokratik, şəffaf şəkildə davam edir. Müşahidələrimizə əsasən görürük ki, vətəndaşlar lazım bildikləri namizədə səs verib”.

S.Otamuratov Azərbaycanı uğurlu seçkilərlə bağlı təbrik edib: “Azərbaycan bizim üçün qardaş ölkədir. Biz sizin bütün islahatları dəstəkləyirik. Əsas odur ki, insanları əhval-ruhiyyəsi yaxşıdır və vətəndaşlar fəaldır”.

GUAM baş katibi seçicilərin iradələrinin azad ifadə edilməsi üçün bütün şərtlərin yaradıldığını dedi

Prezident seçkilərində seçicilərin iradələrinin azad ifadə edilməsi üçün bütün şərtlər yaradılıb. Bunu “Trend”ə GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın baş katibi, qurumun müşahidə missiyasının rəhbəri Altay Əfəndiyev deyib.

O bildirib: "Biz iki seçki məntəqəsində olmuşuq və seçicilərlə söhbət etmişik. Seçkilər azad və sakit mühitdə davam edir. Bir sözlə, Azərbaycanda seçki prosesi və səsvermə mühiti barəsində müsbət rəy formalaşıb".

A.Əfəndiyev qeyd edib ki, hər şey çox dəqiq təşkil olunub və seçki məntəqələrində hər hansı bir pozuntu qeydə alınmayıb.

Onun sözlərinə görə, GUAM nümayəndə heyətinin zəngin proqramı var: "Biz Bakıda və Sumqayıtda 15-dək məntəqədə olmalıyıq. Yəqin ki, Bakı kəndlərində də olacağıq".

İranlı müşahidəçinin seçkilərdə əsas diqqətini çəkən məqam…

"Tam əminliklə söyləyə bilərəm ki, Azərbaycanda prezident seçkiləri şəffaf keçirilir". Bunu “Trend”ə İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Birliyi başçısının müavini, iranlı müşahidəçi Muhəmməd Əli Əsgər Məhəmmədi deyib.

O, müşahidə apardığı seçki məntəqələrində şəffaflığın təmin edildiyini də söyləyib: "Bundan əvvəl də 4 seçki məntəqəsində olmuşam. Diqqətimi çəkən ən maraqlı məqamlardan biri budur ki, siyahılarda seçicilərin adları, onların tələb etdikləri sənədlər tam dəqiq yoxlanılır. Eyni halı onların hər birində müşahidə etmişəm. Bu, onun göstəricisidir ki, seçki prosesinə çox ciddi yanaşma var".

Balkan ölkələri missiyasından müşahidəçi seçkilərin gedişindən razı qalıb

Azərbaycandakı prezident seçkiləri beynəlxalq norma və standartlara uyğun keçir. Bunu “Trend”ə Balkan ölkələri missiyasından müşahidəçi Narmina Kapitanoviç deyib.

O, missiyanın bir neçə məntəqədə olduqlarını deyib: “Biz şəffaf səsvermə prosesinin şahidi olmuşuq. Məntəqələrin əməkdaşları dəqiq və dürüst iş görüb”.

N.Kapitanoviç qeyd edib ki, Balkan müşahidə missiyasının nümayəndələri olduqları məntəqələrdə xarici müşahidəçilərin narazılıqlarını görməyib: “Seçki məntəqələrində və onlardan kənarda təbliğat materialları mövcud deyil. Biz heç bir pozuntu görməmişik və ümumilikdə deyə bilərəm ki, prezident seçkiləri yüksək səviyyədə təşkil olunub, şəffaf və əhalinin yüksək fəallığı ilə keçir”.

Beynəlxalq müşahidəçi gənclərin seçkidə iştirakına yaradılan şəraiti xüsusi qeyd etdi

"Azərbaycanda prezident seçkiləri şəffaf keçirilir. Ən əsası isə, gənclərin seçkidə iştirak etməsi üçün hər bir şərait yaradılıb". Bunu “Trend”ə Bolqarıstan parlamentinin deputatı, beynəlxalq müşahidəçi Hamid Hamid deyib.

"Azərbaycanda bundan əvvəl 3 dəfə seçkilərdə iştirak etmişəm. Bütün seçkilər ən yüksək şəraitdə keçirilib".

H.Hamid qeyd edib ki, 7 seçki məntəqəsində olub. Onun sözlərinə görə, heç bir qanun pozuntusuna rast gəlinməyib.

Beynəlxalq müşahidəçi Azərbaycanda keçirilən seçkilərin ən yüksək səviyyədə davam edəcəyinə əminliyini də vurğulayıb.

ATƏT/DTİHB missiyası müşahidələrin nəticələrini aprelin 12-də açıqlayacaq

ATƏT/DTİHB missiyası Azərbaycanda prezident seçkilərini müşahidəyə başlayıb. “Trend”in məlumatına görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçilər missiyasının başçısı Korien Yonker deyib.

O bildirib: “Biz seçkilərə hazırlığı müşahidə etmişik. Bu gün biz bilavasitə prezident seçkilərini müşahidə etməyi planlaşdırırıq. Bizim 13 nəfərdən ibarət əsas qrupumuz aprelin 24-dək Azərbaycanda qalacaq və ölkədə seçkidən sonrakı müddəti müşahidə edəcək”.

K.Yonker əlavə edib ki, uzunmüddətli müşahidəçilər hazırda Azərbaycanın paytaxtında və regionlarında işləyir və baş verən proseslər barədə məlumat verir: “Seçkilərin qiymətləndirilməsi missiya tərəfindən aprelin 12-i açıqlanacaq. Azərbaycan prezident seçkilərinin keçirilməsi barədə hesabat səsvermədən iki ay sonra təqdim olunacaq”.

MDB müşahidə missiyasının rəhbəri Lebedev Bakıda şəxsən 10-dan çox məntəqədə oldu

“Seçici fəallığı müşahidə olunur”

“Bizim missiyaya 220 müşahidəçi daxildir. Səhər tezdən bütün regionları gəzmişik. Bakıda şəxsən özüm 10-dan çox seçki məntəqəsində olmuşam. Hər yerdə çox sakit vəziyyət və seçici fəallığı müşahidə olunur, hər şey yüksək səviyyədə təşkil olunub”.

APA-nın xəbərinə görə, bunu MDB İcraiyyə Komitəsinin sədri, təşkilatın Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib. O, yerli müşahidəçilərlə söhbət etdiklərini də deyib: “Yerli müşahidəçilərlə danışdıq, soruşduq ki, hər hansı qayda pozuntusu olubmu? Biz heç bir yerdə pozuntu qeydə almamışıq, yerli müşahidəçilər də heç nə deməyib. Bizi sevindirir ki, xalq səsvermədə çox aktiv iştirak edir. Seçkilərdən sonra toplanıb, yekun qiymətləndirmə edəcəyik və sabah (bu gün-red) mətbuat konfransında açıqlayacağıq. Biz sidq ürəkdən diləyirik ki, bu seçkilər Azərbaycanda sülh və stabilliyin inkişafına töhfə versin”.

S.Lebedev bildirib ki, Rusiya və Azərbaycan bir-birinin strateji tərəfdaşıdır: “Azərbaycanda stabil hakimiyyət, xalq tərəfindən sevilən, hörmət edilən dövlət başçısının olması onun təkcə Rusiya ilə deyil, bütün ölkələrlə münasibətinə müsbət təsir etmiş olar”.

Britaniya parlamentinin üzvü Azərbaycanda seçki prosesinin təşkilindən razılıq etdi

Azərbaycanda prezident seçkiləri prosesi çox yaxşı təşkil olunub. “Trend”in məlumatına görə, bunu britaniyalı müşahidəçi, Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Devid Morris deyib.

O bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda artıq 2 seçki məntəqəsində olub: "Seçki prosesinin yaxşı təşkil olunduğunu görürük. Bundan sonra hansı məntəqələrə baş çəkəcəyimizi hələ bilmirik. Çalışacağaq ki, yalnız Bakı ilə kifayətlənməyək. Mən 2016-cı ildə Azərbaycanda referendumu müşahidə etmişəm. Həmin vaxt 8-10 məntəqədə olmuşduq və düşünürəm ki, bu dəfə də belə olacaq".

Britaniya nümayəndə heyətinin üzvü, "The London Post" nəşrinin baş redaktoru Şahid Qureyşi də seçki prosesinin yaxşı getdiyini bildirib: "İnsanlar seçkilərdə fəal iştirak edirlər. Hər şey yüksək səviyyədə təşkil olunub. Ümid edirəm ki, günün axırınadək hər şey belə davam edəcək".

Qazaxıstan Senatının üzvü seçki məntəqələrində seçici fəallığından danışdı

"Seçki məntəqələrində seçicilər çox fəaldır, pozuntular müşahidə olunmur". Bunu “Trend”ə Qazaxıstan Senatının üzvü Muratbay Joldasbayev deyib.

O bildirib ki, Qazaxıstan Senatından 701 nəfərdən ibarət nümayəndə heyəti gəlib: "Biz seçicilərin fəallığını görürük. Onların əhval-ruhiyyəsi yüksəkdir. Hər şey sakitdir və bu əsas amildir. Heç bir ajiotaj yoxdur. Qalan məsələləri müzakirə edəcəyik. Hələlik biz bir seçki məntəqəsində olmuşuq və pozuntu görməmişik. İşıqlandırma var. Əlavə girişlər yoxdur - yalnız bir giriş və bir çıxış. Bütün qutular möhürlənib".

AŞPA həmməruzəçisi Şennak səsvermənin çox yaxşı təşkil edildiyini bildirdi

"Səsvermə prosesi çox yaxşı təşkil edilib". Bunu APA-ya açıqlamasında 20 saylı Nərimanov ikinci seçki dairəsinin 5 saylı məntəqəsində səsvermə prosesini izləyən AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib. O, səsvermədə çoxlu sayda insanın iştirak etdiyini söyləyib.

AŞPA müşahidə missiyasının digər üzvü, Bolqarıstandan olan Ceyhan İbrahimov da səsvermə prosesinin demokratik prinsiplərə uyğun həyata keçirildiyini bildirib: "Hər şey qaydasında gedir. İnsanlar gəlir, səs verir. Düşünürəm ki, səsvermə prosesi sona kimi də belə davam edəcək. Müşahidə missiyasının üzvləri Bakı, Bakıətrafı və bir çox regionlarda səsvermə prosesini izləyəcək".

Avropa Parlamentinin üzvü heç bir pozuntuya rast gəlmədiklərini dedi

“İndiyə kimi heç bir pozuntuya rast gəlməmişik. Hər hansı təzyiq və ya kənar təsirlərin şahidi olmamışıq”. Bunu APA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Avropa Parlamentinin üzvü Alen Fisini deyib.

Üç seçki məntəqəsində olduqlarını vurğulayan Avropa Parlamentinin üzvü bildirib ki, barmaq izi, görünməz boyanın istifadəsi kimi prosedurlarla tanış olub, lazımı qeydlərini aparıb: “Müşahidəmizə davam edirik. Hər hansı qayda pozuntusu, yaxud kənar təsir olarsa, təbii ki, onu qeydə alacağıq. Axşama qədər müşahidə aparacaq və bağlanış mərasimində də iştirak edəcəyik”.

A.Fisini məntəqələrdə prezidentliyə namizədlərin nümayəndələrinin müşahidəçi qismində iştirak etdiklərini qeyd edib: “Bununla bağlı heç bir qanun pozuntusuna rast gəlmədik”.

AŞ PA Monitorinq Komitəsinin sabiq həmməruzəçisi: "Azərbaycanda prezident seçkilərində seçici fəallığına heyran olmuşuq"

"Azərbaycanda prezident seçkilərində belə erkən saatda seçicilərin fəallığına heyran olmuşuq". Bunu “Trend”ə "Azad və demokratik seçkilər uğrunda vətəndaş təşəbbüsü" QHT-dən müşahidəçi, Polşa parlamentinin keçmiş üzvü və AŞ PA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin sabiq həmməruzəçisi, professor Tadeuş İvinski deyib.

Onun sözlərinə görə, səsvermə başlayandan 3 seçki məntəqəsində müşahidə aparıb: “Deyə bilərəm ki, vaxtın erkən olmasına baxmayaraq yüksək fəallıqdan heyranam. Səsverməyə çox adam gəlib, xüsusilə qadınlar çoxdur. Komissiyaların tərkibində də qadınlar işləyir. Fəallıq çox yaxşıdır”.

O qeyd edib ki, ümumilikdə 10 seçki məntəqəsinə getməyi planlaşdırır. “Mən dəfələrlə Azərbaycanda olmuşam, ona görə də paytaxtdan kənarda seçkiləri müşahidə etmək istərdim. Bu, hər zaman maraqlıdır. İndi biz Sumqayıta yola düşəcəyik, eləcə də Abşeron yarımadasında digər məntəqələrdə müşahidə aparacağıq".

MDB PA müşahidə missiyasının rəhbərindən seçkilərlə bağlı ilk açıqlama…

MDB Parlament Assambleyası müşahidə missiyası Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovun başçılığı ilə Azərbaycanda prezident seçkilərində səsvermə prosesini izləməyə başlayıb. “Trend”in məlumatına görə, İ.Umaxanov 29 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edib.

Beynəlxalq müşahidəçi deyib ki, bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçki komissiyasının çox dəqiq və sistemli işi görünür: "Artıq dördüncü dəfədir prezident seçkilərini müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhvali-ruhiyyə yüksək səviyyədir. Hiss olunur ki, insanlar səsverməyə xoş əhvali-ruhiyyə, gələcəyə inamla, ölkələrini çiçəklənən, sülh şəraitində görmək ümidi ilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək".

İ.Umaxanov əlavə edib: "Bu gün biz tam əminliklə deyə bilərik ki, Qərb ekspertləri Azərbaycanda nəinki seçkiləri müşahidə edə, eyni zamanda, seçkilərin təşkili ilə bağlı təcrübəni öyrənə bilərlər".

Avroparlamentari Azərbaycanda seçkilərin təşkilini Britaniya ilə müqayisə etdi

Azərbaycanda prezident seçkiləri sabit və şəffaf keçirilir. Bu barədə “Trend”ə Avropa Parlamentinin müşahidə missiyasının sədri Devid Kempbell Bannerman deyib.

O qeyd edib: "Bizim vəzifəmiz Azərbaycanda prezident seçkilərinin təşkilini və prosesin özünü müşahidə etmək və qiymətləndirməkdir. Və mən deyə bilərəm ki, seçkilər yaxşı təşkil olunub və yüksək səviyyədə keçirilir. Biz ədalətli seçki prosesini və səs verən bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verilməsini görməkdən şadıq".

Missiya rəhbəri qeyd edib ki, Azərbaycanda prezident seçkilərinin sabit və şəffaf keçirilməsi üçün görülən tədbirlər öz səmərəliliyini nümayiş etdirir: "Seçkilərdə iştirak Avropa Parlamentinin müşahidə qrupu üçün də müsbət təcrübə olacaq. Müşahidə zamanı biz hər hansı pozuntu ilə qarşılaşmamışıq. Seçki prosesi sabitdir və bu yalnız sevindirə bilər".

“Azərbaycandakı seçki məntəqələri Böyük Britaniyadakılara oxşayır”. Bunu da Avropa Parlamentinin müşahidə missiyasının sədri Devid Kempbell Bannerman deyib.

Onun sözlərinə görə, nümayəndə heyəti daha bir neçə seçki məntəqəsinə getmək niyyətindədir: “Burada müasir texnologiyalar tətbiq olunur, seçicilərin ciddi qeydiyyatı aparılır. Hər şey Böyük Britaniyada olduğu kimi baş verir”.

Deputat əlavə edib ki, Mərkəzi Seçki Komissiyasında görüşdən sonra daha bir neçə məntəqəyə gedəcəklər.

İƏT-dən olan müşahidəçi Azərbaycanda seçkilərin dünya standartlarına uyğun və şəffaf keçirildiyini dedi

Azərbaycanda prezident seçkiləri dünya standartlarına uyğun və şəffaf keçirilir. Bunu “Trend”ə özəl açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç bildirib.

O qeyd edib: "Hazırda dünyada bəlli bir seçki sistemi var ki, Azərbaycanda da bu sistem tətbiq olunur".

M.E.Kılıç deyib ki, iştirak etdikləri bütün məntəqələrdə seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsinin şahidi olublar: "Seçkilərin Azərbaycan xalqına sevinc və ümid gətirəcəyinə inanırıq. Heç şübhəsiz ki, Azərbaycan xalqı ən doğru və ən düzgün seçimi edəcək".

Knessetin deputatı Azərbaycanın seçki təcrübəsinin İsraildə tətbiqi məsələsini qaldıracaq

Azərbaycan prezident seçkilərinin təşkili kimi vacib məsələnin öhdəsindən yüksək səviyyədə gəlib. Bunu “Trend”ə prezidenti seçkilərini müşahidə edən İsrail Knessetinin deputatı Konstantin Yoel Razvozov deyib.

Onun sözlərinə görə, missiya iki saat yarım ərzində bir neçə seçki məntəqəsində olub: “Deyə bilərəm ki, səsvermə prosesi hər hansı bir qüsur və ya pozuntu olmadan keçir. Fəallıq yüksək səviyyədədir və çoxlu müşahidəçilər var. Bütün bunlar onu bildirir ki, şəffaf seçkilərin keçirilməsi üçün düzgün təşkilatçılıq nəzərdə tutulub”.

Deputat hesab edir ki, bir çox ölkələr Azərbaycanın prezident seçkilərini təşkil etmək təcrübəsindən yararlana bilər: “Fikrimcə, mən də zəruri təcrübə əldə edəcəm və İsrailə qayıdanda seçki prosesinin təşkil olunması barədə təkliflər irəli sürə bilərəm”.

MDB PA müşahidə missiyasının rəhbəri Azərbaycandakı seçkiləri açıq, ədalətli, demokratik seçkilərin nümunəsi adlandırdı

Azərbaycandakı seçkilər açıq, ədalətli, demokratik seçkilərin nümunəsidir. “Trend”in məlumatına görə, bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyasının Rusiya nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov deyib.

O, seçkilərin təşkilatçılığını yüksək qiymətləndirib: “Bu, seçki prosesinin dəqiq təşkilatçılığıdır, bu, yaxşı təchiz olunmuş məntəqələrdir, bu, maneə olmadan, açıq və şəffaf səs vermək imkanıdır. Nəhayət bu, beynəlxalq müşahidəçilərin işi üçün yaxşı şəraitin yaradılmasıdır”.

Seçkiləri müşahidə edən Latviya parlamentinin üzvü niyə heyrətləndi…

Seçki məntəqələrində çox yaxşı infrastruktur yaradılıb. Bunu “Trend”ə Latviya parlamentinin iqtisadiyyat komitəsinin sədri Roman Naudinş deyib.

O bildirib: “Məntəqələr müasir avadanlıqlarla təchiz olunub, məni daha çox hər məntəqədə veb-kameraların sayı heyrətləndirib. Bu, dünyanın istənilən yerindən seçki prosesinə nəzarət etməyə imkan verir”.

Onun sözlərinə görə, müsbət amil məhdud imkanları olan şəxslərə səsvermə üçün bütün imkanların yaradılmasıdır: “Məntəqəyə gəlmək imkanı olmayan şəxslərə evdən səs vermək imkanının təmin olunması çox vacibdir. Bu, ilk növbədə qocalara və əlillərə aiddir”.

R.Naudinş qeyd edib ki, prezident seçkiləri barədə təəssürat müsbətdir: “Biz Nizami rayonunda bir sıra seçki məntəqələrində olmuşuq. Heç bir pozuntu müşahidə olunmayıb”.

Moldovalı deputat Azərbaycanda bütün yaşda olan seçicilərin səs verməsi üçün yaradılan şəraitdən danışdı

Hazırda Azərbaycanda prezident seçkilərində heç bir pozuntu qeydə alınmayıb. Bunu “Trend”ə Moldova parlamentinin Beynəlxalq münasibətlər komitəsinin sədri Violeta İvanov deyib.

O, artıq bir neçə seçki məntəqəsində olduqlarını bildirib: "Baş çəkdiyimiz bütün seçki məntəqələrində yüksək səviyyəli təşkilatçılığı qeyd etmək istərdim. Biz hər hansı pozuntu ilə rastlaşmamışıq. Hər şey çox sakit keçir. Burada həm yaşlı insanlar, həm də gənclər üçün şərait yaradılıb".

Deputat yüksək seçici fəallığına da toxunub: "Səhər saat 10-a bir çox seçki məntəqələrində seçici iştirakının 20 faizi ötməsi ondan xəbər verir ki, xalq həqiqətən də səs verərək öz gələcəyini seçmək istəyir".

V.İvanovun sözlərinə görə, bu, gənclərin dövlətin inkişafı məsələsinə maraq göstərdiyini və Azərbaycanın inkişafının gələcəkdə də yüksək səviyyədə davam etməsi üçün mümkün olan hər şeyi etdiyini göstərir.

O qeyd edib ki, seçki məntəqələrində bütün işlər sakit və nizam-intizamla aparılır: "Demək olar ki, insanlarda bayram ab-havası var. Biz demokratik dəyərlərin təzahür etdiyini hiss etdik. Mən Azərbaycan xalqına çiçəklənmə, uğurlar arzulayıram".

TÜRKPA missiyası da razılıq etdi

TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçirilən erkən prezident seçkilərinin müşahidəsinə başlayıb. TÜRKPA-dan “Trend”ə verilən məlumata görə, missiyaya Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik heyəti daxildir.

Seçkilər başladıqdan indiyə qədər TÜRKPA müşahidəçiləri 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 1, 2, 12, 13 və 5 saylı məntəqələrini və 42 saylı Sumqayıt seçki dairəsinin 9, 10, 22 saylı seçki məntəqələrini ziyarət etmişdir. Sumqayıtdan sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpekin başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Xırdalan şəhərinə hərəkət edəcək.

Azərbaycan prezidenti seçkiləri ərəb KİV-lərində...

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə və tam şəffaf keçir. Bunu “Trend”ə IRIS Media (BƏƏ) informasiya agentliyinin icraçı direktoru Camal əl-Macayda deyib.

O bildirib: “Mən ərəb ölkələrindən jurnalistlərdən ibarət nümayəndə heyətinin rəhbəriyəm. Biz səhərdən çoxlu sayda seçki məntəqəsində olmuşuq. Qeyd etmək istəyirəm ki, seçkilərdə mühit çox yaxşıdır. Hər məntəqədə biz yüksək fəallıq müşahidə etmişik”.

İcraçı direktorun sözlərinə görə, müşahidəçilər seçki prosesində heç bir pozuntu qeydə almayıb.

Belçikalı müşahidəçi seçki məntəqələrində uzun növbələrin şahidi olub

“Şəhərdəki seçki məntəqələrində uzun növbələr müşahidə olunur. Növbədə dayananların çoxu qadınlar idi”. Bunu APA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən belçikalı müşahidəçi Melo Entoni Con deyib.

O qeyd edib ki, beynəlxalq müşahidəçilər seçki məntəqələrində səsvermə prosesini müşahidə edirlər.

Necdet Ünüvar Azərbaycandakı seçkilərin dünya üçün də önəmini belə şərh etdi...

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində yüksək seçici fəallığı qeydə alınır. Bunu “Trend”ə özəl açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bildirib.

N.Ünüvar qeyd edib: “Səhər saatlarında etibarən seçkiləri müşahidə edirik və Bakıda müxtəlif seçki məntəqələrində olduq. Seçki prosesində hər hansı çətinliyə, neqativ hala rast gəlmədik”.

Millət vəkili deyib ki, seçkilərdə qadın seçicilərin aktiv iştirakı xüsusilə nəzərəçarpan məqamlardan biri olub: “Azərbaycan çox önəmli bir seçim edir və bu seçimlər sadəcə Azərbaycan üçün deyil, eyni zamanda, bölgə üçün də çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Azərbaycanda keçirilən prezident seçkiləri dünya üçün də önəmlidir, çünki bu gün Azərbaycan sadəcə regional əhəmiyyətli deyil, həmçinin dünya əhəmiyyətli layihələr həyata keçirir”.

AŞPA üzvü seçkilərin təşkili və seçicilərin aktivliyini xüsusi qeyd etdi

"Azərbaycan xalqı yüksək siyasi fəallıq nümayiş etdirir". Bunu “Trend”ə Monteneqro parlamentinin deputatı, AŞPA-nın üzvü Predraq Sekuliç deyib:

P.Sekuliçin sözlərinə görə, günün birinci hissəsində Bakının 11 seçki məntəqəsində olub: “Seçki prosesi yaxşı davam edir. Mənim Azərbaycanda müşahidəçilik təcrübəm var. Mən burada referendumda və parlament seçkilərində iştirak etmişəm. Azərbaycanda insanlar siyasi cəhətdən fəaldır. Ümumilikdə hər şey yaxşı təşkil olunub. Aktivlik kifayət qədər yüksəkdir”.

Deputat əlavə edib ki, günün ikinci yarısında daha yeddi-səkkiz məntəqəyə gedəcək.

“Associated Press"in Azərbaycanda prezident seçkiləri barədə materialı – İlham Əliyev atası kimi…

“Associated Press" Agentliyi Azərbaycanda prezident seçkiləri ilə bağlı yazı dərc edib. APA-nın məlumatına görə, fotosessiya ilə verilmiş məqalədə bildirilir ki, hazırkı prezident İlham Əliyev atası kimi stabilliyin təminatçısı qoruyucu rolunda çıxışı edir və bu, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə yaranan xaos və çaxnaşmalara dair xatirələri hələ təzə olan xalq tərəfindən razılıq və rəğbətlə qarşılanır.

Məqalədə qeyd olunur ki, İlham Əliyev əhalisinin əksəriyyəti şiə müsəlmanları olan təxminən 10 milyonluq xalqı enerji və təhlükəsizlik maraqlarını müdafiə etməklə və Rusiyanın strateji Xəzər regionuna təsirini balanslaşdırmaqla Qərblə birləşdirib.

“Payıza planlaşdırılan prezident seçkiləri aprelə keçirilib. Rəsmilər deyir ki, bu dəyişiklik ölkənin 2018-ci ilin axırında yüksək səviyyəli tədbirlərlə ev sahibliyi edəcəyi ilə bağlıdır.

İlham Əliyev ölkəyə 2003-cü ildən rəhbərlik edir. Sorğular əhalinin 80 faizdən çoxunun onu dəstəklədiyini göstərir. 2013-cü ildə İlham Əliyev son seçkilərdə qalib gəldikdən sonra Azərbaycan Konstitusiyasına prezidentlik müddətinin 5 ildən 7 ilə kimi uzadılması barədə dəyişiklik edilib”, - deyə məqalədə bildirilir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ