Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan hakimiyyətindən köhnə qarabağlı prezident getdi, köhnə Qarabağ siyasəti də dəyişməyə məhkum durumda…

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının Ermənistanın bütün sahələr, xüsusən də sosial-iqtisadi müstəvidə çöküşünü sürətləndirməsi işğalçı ölkənin özündə də artıq birmənalı şəkildə qəbul olunan reallıqdır. Elə bu səbəbdən indi işğalçı ölkədə açıq etiraf olunur ki, Qarabağ münaqişəsinin həlli tezləşdirilməlidir. Əks təqdirdə Ermənistan indiki ilə müqayisədə daha acınacaqlı vəziyyətə düşəcək ki, həmin durumda Qarabağ siyasətinin davam etdirilməsi ümumiyyətlə mümkünsüz hala gələcək.

Hazırda Ermənistan hakimiyyətində idarəçilik formasının dəyişməsi fonunda İrəvanın Qarabağ məsələsində müəyyən dəyişikliklərə getməsi də istisna olunmur. Maraqlıdır ki, vəzifələrinin icrasına başlamış Ermənistanın yeni prezidenti Armen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu bildirib. O qeyd edib ki, 25 ildən çoxdur münaqişənin tənzimlənməsi üzrə danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində aparılır: “Son nəticədə bütün regional münaqişələr həll olunur, onlar tamamilə dəf olunandır. Tarix bundan daha amansız və faciəvi münaqişələr görüb. Artıq 25 ildən çoxdur, münaqişənin tənzimlənməsi üzrə danışıqlar ATƏT-in Minsk Qrupu formatında, həmsədrlər dövlətlər – Rusiya, ABŞ və Fransa tərəfindən təklif olunan tənzimləmə prinsipi və elementləri əsasında aparılır. Rusiya isə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Minsk Qrupunun həmsədrlərindən biri kimi həlledici rol oynayır. Xatırladım ki, 23 il əvvəl Qarabağda atəşkəs rejimi məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub. Biz problemin dinc siyasi həlli axtarışındakı vasitəçilik səylərini yüksək qiymətləndiririk. Aydındır ki, münaqişəni tənzimləmək, sülhə və razılığa gəlmək üçün siyasi iradə gərəkdir”. Ermənistanın yeni prezidentinin bu açıqlamaları, ekspertlərə görə, İrəvanın Qarabağ siyasətini indiki qaydada davam etdirməsinin mümkünsüzlüyünün etirafı kimi də qiymətləndirilə bilər. Artıq erməni iqtidarı da o vəziyyətə çatıb ki, Qarabağ problemi ətrafında status-kvonun praktiki olaraq dəyişməsinin labüdlüyünü qəbul edir.

Digər tərəfdən, düşmən ölkədə idarəçilik formasının dəyişməsi həm də Qarabağ məsələsində məsuliyyət bölgüsü yaradır. Belə ki, indiyə qədər Serj Sarksiyanın erməni cəmiyyətində mümkün reaksiyalardan ehtiyat edərək Qarabağ məsələsi ilə bağlı güzəştlərə getməkdən imtina etdiyi bildirilirdi. Amma indi bu məsələyə görə onunla yanaşı məsuliyyət daşıyan daha bir şəxs yeni prezidentdir. Bu mənada erməni mediası Qarabağ məsələsində dəyişikliklərin olmasını istisna etmir. Ermənistanın "armenianreport" saytı yazır ki, ciddi təzyiq altında olan Serj Sarkisyan Qarabağ məsələsində dəyişikliyə hazırdır:  “Serj Sarkisyan əraziləri hələ iki il əvvəl - aprel savaşı zamanı Azərbaycana qaytarırdı. Son anda daxildəki qüvvələr buna imkan vermədi. Lakin görünür, bu gec, ya da tez baş verəcək”. Sayt bu mənada Armen Sarkisyanın açıqlamalarının da təsadüfi olmadığını yazır. Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri, Cənubi Qafqaz üzrə ekspert Məhməd Fatih Öztarsu da bu mənada müəyyən yeniliklərin olmasını istsina etmir: “Ermənistanın yeni prezidenti Armen Sərkisyanın Qərb dövlətlərini tanıyan və avropalılar tərəfindən tanınan bir siyasətçi kimi Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkəsinə yönələn yanaşmalara təsir edəcəyini düşünürəm. Başqa sözlə desək, Ermənistan sanki daha mülayim bir görüntü yaratmaq istəyəcək“. Öztarsunun fikrincə, indiyə qədər Ermənistanın Qarabağdan olan hərbçilər tərəfindən idarə edilməsi ilə bağlı yaranmış mənzərə dəyişdiriləcək: “Əlbəttə ki, arxa planda əsl idarəçi güc eyni düymə olaraq qalacaq. Lakin dünyanın maraqlandığı əsas tərəf Ermənistanın xarici görünüşü və bu dövlətin sərgiləcəyi münasibət olacaq. Hesab edirəm ki, Bakı İrəvanın nümayiş etdirəcəyi yeni yanaşmaları yaxşı ölçüb-biçərək, sərt ritorikadan geri çəkiləcək”. Amma təbii ki, o şərt daxilində Ermənistan zəbt olunmuş ərazilərin azad olunması istiqamətində əməli addımlar atmağa başlasın. 

Bunu şərtləndirən əsas səbəblərdən biri isə, yuxarıda qeyd olunduğu kimi, Ermənistanın ağır sosial-iqtisadi vəziyyətdə olmasıdır. Amerikada çıxan “The Daily Caller” qəzeti də bu fonda diqqəti ona yönəldir ki, Azərbaycana qarşı təcavüzü nəticəsində Ermənistanda yaranmış dözülməz iqtisadi və siyasi vəziyyət cəmiyyətdə bu ölkənin hakimiyyətinə qarşı ciddi etirazlar yaradıb. Ermənistanı “durğunluq vəziyyətində olan zibilxana” adlandıran qəzet  erməni deputat Aram Manukyanın bəyanatlarına istinadla yazır ki, deqradasiyaya uğramış bu ölkədə vəziyyət get-gedə pisləşir, Ermənistan Avrasiyada dövlətləraarası iqtisadi münasibətlərdə praktiki olaraq heç bir rol oynamır. Yenə də  A.Manukyandan sitat gətirilərək qeyd edilir ki, Ermənistan regional və beynəlxalq miqyaslı bütün layihələrdən, o cümlədən dəmir yolu və enerji layihələrindən kənarda qalır. Manukyan təəssüflə vurğulayır ki, Azərbaycan, Türkiyə və Gürcüstanın təşəbbüsü ilə başlanmış “Yeni İpək Yolu” kimi mühüm layihədə İrəvan iştirak etmir. Keçən il həmin layihə çərçivəsində bu ölkələri birləşdirən, Avropa ilə Çin arasında yük və sərnişin daşımalarını təmin edən, Ermənistandan yan keçən Bakı-Tiflis-Qars dəmiryol xətti istifadəyə verilib. Qəzet yazır ki, eyni zamanda, Azərbaycan artıq bu il Türkiyəyə təbii qaz nəql edəcək. 2019-cu ildə isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm element olan “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz Avropaya nəql ediləcək. Bildirilir ki, işğal siyasəti nəticəsində Ermənistan bütün bunlardan kənarda qalıb. Eyni zamanda Ermənistanda baş alıb gedən korrupsiya ölkədə vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən, sağlam düşüncəli investorların heç biri Ermənistanda sərmayə qoymağa risq etmir.

Qeyd olunur ki, Azərbaycan və Gürcüstan öz iqtisadiyyatını Qərb ölkələri, ABŞ və Avropa ilə sıx münasibətlər əsasında qurur. Ermənistanın geridə qalmış iqtisadiyyatı əvvəlki kimi yenə də kənd təsərrüfatından asılıdır, inflyasiyanın sürətlə artması və ciddi zəka axını müşahidə olunur. “The Daily Caller” yazır ki, Ermənistanın bu “girdab”dan çıxmasının yeganə mümkün yolu Azərbaycanla münaqişəni həll etmək və iqtisadi cəhətdən güclü olan bu dövlətlə yaxınlaşmaqdır. Bu məqsədə nail olmaq üçün Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalından əl çəkməlidir. BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi də bunu tələb edir. Eyni mövqeyə Almaniyanın “ZDF” televiziya kanalında jurnalist Volfqanq Tsimmermanın “Yoxsulluq və korrupsiya. Ermənistan gələcəyini itirib” başlıqlı reportajında da rast gəlmək olar.  Reportajda aparılmış araşdırma nəticəsində Ermənistanda gənclərin üçdə ikisinin ölkəni tərk etmək haqqında düşündüyü, həmçinin onların ölkədə mövcud olan siyasi, sosial və iqtisadi vəziyyətdən məyus olduqları bildirilir. Rəsmi məlumatlarda ölkə əhalisinin 30 faizinin yoxsul olduğu göstərilsə də, real vəziyyətin daha da acınacaqlı olduğu ehtimal edilir. Həmçinin “Transparency International”ın korrupsiya indeksinə əsasən Ermənistanın Efiopiya, Makedoniya və Vyetnam ilə yanaşı 107-ci yeri tutduğu bildirilir. İqtisadiyyatın oliqarxların əlində cəmləşməsi, hakim dairələrlə qohumluq və ya dostluq münasibətlərinə malik olmayanların sahibkarlıq sahəsindəki fəaliyyətinin perspektivinin yoxluğu və ədliyyə sisteminin hakimiyyətdən tam asılılığının investorlar üçün öldürücü olması vurğulanır. Reportajda ölkədə hakimiyyət özbaşınalığı və perspektivin olmaması səbəbindən gənclərin qruplar halında əsasən Rusiya istiqamətində miqrasiya etmələri və Sovet İttifaqının süqutundan sonra Ermənistanın 16-30 yaş arasındakı vətəndaşlarının bir milyonundan çoxunu və bununla da öz gələcəyini itirdiyi qeyd olunur. 

Reportajda Ermənistanın qonşularla münasibətlərinə və xarici siyasətinə də ekskursiya edilir, həmçinin onun xarici siyasəti və qonşularla münasibətləri təhlil olunur. Burada Dağlıq Qarabağ münaqişəsinin Ermənistan xarici siyasətinin əsas problemi olduğu bildirilir. Bütün bunlar Qarabağ münaqişəsinin Ermənistana getdikcə daha baha başa gəlməsinin növbəti təsdiqi sayılır. Məhz elə bu səbəbdən erməni iqtidarının Qarabağ məsələsində status-kvonun dəyişməsi istiqamətində addım atmağa məcbur olduğu da xüsusi vurğulanır. Əks təqdirdə Ermənistanın çöküşünün daha dinamik xarakter alması, bundan isə erməni hakimiyyətinin özünün də böyük zərər görməsi qaçılmaz hal sayılır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, artıq Moskvadan da Ermənistana yönəlik Qarabağ tələbləri artır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu xüsusda bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 2011-ci il Kazan sammitinin nəticələrindən istifadə olunmalıdır. Bu sənədin icrasından qaçan tərəf isə Ermənistandır. Bu mənada Sergey Lavrovun açıqlamaları Ermənistana yönəlik mesaj kimi dəyərləndirilir. Azərbaycan tərəfinin mövqeyi isə bundan ibarətdir ki, məsələnin həllində  beynəlxalq təşkilatların  beynəlxalq hüquqa söykənən qərar və qətnamələrinin icrası təmin olunmalıdır. Rəsmi Bakı bəyan edir ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb. Yenə də Azərbaycanın diplomatik gedişləri nətiəcəsində qondarma “Dağlıq Qarabağ respublikası” regionun xəritəsində qara ləkə kimi tanınır. Azərbaycanın mövqeyi bundan ibarətdir ki,  münaqişənin həlli üçün hüquqi baza əsas şərtdir. Bu məsələdə Azərbaycan tam üstünlüyü əldə edib. Artıq Ermənistanın da bununla barışmaqdan başqa çarəsi yoxdur. Beləliklə, yekun mənzərə onu göstərir ki, Azərbaycan Qarabağ məsələsinin həllində birmənalı üstünlüyə malikdir. Ermənistan isə, ən azından, bir dövlət olaraq varlığını davam etdirə bilmək üçün məsələnin həllində real addımlar atmalıdır. Bu addımın atılması Azərbaycan Ordusunun gücü hesabına baş verərsə, onda yəqin ki, Ermənistandan əsər-əlamət qalmayacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ